Adnan Oktarın 1 Fevral 2011 Kaçkar tv-dəki söhbətindən
ADNAN OKTAR: "Salam Əleykum, Məhəmməd Adnan hocam", Əleykum Salam və Rahmətullahi və Bərəkatuhu. "İlk öncə, hər kəsə çoxlu salamlar, qarlı Almaniyadan", Almaniyada qar yağır, deməli. "Əməklərinizə görə Allah min dəfə razı olsun və sizə, bütün İslam yolunda əmək verən qardaşlarımıza. Bir sualım var, Maidə surəsinin 51-ci ayəsini oxuyub açıqlaya bilərsinizmi? Xahiş edirəm, ağlımda sual işarə qaldı, və həqiqətən, əhəmiyyət verdiyim bir mövzudur. Çünki, yəhudilərin, xristianların qardaşlarımız olduğunu söyləmişdiniz və Maidə surəsində əksinə yazır, hörmətlə Fərruh qardaşınız, ələrinizdən öpürük". Maidə surəsi, 51-ci ayə. Şeytandan Allaha sığınıram. "Ey iman edənlər, yəhudi və xristianları dostlar (vəlilər) tutmayın; onlar bir-birlərinin dostudurlar. Sizdən onları kim dost tutsa, şübhəsiz, onlardandır. Şübhəsiz, Allah zalımlar birliyinə hidayət verməz. Ürəklərində xəstəlik olanları; zamanın, fəlakətləriylə əleyhimizə dönüb bizə toxunmasından qorxuruq deyərək aralarında səy etdiklərini görərsən. Ümid edilir ki, Allah bir fəth və ya qatından bir əmr gətirəcək", əbcədi 1996-nı verir. "Onlar, nəfslərində gizli tutduqlarına görə peşman olacaqlar. "Ey iman edənlər; andlarıyla, əlbəttə, sizlərlə birlik olduqlarına aid Allaha and içənlər bunlardırmı? Onların bütün etdikləri boşa çıxmışdır, beləcə, hüsrana uğrayanlar olmuşlar, deyərlər". Ayənin əvvəlindən başlayaq sona doğru davam edək. Şeytandan Allaha sığınıram, 44-cü ayədən başlayaq. "Gerçək budur ki, biz Tövratı, içində bir hidayət və nur olaraq endirdik". Nə varmış Tövratın içində? "Hidayət və Nur olaraq endirdik" deyir, Allah Tövratı. "Yəhudilər onunla hökm edərdilər. Məlumatlı idarəçilər (Rəbbaninin) və yüksək alimlər də (Ahbar), Allahın Kitabını qorumaqla vəzifəli olduqlarından və onun üzərinə şahidlər olduqlarından (onunla hökm edərdilər.) Elə isə insanlardan qorxmayın, Məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın. Kim Allahın endirdiyilə hökm etməzsə, məhz onlar kafir olanlardır. Allahın hökmünün olduğu Tövrat yanlarında olduğu halda, səni necə hakim edirlər və sonra bunun arxasından üz çevirirlər? Məhz onlar inanmış deyildirlər". Allahın hökmünün olduğu Tövrat. Quranda nə deyir Allah? Allahın hökmünün olduğu Tövratı gətirirlər, o hökmlə Peyğəmbərimiz (s.ə.v)-in hökm etməsini istəyir, Allah. "Tövratla hökm etdikdə səni necə hakim edirlər və sonra bunun arxasınca üz çevirirlər" deyir, Allah.
"Tövratın hökmünü qəbul etmirlər" deyir, Allah. Amma Tövratla hökm etməyi Allah istəyir onlara. Çünki Qurana uyğun Tövrat hökmü etibarlıdır. "Onların ardınca yanlarındakı Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsa (ə.s)-ı göndərdik", Tövratı təsdiqləyir, hz. İsa (ə.s). "Tövrat doğrudur" deyir. "Və ona içində hidayət və nur olan, önündəki Tövratı təsdiqləyən və müttəqilər üçün yol göstərici və öyüd olan İncili verdik. İncil sahibləri Allahın onda endirdikləriylə hökm etsinlər". İncilin içində etibarlı olan, Allahın hökmləri var. "Onunla hökm etsinlər" deyir. Mehdi (ə.s) nə edəcək? Eynisini edəcək. Tövratdakı etibarlı olan hökmlərlə yəhudilərə, İncildə də etibarlı olan hökmlərlə xristianlara hökm edir. Onlara haqqı bəyan edir. Bax "İncil sahibləri Allahın onda endirdikləriylə hökm etsinlər. Kim Allahın endirdiyiylə hökm etməzsə məhz onlar fasiq olanlardır". Allah əksini haram bir hərəkət olaraq görür, "İncillə hökm edəcəksiniz İncilin haqq olan hökmləriylə" deyir. "Sənə də (Ey Məhəmməd,) önündəki kitab(lar)ı təsdiqləyici (Tövratı və İncili təsdiqləyici) ona bir şahid-müşahidə edici olaraq Kitabı (Quranı) endirdik. Elə isə, aralarında Allahın endirdiyilə hökm et (Quranla hökm et). Və sənə gələn haqdan azıb onların həva (istək və ehtiras)larına uyma (Onların dediklərinə görə hərəkət etmə). Sizdən hər biriniz üçün bir şəriət və bir yol-üsul etdik". Xristianlar üçün ayrı, yəhudilər üçün ayrı, sənin üçün ayrı bir şəriət və üsul etdik. "Əgər Allah diləsəydi, sizi bir tək ümmət edərdi", "tək bir din olardı,istəsəydi" deyir, Allah. "Ancaq (bu,) verdikləriylə sizi sınamaq üçündür. Artıq xeyirlərdə yarışın. Aralarında Allahın endirdiyiylə hökm et və onların hevalarına uyma. Allahın sənə endirdiklərinin bir qismindən səni azdırmamaları üçün onlardan çəkin. Əgər üz çevirsələr, bil ki, Allah bir qisim günahları səbəbiylə onlara bir müsibəti daddırmaq istəməkdədir. Şübhəsiz, insanların çoxu fasiqlərdir. Onlar hələ cahiliyyə hökmünümü axtarırlar? Qəti məlumatla inanan bir birlik üçün hökmü, Allahdan daha gözəl olan kimdir?"
Tövrat və İncilin haqq olan qisimlərini biz haradan anlayırıq? Qurandan anlayırıq. Quran olmadan anlamağımız mümkündürmü? Deyildir. Tövrata və İncilə uy deyildikdə, Qurana uyun, Tövrat və İncilin hökmlərinə uyun mənasını verər. Amma Tövrat və İncil heçdir deyilməz. Çünki,Allah etibarlı olduğunu söyləyir. Hansıları etibarlıdır, Qurana uyğun olan hökmlər etibarlıdır. "Ey iman edənlər" müsəlmanlara Allah xitab edir. "Yəhudi və xristianları dostlar (vəlilər) tutmayın; onlar bir-birlərinin dostudurlar. Sizdən onları kim dost tutsa, şübhəsiz,onlardandır. Şübhəsiz Allah, zalımlar birliyinə hidayət verməz". Buradakı ayədə Yəhudi və xristianlarla həmsöhbət olmayın, danışmayın, evlənməyin, adam yerinə qoymayın, onları əzin mənasında deyildir bu. Buradakı ayə "vəli etmək, özünüzə idarəçi etmək, üstündə hökmran olmaları, onların hökmlərinə görə, onların təxrib olmuş hökmlərinə görə idarə olunmağı qəbul etməyin" deyir. Yəni ancaq özünü müsəlman bir idarəçinin idarə etməsini istəməlidir, Quranın izah etdiyi budur. "Onlar bir-birlərinin dostudurlar. Sizdən onları kim dost əldə etsə (vəli əldə etsə) şübhəsiz onlardandır". İndi adam deyəcək ki bizə; "teslise uy", o da uyduqda, nə olar? Dindən çıxar təbii ki, ona uymuş olar o zaman. Və yaxud "hz. İsa (ə.s) öldü, çarmıxda öldü" deyir. Buna inandığında nə olarsan? Dindən çıxarsan, Quranın nəzərdə tutduğu budur, yoxsa onların haqq olan hökmlərinə uymaq deyil.
Məsələn "La ilahə illəllah" deyən bir yəhudiyə, mən sənin bu sözünə uymuram, haşa, deyə bilməz, müsəlman. La ilahə illəllaha xəbərdar et, namaz qılır, xristian, yəhudi, ona xəbərdar et, sədəqə verir ona xəbərdar et. Məsələn, Allah təmiz olmalarını söyləyir, onlara. Məsələn, bir hökm var təmiz olmalarıyla əlaqədar, ona xəbərdar et. Hansı hökmlərə uymayacaq? Küfr olan hökmlərə uymayacaq. Küfr olan hökmlərdə onları dost tutmayacağıq. Vəli etməyəcəyik, ona tabe olmayacağıq, ona bağlanmayacağıq o mənadadır. Yoxsa, o zaman biz xristianlarla evlənə bilməzdik o hökmə görə, yəhudilərlə evlənə bilməzdik, Quran ayəsi var; "evlənin" deyir, Allah. "Evlənə bilərsiniz" deyir. "Və biz xristianıq deyənləri, sizə yaxın olaraq görərsiniz" deyir, Allah ayədə. Və "onları La ilahə illəllaha çağırmağımızı" söyləyir, Allah. Buna görə haqq olan mövzularda xristianlarla bir əleyhdarlığımız ola bilməz, yəhudilərlə bir əleyhdarlığımız ola bilməz. Hansı mövzular? Küfr olan mövzular, dinə, Qurana uyğun olmayan, Allahın səhv olduğunu bizə bildirdiyi mövzularda biz onları etməyəcəyik, dost tutmayacağıq. Yoxsa, haqq olan hökmlərdə, nə deyir Allah? "Elə isə aralarında Allahın endirdiyiylə hökm et və sənə gələn haqdan azıb onların həva (istək və ehtiras)larına uyma. İncil sahibləri Allahın onda endirdikləriylə hökm etsinlər". Bu hökmü Allah qəbul edir, burada. Biz bu hökmə qarşıyıqmı deyəcəyik, müsəlman olaraq, haşa? Çox açıq deyilmi buradakı bax; "İncil sahibləri Allahın onda endirdikləriylə hökm etsinlər. Kim Allahın endirdiyiylə hökm etməzsə, məhz onlar, fasiq olanlardır". Deməli, Qurana uyğun olan hökmlərdə biz onlardan razıyıq, o mövzuda hörmət edirik, o mövzuda dəyər veririk. Amma küfr olan mövzularda, itaət etmirik, onları vəli etmirik o mövzularda, idarəçi etmirik. O hökmü qəbul etmirik, o hökmə tabe olmuruq, bu mənadadır. Yoxsa, qeyd-şərtsiz onlardan nifrət edin, hücum edin mənasında deyildir ayə. Çünki ayələrin gəlişinə baxmaq lazımdır. Gəlişinə baxmadan tək ayəyə baxsan, anlaya bilməzsən.
Allah, 44-cü ayədə deyir ki; "Gerçək budur ki, Biz Tövratı, içində bir hidayət və nur olaraq endirdik. İslama təslim olmuş peyğəmbərlər, yəhudilərə onunla hökm edərdilər. Elmli-idarəçilər (Rəbbaninin) və yüksək alimlər də (Ahbar), Allahın Kitabını qorumaqda vəzifəli olduqlarından və onun üzərinə şahidlər olduqlarından (onunla hökm edərdilər.) Elə isə insanlardan qorxmayın, Məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın. Kim Allahın endirdiyilə hökm etməzsə, məhz onlar kafir olanlardır. Allahın hökmünün olduğu Tövrat yanlarında olduğu halda", bax Tövrat yanlarında olduğu halda, "Səni necə hakim edirlər və sonra bunun arxasınca üz çevirirlər?" "Tövrata uy. Tövratın əlaqədar hökmünə uy" deyir. Necə ki, Peyğəmbərimiz (s.ə.v) bir məhkəmə, bir iddia olduğunda Tövrata görə onlara hökm edirdi. Hər kəs bilər bunu, Mehdi (ə.s) yaxşı, Deməli, Tövratın, İncilin əslinə uyduqda problem yoxdur. Problem harada olur? Yəhudi və xristianları harada dost tutmuruq? Haqq olmayan mövzularda. Haqq olan mövzularda, bizim onlara qarşı bir müxalifətimiz yoxdur. Onların Allahı dost bilməsindən də məmnun olarıq. Yəni "mən Allaha dostam" deyirsə o insan, bu bir gözəllikdir. Biz dua edərik Allah da onları dost tutsun deyərik. Amma adama soruşursan, "Mən Allahın dostuyam. Dostam mən" deyir, Allaha. Mühüm olan təbii Allahın da onları dost tutmasıdır, inşaAllah. Amma Mehdi (ə.s), məsələn, İncilin hökmü ilə adam hökm edir, İncilin həqiqəti ilə. Mehdi (ə.s) nə edir? Onu dost tutur. Adamı düşmən görmür. İncilin əsli ilə ona hökm etdiyində, tamamdır. Tövratın əslinə görə yenə onlara hökm etdirəcəyinə görə, hökm etdiyində yenə nə olmuş olur, dost olur onlara, düşmən olmur.
İndi Tövratın və İncilin əslinə uyduqda o düşmənmi olur? Dost olar. Mehdi (ə.s) onların düşmən olmadığını özü söyləyir, Tövrata uydun sən, mən sənə düşmən oldummu deyəcək Mehdi (ə.s)? Dost olacaq. Xristian olan adam İncilin əslinə uyduqda ona düşmənmi olacaq? Dost olacaq. Necə ki, bax deyir ki, Allah 63-cü ayədə, "elmli -idarəçilər (Rəbbaninin) və yüksək alimlər də (Ahbar), onları günah söyləmələrini və haram yeməklərdən çəkindirməli deyildimi?" Nə ilə edəcəklər bunu? Tövrat ilə edəcəklər, buradakı hökm budur, Tövratla. Amma bax Allah Quranda ifadə edir indi, davam edir. "Onlar, siz bir-birinizi namaza çağırdığınızda onu lağ və oyun (mövzusu) edərlər. Bu, həqiqətən, onların ağılsız bir birlik olmalarındandır". İndi namaz ilə lağ edir adam. Sən bunu necə dost tutacaqsan? Təbii ki, orada dost tuta bilməzsən.
Zülm edir adam. Quran açıqlayır bunu. "De ki: "Ey Kitab əhli, yalnız Allaha, bizə endirilənə və əvvəldən endirilənə inanmağımız və sizin çoxunuzun fasiqlər olmağınız səbəbiyləmi bizdən xoşlanmırsınız?" Deməli, pislik edənlər Əhli kitabdan ayrıdır, Quran onu ayırmışdır. "Əgər Kitab Əhli iman edib çəkinsəydilər, əlbəttə, onların pisliklərini örtər və onları nemətlərlə təmin edilmiş cənnətlərə daxil edərik. Və əgər onlar Tövrata, İncilə və özlərinə Rəblərindən endirilən Qurana" uymuş olsaydılar bax, Tövrata, İncilə və Qurana. Deməli, Tövrata uyan Məhəmmədi olmalıdır, İncilə də uyan Məhəmmədi olacaq. Tövrata uymalarına bir şey demir, Allah. Tövrata uya bilər. Biz də Tövratın haqq olan qismlərinə uyuruq. Mən də uyuram Tövratın haqq olan qisminə, İncilin haqq olan qisminə mən uyuram.
Tövratın haqq olan qisminə uyan bir insana qarşı da mən kin duymuram. Yəni Tövratın orijinalına, İncilin orijinalına uyan bir insana düşmən olunmaz. Mehdi (ə.s) düşmən olmur. "Əgər onlar Tövrata, İncilə və özlərinə Rəblərindən endirilən Qurana dəstək olsaydılar. Əlbəttə, üstlərindən və ayaqları altından sonsuz nemət yeyəcəklərdi". Yəni "nə iqtisadi böhran olar, nə bir çətinlik olar" deyir, Allah. "İçlərində artıq olmayan münasib bir ümmət vardır". Bax, "içlərində artıq olmayan münasib bir ümmət vardır. Onlardan çoxunun etdikləri isə nə pisdir". Bax, deməli, artıq olmayan, münasib olanlar var. Bir də pislik edənlər var. Quran bunu ayırır. "Gerçək budur ki, iman edənlərlə yəhudilər, sabilər və xristianlardan Allaha, (Allah birdir deyən) axirət gününə (cənnətə, cəhənnəmə) inanan və saleh əməllərdə olanlar, onlar üçün qorxu yoxdur. Və onlar qəmli də olmayacaqlar. De ki: “Ey Kitab Əhli, Tövrata və İncilə, sizə Rəbbinizdən endirilənə dəstək olmadıqca heç bir şey üzərində deyilsiniz'".
Dəstək olmaq demək, hökmlərini vasvasılıqla qorumaq, Allahın endirdiyi kimi həyata keçirmək və onları təhrifdən çəkinməkdir. Bax Allah deyir ki; "De ki; “Ey Kitab Əhli (Peyğambər (s.ə.v)-a əmir); Tövrat və İncilə, sizə Rəbbinizdən endirilənə dəstək olmadıqca", Tövratı da qoruyun, İncili də qoruyun, amma Quranı da qoruyun. Və Qurana da uyun. "Heç bir şey üzərində deyilsiniz. And olsun, Rəbbinizdən sənə endirilən onlardan çoxunun tüğyanlarını və inkarlarını artıracaq. Sən kafirlər birliyinə qarşı üzülmə". Deməli, Məhəmmədi olduqdan sonra adamın, xristianın İncilə uyması, haqq olan qisminə uyması gözəl olan bir rəftar olur. Tövratın da haqq olan qisminə uyması gözəl olan bir rəftar olur. Əhli- Kitabdan bir kimsəni də Mehdi (ə.s) gördüyündə nə edəcək? Onu əvvəl Tövratın orijinalına çağırır. Və ona hökm edir. O hökm etməni Allah gözəl görür. Çünki orijinalına uyur, gerçəyinə uyur. O zaman orada bir küfr əlaməti yoxdur. Küfr hərəkət yoxdur. Lakin tam olması üçün, mükəmməl olması üçün Quran da bunu açıqlayır. Məhəmmədi olmaları lazımdır. Qurana da tam uyduqlarında heç bir problem qalmayır.