Mehdi (ə.s) ilahi məlumat ilə qərar verəcək. İnsanları həqiqi xarakterlərindən tanıyacaq. Hz. Davud (ə.s) və hz. Süleyman (ə.s) kimi, hz. Mehdi (ə.s)-ın da qərar verməsi üçün şahidə ehtiyac olmayacaq. (Bihar-ül Ənvar, cild18, səh. 341) |
Hədisdə, Allahın doğru qərarları hz. Mehdi (ə.s)-ın qəlbinə ilham edəcəyinə işarə edilir. Hz. Davud (ə.s)-ın və hz. Süleyman (ə.s)-ın ədalətli hökmləri kimi hz. Mehdi (ə.s)-ın də bütün hökmləri buna görə ədalətli olacaqdır. Mehdi (ə.s)-ın qəlbinə insanların xarakterləri və həqiqi üzləri ilham olunacaq və insanlar haqqında qərar verərkən hz. Mehdi (ə.s)-ın dəlilə və ya şahidə ehtiyacı olmayacaq. Hadisələrin iç üzünün hz. Mehdi (ə.s)-a Allah tərəfindən hiss etdiriləcəyinə hədisdə işarə edilmişdir.