Rohinca müsəlmanlarına səsimiz çatsın
ucgen

Rohinca müsəlmanlarına səsimiz çatsın

1556

Myanmada xunta rejimindən sonra hakimiyyətə gələn Aunq San Su Kyi Rohinca müsəlmanları üçün böyük ümid işığı olmuşdu. Seçkilərdən əvvəl verdiyi sözlər ümidverici və sülhyönümlü idi. Arakan xalqı illər sonra bəzi şeylərin dəyişəcəyinə inanırdı.
 
Su Kyiyə Avropadan ard-arda mükafatlar verildi. Əvvəlcə, Avropa Parlamentindən Saxarov, daha sonra Nobel Sülh Mükafatı verildi. Avropa mükafat verərkən Su Kyi də vədlərinin tam əksinə Rohinca müsəlmanlarına qarşı zülm siyasətini genişləndirirdi. İllərdir soyqırıma məruz qalan Rohinca xalqının ümidləri boşa çıxırdı.
 
Rohinca xalqı uzun zamandır qətliam, soyqırım və sürgün xəbərləri ilə gündəmə gəlir. Avqustun 28-də yayılan yeni xəbərlər vəziyyətin Rohinca müsəlmanları baxımından daha kritik hala gəldiyini göstərir. Avropa Rohinca Şurası (ERC) avqustun 28-də Myanmanın Arakan əyalətində 3 gün ərzində ordunun 3 min müsəlmanı şəhid etdiyini bildirdi. Bölgədə olan bəzi insan hüquqları təşkilatları bu rəqəmin 20 min olduğunu bildirirlər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının  Banqladeşdəki nümayəndəsi Vivian Tan isə avqustun 25-dən davam edən zorakılıq hadisələrindən qaçıb Banqladeşə gələnlərin sayının 60 mini ötdüyünü, onların çoxunun günlərdir yemək yemədiyini bildirib.

Arakanlı yazıçı Həbib Rəhman hazırda 20 kənddə qətliamların baş verdiyini qeyd edərək sözlərinə belə davam edir: "İnsanların çoxu hələ də meşələrin içində gizlənir. Çünki bir yerdən başqa yerə getməyə çalışanlar vurularaq şəhid ediləcəklər". Rəhmanın bildirdiyinə görə, "Arakan xalqı sistematli şəkildə həbs edilir və bir çoxu beş ildən artıqdır ki, düşərgələrdə saxlanılır. Arakanda dünyadan təcrid olunmuş ümumilikdə 42 düşərgə var. Bu yerləri heç kim ziyarət edə bilməz. İnsanların buralara getməsinə icazə verilmir".

Həmin düşərgələrdəki insanların bu vaxta qədər necə yaşadıqları və hansı zülmlərə məruz qaldıqları nəzərlərdən qaçırdı. Ancaq Myanma hökuməti bu məzlum xalqa qarşı vəhşilikləri artıq gizlədə bilmir. Dünya bundan xəbər tutduqda isə təəssüf ki, bir çox günahsız müsəlman çoxdan şəhid edilmişdi. Həbib Rəhman bu vəhşiliyin evindən qaçan müsəlmanların üzərinə tank və minaatanlarla hücum edilərək törədildiyini bildirir. Rəhmana görə, bu, "səssiz soyqırımdır".

Bu sətirlər yazılarkən bölgədə soyqırım və qətliamlar hələ də davam edir. Bölgədəki müsəlmanları Myanmadan sürgün etmək siyasəti isə ölkənin İngiltərə müstəmləkəsi olduğu illərdə aparılan kimliksizləşdirmə siyasətinin bir hissəsidir. Hindistandan geri çəkilərkən bu torpaqları Hindistan-Pakistan və Banqladeş olaraq ayıran İngiltərə rəhbərliyi ardınca on minlərlə günahsız insanın şəhid olduğu vətəndaş müharibələri qoymuşdu. Buddist Birmaya (indiki Myanma) aid edilən Arakan isə 1948-ci ildə Birmanı işğal edən yaponlarla birlikdə hərəkət edən general Aunq Sana təhvil verilmişdi. Başqa sözlə, arakanlı müsəlmanların həyatı bir vətən xaininin insafına qalmışdı. 

Əlbəttə ki, bu, planlaşdırılmış siyasət idi. Belə ki, Rohinca müsəlmanlarının yaşadıqları ərazilərdən keçəcək enerji yolları çoxdan maraq dairəsində idi. Bu qiymətli torpaqlar üzərindəki müsəlman əhalini məhvetmə siyasəti isə Myanma rəhbərliyinə veriləcəkdi. Su Kyi hazırda bu siyasəti aparmaq üçün seçilmiş liderlərdən biridir.

Bu şəraitdə Rohinca müsəlmanlarının üzləşdikləri faciədə həll yolunu Qərbdən və ya BMT-dən gözləmək real deyil. Qərbdə müəyyən mərkəzlər Rohinca xalqına kömək edilməsinin zəruriliyini qeyd etsələr də, regionu gizli planlarına daxil edənlərin yanında zəif qalacaqlar. Enerji yollarından mənfəət əldə edənlər daima oradakı müsəlmanların şəhid edilərək və ya sürgün edilərək məhv edilməsinin tərəfdarı olacaqlar. Humanitar yardım üçün aparılan müzakirələr yaxşı niyyəti nümayiş etdirsə də, müsəlman aləmi bunların heç bir nəticə verməyəcəyini bilməlidir.

Müsəlman aləmi həll yolunu Qərbdən gözləmək strategiyasını artıq bir kənara qoymalıdır. Birlik olduqları təqdirdə yer üzündəki 1,7 milyard müsəlmanın böyük gücü meydana gələcək. Problem isə hazırda müsəlmanların böyük qisminin xurafatlar və məzhəb toqquşmaları ilə məşğul olaraq məzlumlar üçün səy göstərməyi unutmalarıdır.
 
Həqiqətən, vicdanlı liderlər mövzu ilə bağlı danışıqlar aparırlar. Lakin tələsmək lazımdır. Türkiyənin prezidenti aralarında Malayziya və İndoneziyanın da olduğu ölkə liderləri ilə Rohinca müsəlmanlarına yardım edilməsi məsələsində danışıqların davam etdiyini bildirib. Türkiyə Banqladeş rəhbərliyinə bildirmişdir ki, sərhədə gələn müsəlmanları qəbul etməsi qarşılığında bütün xərcləri ödəyəcək. Bu, ən azından o bölgədən qaçan məzlum insanların təhlükəsiz yerə sığınmalarını təmin edəcək.
 
Lakin bu zalım siyasətin ifşa edilməsi və yüksək bir dillə lənətlənməsi lazımdır. Bunun üçün lazım gələrsə, bəzi müsəlman liderlərin də qatıldığı milyonlarla insanın iştirak edəcəyi mitinq keçirilməlidir. Kiçik görüş və qınamalar kifayət qədər səs gətirməz. Bir millətin kütləvi şəkildə bu vəhşilikləri pisləməsi sözün əsl mənasında təsirli olacaq. Artıq müsəlmanların bir araya gələrək səslərini ucaltmalarının zamanı gəlib. Bu fəlakəti yaşayan Rohinca xalqına səsimiz mütləq çatmalıdır.

Adnan Oktarın “Arab Times” (Küveyt) və “New Straits Times”da (Malayziya) yayımlanan məqaləsi:
https://www.arabtimesonline.com/news/let-voice-reach-rohingya/
https://www.nst.com.my/opinion/columnists/2017/09/278494/let-our-voice-be-heard-now

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr