Türkiyə bir tərəfdən cənub-şərqində cümhuriyyət tarixinin ən böyük separatçı qüvvəsi ilə üzləşib, digər tərəfdən də cənub qonşuları İraq və Suriyadakı daxili münaqişələrdən ciddi şəkildə təsirlənir.
Bu münaqişə və müharibələr dünya ictimaiyyəti tərəfindən qarşısı alınmaq əvəzinə gizli güclərin dəstəyi ilə daha da alovlandırılır. 100 il əvvəl Türkiyəni Sevr müqaviləsi ilə bölə bilməyən dərin dünya dövləti də bölgədəki qarışıqlıqları qızışdırır. Nəticə etibarilə “parçala və hökmranlıq et” siyasəti ilə ölkəni parçalamaq məqsədi güdən plan heç vaxt gündəmdən düşmədi.
Bu hiyləgər plan “Böyük Yaxın Şərq Layihəsi” çərçivəsində dəstəklənir. Polkovnik-leytenant Ralf Piterin “qanla çəkiləcəyini bildirdiyi yeni Yaxın Şərq sərhədləri” xəyalı üçün bölgədəki bir çox ünsürdən faydalanırlar. [i] Bu məqsədlə beynəlxalq dairələr Suriyadakı kommunist Bəəs rejimindən, İraqdakı xurafatçı cərəyanlardan bölgəni qan gölünə çevirmək üçün istifadə edir. Bunlarla yanaşı, bütün gizli qüvvələrlə həmrəy olan, ehtimal olunan Armaqedonda Türkiyə və müsəlmanlar əleyhində döyüşəcəyini elan edən və cinayətdə sərhəd tanımayan PKK da ən münasib taşeron terror təşkilatı kimi qarşımıza çıxır. [ii]
PKK Anadoludakı min illik İslam qardaşlığına, milli-mənəvi dəyərlərə təcavüz edir, nifrəti yayır, terror tətbiq edir.
“Türklər bəşəriyyətin insan olmayan nümunələridir. Sivilizasiyamızın əbədiyyəti üçün onları Asiya çöllərinə geri sürgün etməli və ya Anadoluda yox etməliyik. Türklərin etdiyi pisliklər ancaq bu şəkildə aradan qaldırıla bilər: onların yox olması ilə…”[iii]. Bu nifrət dolu sözlər PKK-lılara aid deyil. Bu sözlər 1880-1885-ci illərdə İngiltərənin baş naziri olmuş Uilyam Qladstona aiddir.
PKK liderlərindən Duran Kalkan isə ingilis dərin dövlətinin 135 illik bu siyasətini dövrümüzdə dilə gətirən şəxs kimi qarşımıza çıxır. Kalkan: “Ərdoğan və AKP iqtidarı açıq şəkildə “min dəfə baş qaldırsanız, min dəfə əzəcəyik” deyir. Sən min dəfə əzməyə çalışsan, bu xalq da səni min il əvvəl gəldiyin yerə qovana qədər müqavimət göstərəcək” sözləri ilə PKK-nın məqsədini və kimlərin əlaltısı olduğunu bir daha dilə gətirir.
PKK onlarla dövlətdən silah yardımı və maddi-texniki dəstək alır. Xaricdəki mafiya fəaliyyətlərinə göz yumulur. Terror təşkilatının ölkədəki siyasəti isə dövləti, bölgə əhalisini və ictimaiyyəti aldatmaq üzərində qurulub.
“Çözüm sürəci” ilə PKK bölgədə hakimiyyət əldə etdi
Keçmişdə olduğu kimi, PKK son atəşkəsdən də hökuməti aldatmaq üçün istifadə etdi. Çözüm sürəci ilə güclənən və bölgədə ilk dəfə bu qədər böyük miqyaslı hakimiyyət əldə edən stalinist terror təşkilatı PKK şərq zonasının hər yerinə silah yığmağı bacardı. İndi də əldə etdiyi bu qüvvə ilə muxtariyyət elan edərək bölünmə hədəfində sona yaxınlaşdığına inanır. Bölgədə ümumi qiyam planlarını həyata keçirərkən yeganə hədəf muxtar-federativ hökumət qurmaq, ardınca da BMT, NATO kimi beynəlxalq təşkilatların dəstəyi ilə hüquqi cəhətdən də Türkiyədən ayrılmaqdır.
Bu şərtlər altında Türkiyə dövləti təcili surətdə bir çox tədbir görməlidir. Bunları başlıqlar altında sadalayaq:
Quruluşuna görə özünüidarəyə uyğun məhəllə və bölgələrin urbanizasiya səviyyəsində kökündən dağıdılaraq yeni, müasir yerlərə çevrilməsi;
Köçmək məcburiyyətində qalan bölgə xalqına təcili yardımlar edilməsi
PKK ilə mübarizədə dövlətin bütün imkanlarının səfərbər edilməsi
PKK ilə mübarizə üçün qanunvericilikdə lazımi dəyişikliklərin edilməsi
Yeni prosesin PKK-nın kökünün qurudularaq milli birliyin və qardaşlığın möhkəmləndirilməsi, həmçinin cənub-şərq xalqı üçün gözəl həyat şəraiti təmin edilməsi prosesinə çevrilməsi
PKK-nın ideologiyasının məhv edilməsi və beləcə PKK-nın dəstəyinin aradan qaldırılması
Dövlətin uzunmüddətli keyfiyyət siyasətini həyata keçirməsi
Quruluşuna görə özünüidarəyə uyğun məhəllə və bölgələrin urbanizasiya səviyyəsində kökündən dağıdılaraq yeni, müasir yerlərə çevrilməsi
Xəndək qazılan və ya qazılmağa əlverişli olan məhəllələrin əvəzinə yeni, müasir şəhərlər qurulmalıdır. Sadəcə tarixi əsərlər mühafizə edilməli, bütün köhnə məhəllələr buldozerlərlə dağıdılmalıdır. Bağçalı yeni məhəllələrin inşa edilməsi PKK-nın bu yeni yaşayış məkanlarına girməsinə mane olacaq.
Əvvəlcə həmin bölgələrdən vətəndaşlar təhlükəsiz şəkildə çıxarılmalı, sonra da PKK-nın sığındığı yerlər dümdüz əraziyə çevrilməlidir.
PKK şəhər terrorunu davam etdirmək üçün bir-biri arasında keçid olan daxmalara, dar küçələrə ehtiyacı var. Bu vəziyyət aradan qaldırıldıqda PKK da mövqelərini tamamilə itirəcək.
Bu evlər şəxslərə deyil, dövlətə aid olmalıdır. Beləliklə, sui-istifadələrin qarşısı alınar. Türkiyə Evlər İdarəsinin (TOKİ) inşa edəcəyi evlər 50-100 illiyə bölgə əhalisinə verilməlidir.
Lazım gələrsə, başqa bölgələrdəki tikinti fəaliyyətlərini dayandırıb bütün diqqəti cənub-şərqdə cəmləşdirərək böyük sərmayələr qoyulmalıdır.
Bu, terrora qarşı köklü dəyişiklik layihəsi xüsusiyyəti daşımalıdır. Hədəf təkcə ev söküb ev tikmək deyil, bu sahələrin yaşayış massivinə çevrilməsi olmalıdır. Bir vaxtlar İstanbulda Tarlabaşı, Sulukule, Haliç kimi ərazilərdə zəlzələdən sonra dəyişiklik layihəsi həyata keçirildiyi kimi, cənub-şərqdə də şəhər yeniləmə məqsədilə bu proses həyata keçirilməlidir. Van, Yalova kimi seysmik zona layihələrindəki kimi hərtərəfli düşünülmüş yaşayış massivləri salınmalıdır (yeni yaşayış məntəqələri salınmadığı təqdirdə PKK-nın tələsik, səliqəsiz qurulmuş düşərgələrə və ya sığınacaqlara sızacağı nəzərə alınmalıdır. Belə ki, keçmişdə Səddam Hüseynin zülmündən qaçanların qaldığı düşərgələr sonradan PKK-nın əlinə keçmişdi).
Köçmək məcburiyyətində qalan bölgə xalqına təcili surətdə yardım edilməsi
Bölgəni tərk edən qardaşlarımıza maddi yardım edilməlidir. Bunun üçün ölkədaxili və ölkəxarici yardım kampaniyaları təşkil edilməlidir.
Qida yardımları edilməlidir. Vətəndaş Cəmiyyəti Təşkilatları və yardım təşkilatları bu işə səfərbər edilməlidir.
Qızıl Aypara və xüsusi yardım təşkilatları da tibbi ləvazimat yardımı (ağrıkəsici dərmanlar, vitaminlər, xəstələrin dərmanla təmin edilməsi) etməlidir.
Məcburi köçkünlər üçün pulsuz tibbi müayinə həyata keçirilməlidir.
Məcburi köçkünlərin maddi xərcləri dövlət tərəfindən ən uyğun şəkildə azaldılmalıdır. Banklara olan bütün borcları uzun müddətə təxirə salınmalı, lazım gələrsə, yeni iş imkanları və ya yeni kreditlərlə təmin edilməlidirlər.
Qış üçün isti geyim yardımı edilməlidir. Bunun üçün Türkiyə xalqı yardım kampaniyalarına yönləndirilməlidir.
Köç edənlərə nəqliyyat imkanları və sığınacaqlar təşkil olunmalıdır.
TOKİ-nin salacağı yeni yaşayış massivləri hazır olana qədər müvafiq nazirliklər hazırki evlərdə müvəqqəti yerləşdirmə fəaliyyəti həyata keçirməlidirlər.
BFHİ (Bölgə üzrə Fövqəladə Hallar İdarəsi) və komendant saatı elan edilən bölgələr eyni zamanda fəlakət bölgəsi elan edilməlidir.
Köç olan bölgələrdəki ev heyvanlarına və becərilmiş ərazilərə qulluq və yardım fəaliyyətləri təşkil edilməlidir.
Evlərini tərk edənlər bütün əşyalarını götürə bilməyəcəkləri üçün başda elektrik avadanlıqları olmaqla ev əşyaları ilə təmin edilməlidirlər.
Belə bir dövrdə kürdlərə həmişə olduğundan daha çox sevgi göstərilməlidir.
PKK ilə mübarizədə dövlətin bütün imkanlarının səfərbər edilməsi
PKK ilə münaqişələrin dövrümüzə qədər davam etməsinin üç əsas səbəbi var:
Birincisi, kommunist ideoloji mübarizənin əhəmiyyətsiz, bəsit və zəif hesab edilməsi.
İkincisi, təqribən 40 ildir ancaq gündəlik tədbirlər görülməsi. Beləcə, təsirli həll yolu və güclü siyasət əvəzinə, passiv və müdafiə xarakterli siyasətlə terror təşkilatına qarşı müqavimət göstərilməsi.
Üçüncüsü, ölkəmizdəki kommunist dərin dövlət quruluşunun bölgəni PKK-ya təslim etmək üçün böyük səy göstərməsi.
Dövlət PKK-ya qarşı bütün imkanları ilə daxildən və xaricdən Türkiyəni bölmək istəyən düşmənləri qorxudacaq şəkildə xilas etmə əməliyyatı həyata keçirməlidir. Burada hədəf qan tökmək deyil, əksinə, dövlətin məğlubedilməz gücünü hər kəsə göstərməkdir. Ən əsası da, dövlətin bölgədəki psixoloji üstünlüyü ələ almasıdır. İctimai asayişi bərpa etmədə dövlətin qətiyyətli olduğunu və bu siyasətdən əsla geri dönməyəcəyini bölgə əhalisinə hiss etdirilməsi çox vacibdir. Dövlətin bütün gücü ilə birlikdə köklü mübarizə aparması PKK-nı da mənəvi cəhətdən çökdürər.
PKK ilə mübarizə aparan orqanlar texniki baxımdan da ən güclü silah və avadanlıqla təmin edilməlidir. Silahlar PKK-nı qorxudacaq üstünlükdə olmalıdır. Bundan əlavə, casus yerləşdirmə və kəşfiyyat fəaliyyətləri gücləndirilməli və təşviq edilməlidir. Bu məqsədlə;
Bölünmə təhlükəsi və terrora qarşı səfərbər olmaq lazımdır. Həm PKK-nı, həm də dərin dünya dövlətini çəkindirəcək və Türkiyənin qətiyyətini ən yüksək səviyyədə göstərəcək ən əsas həmlə hərbi səfərbərlik elan edilməsidir. Əsgər sayını iki-üç qat artıran bu həmlə çox çəkindirici və təhdidedici olacaq. 3-4 milyonluq əsgər dünyanın ən böyük ordusu deməkdir. Bu da çox güclü ordudur. Bu, Türkiyəyə psixoloji üstünlük qazandıracaq. Bu edilmədiyi təqdirdə isə mübarizəyə girməkdən çəkinən ölkə anlayışı formalaşacaq və bu da Yaxın Şərq kimi bölgədə olan ölkə üçün heç də yaxşı təəssürat yaratmayacaq. Dövlətin və millətin min illərdir ortaya qoyduğu qorxmazlıq və cəsarət səfərbərlik elanı ilə hər kəsə yenidən göstərilməlidir.
Təhlükəsizlik xidmətinin və əsgər sayının artırılması ilə;
Bölgədə tədarük edilmiş partlayıcı maddələrin və döyüş sursatının tapılması üçün lazımi axtarış fəaliyyətləri sürətlənəcək.
Kəşfiyyat hesabatlarında diqqət çəkilən yüksək riskli ərazilərə yerləşdiriləcək əsgər sayında məhdudlaşdırmaya ehtiyac qalmayacaq.
PKK və PKK-ya dəstək olan xarici qüvvələr də psixoloji cəhətdən çökəcək.
PKK-ya qarşı qorxuducu müqavimət lazımdır. PKK-nın gözlədiyi kimi cılız qüvvə deyil, çəkindirmə məqsədli məhvedici qüvvə tətbiq edilməlidir. Bölgələrin, məhəllələrin, şəhərlərin çoxsaylı güclü hərbi qüvvələrlə doldurulması PKK-nı çəkindirəcək. Məsələ terror olduqda çəkingən, ləng davranmaq, reaksiyalardan çəkinmək ağıllı davranış deyil. Fransa Çarli Hebdo hücumundan sonra qaçan təcavüzkarları 88 min təhlükəsizlik əməkdaşını hərəkətə keçirərək kəşfiyyata başlamışdı. Belçika da eynilə Fransa kimi, bircə İŞİD üzvü barədə bildirişlə əsgərlərini paytaxt Brüsselə göndərmiş, fövqəladə vəziyyət elan etmişdir. Metrolar, marketlər, idman yarışları, şəhərdaxili nəqliyyat səfərləri təxirə salınmışdı. Amerikada Boston hücumundan sonra 7.5 milyon əhalisi olan bu bölgənin mərkəzi şəhəri bir növ ölü şəhərə çevrilmişdi. Qərb ölkələrinin əhalisi kimi, Türkiyə xalqı da dəyərlidir. Bu səbəbdən Türkiyədə də bənzər siyasət yeridilməli, xalqın çox dəyərli olduğu göstərilməlidir. Bu təəssürat Türkiyədə qeyri-qanuni təşkilatlar qurmaq istəyən mafiya xarakterli strukturların da gücünü məhv edəcək.
Terrorçuların qazdığı xəndəklərin, sığındıqları daxmaların, düşərgələrin, dəstək aldıqları yardım mənbələrinin, gizləndikləri mağaraların hamısının məhv edilməsi aylar deyil, günlər ərzində sona çatdırılmalıdır. Bunun qısa müddətdə həll ediləcəyi bölgənin əhalisinə də mütləq göstərilməli, hiss etdirilməlidir.
Allah bir Quran ayəsində: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız…” (Ənfal surəsi, 60) buyurur. Əgər PKK qarşısında çəkindirici, qətiyyətli, əzmli, geri addım atmayan və məhvedici qüvvə görərsə, mənəvi cəhətdən çökəcək.
İsrail, Amerika və Rusiyanın şəhərdaxili münaqişələr üçün istehsal etdiyi bir çox yeni buldozer, zirehli maşın və minalayıcı maşınlar var. Bunları qısa zamanda təmin edərək bölgəyə sövq etmək lazımdır.
Xəndək kimi mövqeləri məhv edən, güclü, sürətli, uzaq mənzilli avtomatik silahlar alıb istifadə edilməsi də terror təşkilatı PKK-nın mənəvi gücünü dağıdacaq və planlarını alt-üst edəcək.
Kürdlərə “PKK-ya qarşı müqavimət göstərin” deyə ağıl öyrətmək əvəzinə, bölgə əhalisinə maddi, mənəvi, hüquqi dəstək verilməlidir. Əsgərlərin, polislərin, kənd gözətçilərinin sayı artırılmalıdır. Kənd gözətçilərinin, əsgərin, polisin yaşayış səviyyəsi, silahları, qaldıqları yerlər yaxşılaşdırılmalı, rahatlıqları təmin edilməlidir. Beləcə, mübarizə əzmləri və şövqləri artırılmalıdır.
Minlərlə pilotsuz uçuş aparatı ilə bölgə nəzarətdə saxlanılmalıdır. Bölgəni 24 saat hərtərəfli nəzarətdə saxlamaq, PKK-nın hər hərəkətindən xəbərdar olmaq həyati əhəmiyyat daşıyır.
Nəzarət-izləmə sistemi (MOBESE) gücləndirilməlidir. Nəzarətsiz küçə və prospekt qalmamalıdır.
Təhlükəsizlik qüvvələrinin silahlı PKK terroristlərinə müdaxilə mövqeyindəki bütün qanuni maneələr aradan qaldırılmalıdır.
Türkiyənin insan hüquqlarını pozması, əlbəttə ki, mümkün deyil. Ancaq fransız hökumətinin üç aylıq fövqəladə vəziyyət dövrü boyu İnsan Hüquqları Bəyannaməsinin şəxsiyyət azadlığı ilə bağlı maddələrini müvəqqəti ləğv edəcəyini Avropa Şurasına bildirdiyi halda, Türkiyənin terrorla mübarizədə öz qanunlarını nəzərdən keçirməsi, əlbəttə, normaldır.
PKK və PYD-yə hər fürsətdə qarşı çıxan Bərzani və KDP (Kürdüstan Demokrat Partiyası) dəstəklənməlidir. Bərzani qorunmalıdır. Şimali İraq Kürd Muxtariyyəti Türkiyə ilə yaxındır. Bu yaxınlıq ağıllı və sevgi dolu yanaşma ilə gücləndirilməlidir.
PKK-ya qarşı AKP, MHP, BBP, CHP, SP, DP birləşib mətbuata ortaq açıqlamalar verməlidirlər. Bu partiyalar Vətəndaş Cəmiyyəti Təşkilatları ilə də birlikdə terroru və PKK-nı lənətləyən açıqlamalar verməlidirlər. Bu, həm PKK-ya, həm də PKK-nın siyasi qoluna qarşı böyük zərbə vuracaq.
Dövlət-ordu-polis-kənd gözətçisi-millət əlbirliyi PKK-nın və dərin dünya dövlətinin əhvalını pozacaq.
Yeni tipli polis məntəqələrinin tikintisi sürətləndirilməli, sayları artırılmalı və eyni zamanda bölgə xalqına sosial xidmət göstərən “gülərüz” tikililər kimi istifadə olunmalıdır (səhiyyə ocağı, xalq evi kimi).
Tahir Elçinin öldürüldüyü hadisə yerində təhqiqat aparmaq mümkün deyil. Bu da cənub-şərq regionunda şəhər və rayon mərkəzlərində yeni polis məntəqələrinin tikintisinə böyük ehtiyac olduğunu göstərir. Bütün əsas prospekt və küçələrdə gizli və ya rəsmi təhlükəsizlik məntəqəsi, polis məntəqəsi qurulmalıdır.
ABŞ-nın 11 sentyabr hadisəsindən sonra çıxardığı qanunlar da təhlil oluna bilər. Amerika hökuməti terrorla mübarizə üçün yeni qanunlar, nazirliklər, qurumlar təsis etmiş, tədbirlər görmüşdür.
PKK ilə mübarizə üçün qanunvericilikdə lazımi dəyişikliklərin edilməsi
Dövlətin və millətin xeyrinə PKK ilə mübarizədə qanunlar çox vacibdir. Bunun üçün;
PKK-nın üst qurumu olaraq qəbul edilən KCK-nın bütün üzvləri yenidən həbs edilməlidir. KCK-PKK akademiyaları bağlanılmalıdır.
Həbs olunan PKK üzvləri həbsxanalarda maarifləndirilməlidir.
PKK-ya dəstək olanların, ən kiçik propaqanda aparanların, təşkilat nişanı gəzdirənlərin terror problemi davam etdiyi müddətcə həbsdə qalmalarına imkan verən qanuni dəyişikliklər edilməlidir.
PKK simvollarının, PKK “bayraq”larının, Öcalanın afişalarının daşınması və istifadə olunması qadağan edilməlidir.
PKK hərbçilərinə qarşı xalqa özünü müdafiə etmə hüququ verilməlidir. PKK-ya qarşı özünü müdafiə edən xalq bu hüququna görə məsuliyyətə cəlb edilməməlidir.
Universitetlərə sızan PKK terror təşkilatının üzvləri həbs edilməlidir.
Tutulan PKK-lılar, lazım gələrsə, vətəndaşlıqdan çıxarılaraq ölkədən sürgün edilməli və ölkəyə daxil olmalarının qarşısı alınmalıdır.
Sosial şəbəkələrdə terror propaqandasının qarşısı alınmalıdır. İŞİD-i dəstəkləyən internet səhifəsi olduqda dərhal bağladılmasına baxmayaraq, PKK propaqandası aparan saytlara qarşı heç bir hüquqi tədbir görülmür.
Terror propaqandası və terror təşkilatına yardım məfhumları qanunlarda yenidən əksini tapmalı və bu məfhumların miqyası genişləndirilərək terrora maddi-texniki dəstək verən hər detalın qanunla qarşısı alınmalıdır.
Xəndək siyasətinə, PKK hərəkatlarına və muxtariyyət elan edib dövlətə qarşı üsyan qaldırmağa təşviq edən nümayiş, yayım və şüarlara görə cəza tətbiq edilməlidir.
Bütün bu qanunların hədəfi fikirlər deyil, terrorizm olmalıdır.
Yeni prosesin PKK-nın kökünün qurudularaq milli birliyin və qardaşlığın möhkəmləndirilməsi, cənub-şərq xalqı üçün gözəl həyat şəraiti təmin edilməsi prosesinə çevrilməsi.
PKK ilə müharibədə 30 ildir bütün mübarizə metodları sınaqdan keçirilmişdir. Kontur-gerilla metodlarından çözüm sürəcinə kimi heç bir metod uğurlu olmayıb.
3 aylıq kökündən məhv etmə planı ilə 4 tərəfli mübarizə aparılmalıdır.
PKK-nın çözüm sürəci ilə tarixi gücə, siyasi dəstəyə və bələdiyyə imkanlarına, dolayısilə, dövlət imkanlarına nail olduğu göz qabağındadır. Ona görə çözüm sürəcinin hər an yenidən gündəmə gətiriləcəyi ilə bağlı xəbərlər ən başda PKK ilə mübarizə aparan təhlükəsizlik qüvvələrini narahat edir, türk millətini təşvişə salır, bölgə xalqını da mənfi fikirlərə sövq edir. Çözüm sürəci ilə bütün bölgəyə silah və bomba yığan, bələdiyyələr vasitəsilə sahə hakimiyyətini böyüdən və minaları asfalt yolların altına basdıran PKK var ikən, “çözüm sürəcinə geri qayıtmaq” kimi sözlərin nəyə xidmət etdiyi türk xalqına yaxşı izah edilməlidir. Muxtariyyət, özünüidarə sistemi, yerli özünüidarəetmənin güclənməsi kimi siyasətlər həll yolu deyil, əksinə, PKK-nın status qazanıb bölünmə üçün üstünlük əldə etməsinə, beləcə, qəti bölünməyə səbəb olacaq. Küçədə quduz itlər olduğu halda, itlərin sərbəst gəzməsinin müdafiə edilməsi və ya heyvanlar arasında epidemiya yayıldığı halda, heyvan hüquqlarını irəli sürərək bələdiyyələrin hüquqlarının məhdudlaşdırılması necə qorxunc nəticələr verərsə, PKK mövcud ikən yerli özünüidarə sistemlərinə muxtariyyət verilməsi də eyni şəkildə məhvə aparar.
“Amerika dərin dövləti belə istəyir, təzyiq göstərir, hədələyir” deyə Türkiyənin unitar quruluşdan əl çəkməsi, bir bölgəsini göz görə-görə PKK-ya təslim edib bölünməni qəbul etməsi yolverilməzdir. Bu, daha böyük fəlakətlərə, parçalanmaya və bütün dünyanın bir növ cəhənnəmə çevrilməsinə səbəb olacaq. Bir müsəlman ölkənin stalinist qatillərə muxtariyyət verməsi İslam dünyasının birlik olma ümidini aradan qaldırmaqdır ki, bu da əsla qəbul edilməz.
Digər tərəfdən, bu da bir həqiqətdir ki;
PKK tərksilah olmaz.
PKK Türkiyədəki xain separatçı əməllərindən əsla əl çəkməz.
PKK Türkiyəni əsla tərk etməz.
PKK öz avtoritetini təmin etmək siyasətindən əsla geri addım atmaz.
Silahla əldə etdiyi qüvvəni tərksilah olduğu andan itirəcəyini bilən PKK 40 illik nailiyyətlərini sürəc uğrunda zay etməz.
Ona görə də “PKK geri çəkiləcək” fikri tamamilə həqiqətdənkənardır. PKK-nın marksist-leninist-stalinist fəlsəfəsinə də qəti ziddir. PKK ilə ancaq onun anladığı dildə mübarizə aparmaq lazımdır. Bu da silahlarını əllərindən almaq, bütün PKK üzvlərini həbs etmək və hətta terrorla əlaqəsi olan hər kəsi vətəndaşlıqdan çıxarmaqdır.
PKK ideologiyasının məhv edilməsi və beləcə PKK-nın dəstəyinin aradan qaldırılması
Səhiyyə, sosial təhlükəsizlik, nəqliyyat kimi sahələrdə necə planlı proqram varsa, mədəni sahədə də milli proqram tərtib olunmalıdır. Dövlət və özəl TV kanallarında məcburi maarifləndirmə aparılmalıdır. Bu maarifləndirmə elmi olmalı, qəhrəmanlıq, demoqoqluq və fəlsəfi izahlar əvəzinə problemi izah edən, həll yolları təklif edən elmi proqramlar şəklində olmalıdır. Maarifləndirmə proqramının və verilən mesajların müəyyən edilməsi çox vacibdir.
Mədəni maarifləndirmədə aşağıdakı kanallardan istifadə olunmalıdır:
Qəzet və jurnallar
Sosial mediada hərtərəfli maarifləndirmə
Məktəb tədris planında maarifləndirmə
Hər kəsin maarifçi olması
Vətəndaş cəmiyyəti təşkilatlarında maarifləndirmə
Maarifləndirmənin bütün partiyaların proqramlarına daxil edilməsi
İdman sahələrində maarifləndirmə
Universitetlərdə maarifləndirmə
Xüsusilə gənclər təşkilatlarında maarifləndirmə
Tanınmış şəxslərlə (incəsənət, idman, təhsil sahəsindən olan, xalqın sevdiyi şəxslərlə) maarifləndirmə və xatırlatma fəaliyyətləri
TV proqramlarında maarifləndirmə
Beynəlxalq maarifləndirmə və beynəlxalq təşkilatlarda müdafiə
İraq və Suriyada maarifləndirmə (qısa broşurlar, kitablar, afişalar, konfranslar, televiziya və radio proqramları vasitəsilə)
Dünya miqyasında vətəndaş cəmiyyəti təşkilatları ilə ortaq maarifləndirmə
Ölkə xaricində yaşayan türklərin iştirakı
Türk respublikaları və İslam ölkələri ilə güclü birlik-bərabərlik nümayişi ilə mədəni fəaliyyətlərin təşkil olunması
Türkiyənin ən böyük problemlərindən biri də ideoloji cəhətdən güclü, milli-mənəvi dəyərlərə sahib çıxan gəncliyin yetişdirilməməsidir. Türkiyə siyasətçiləri də nitqlərində tez-tez bu mühüm problemə toxunur və dindar nəslin əhəmiyyətini vurğulayırlar.
Türk gəncliyi dünyadakı təhlükələrə laqeyd münasibət göstərərkən PKK-lı terrorçu gənclər dağa çıxmağı, silahlanmağı, terror hadisələri törətməyi, ölməyi və öldürməyi yeganə hədəf seçirlər. PKK-lılar üçün ailə həyatı, universitet diplomu, ev almaq, ticarətlə məşğul olmaq kimi hədəflər mühüm deyil. Sayları az da olsa, belə bir şəraitdə PKK-nın bir çox cəhətdən üstün olduğu və qalib gələcəyi ortadadır. Məhz buna görə türk gənclərində milli şüur təcili formalaşdırılmalıdır.
Təhsil müəssisələrində təcili surətdə “milli şüur dərsləri” tədris planına daxil edilməlidir. Bundan başqa, milli şüur mövzusu televiziyada da daima gündəmdə olmalıdır.
Milli və mənəvi şüuru zədələyən ən böyük təhlükə isə təhsil ocaqlarında materializmin tədris olunması, yaradılışa qarşı çıxılmasıdır. Türkiyənin dövlət məktəblərinin tədris planında materializm cəfəngiyyatı əsasında qurulmuş təhsil var. Həyatın “təsadüfən əmələ gəldiyini” iddia edən darvinizm bütün dərsliklərdə yer alır. Bu təhsil sisteminin yetişdirdiyi gənclərin dindar olmayacağı aydındır.
PKK-nın ideologiyası da bütün türk millətinə yaxşı izah edilməlidir:
Kürd xalqı dindardır, səmimidir, mənəviyyatı zəngindir və Allahı, Peyğəmbəri (səv) sevirlər. Müqəddəs dəyərlərə sahib çıxırlar. “Məscidin əvəzinə mənim evim yanardı, oğul” deyə fəryad edən, “Allahın evini yandırıblar, Allahın Kitabını yandırıblar” deyən gözləri yaşlı anaların əhvalı bölgə sakininin əsl əhval-ruhiyyəsini əks etdirir. Ona görə bölgə əhalisinə PKK-nın ateist, kommunist, din əleyhdarı və marksist-leninist-stalinist quruluşu çox yaxşı izah edilməlidir.
PKK-çıların alçaq, əclaf, yalançı, əxlaqsız, zalım, sevgisiz, namərd, hörmətsiz, səviyyəsiz, natəmiz, namussuz xarakteri ilə kürd xalqının tərbiyəli, alicənab, etibarlı, sevgi dolu, hörmətə dəyər verən, mənəviyyatı hər şeydən üstün tutan, nəzakətli, hörmətli, ədəb-ərkanlı, təvazökar, fədakar, cəfakar, səmimi xarakterini müqayisə edən nümunələr xalqımıza təqdim edilməlidir.
PKK-nın din əleyhdarı və stalinist quruluşu, başda “TRT Kürdi” olmaqla, yerli radio və televiziya proqramları ilə xalqa izah edilməlidir. PKK-nın ateist-materialist olduğunu, Allahı və yaradılışı inkar edən quruluşda olduğunu və PKK-nın son hədəfinin kommunal, sosialist, dövlətsiz diktatorluq, yəni kommunist diktatorluq qurmaq olduğunu ən yaxşı izah edən vətəndaş cəmiyyəti təşkilatları dəstəklənməli, bu məqsəd üçün yollarındakı maneələr aradan qaldırılmalıdır.
PKK zorakılıq tətbiq etmədən, cinayət və terror törətmədən, qırğın etmədən, hədə-qorxu gəlmədən kürdlərin bölgədə onları dinləməyəcəyini çox yaxşı bilir. Kürdlər də çox cəsur, mərd insanlardır. Dinsiz, kommunist PKK-lı qatillərin onlara təzyiq göstərməsindən, qoçuluq etməsindən, hədə-qorxulardan, silah gücü ilə övladlarının, evlərinin, məscidlərinin əllərindən alınmasından və hücumlardan çox narahat olurlar. Bu narahatlığa görə dövlətimiz kürdləri çox dəstəkləməlidir.
PYD-nin PKK ilə eyni terrorçu təşkilat olduğu açıq-aydın izah edilməlidir. Bu, çox mühüm mövzudur, çünki PKK “Türkiyə Kobanidə kürdləri ölümə tərk edib. Türkiyə Cümhuriyyətinin yeganə hədəfi kürdlərin hamısını soyqırımla məhv etməkdir” kimi əsassız, yalan propaqandalarla bölgə xalqını aldatmağa çalışır. Buna dair minlərlə dəlil var. Məhz PYD-nin partiya əsasnaməsində yer alan “KCK (Kürd İcma Birliyi) və Öcalana tabe olduqlarının açıqlanması” kafi dəlildir. Bundan başqa, maarifləndirmədə “Qəndildəki PKK-lıların, Türkiyədəki PKK-lıların Suriyada PYD-li olması, YPG-YPJ-lilərin Öcalanın şəklinə and içmələri, PYD adından Öcalanın Bəəs rejimi ilə vəkillər vasitəsilə əlaqə qurması” kimi yüzlərlə dəlildən istifadə olunmalıdır. Şəkilli, vizual slaydlı təqdimatlarla bu həqiqətlər həm bölgə xalqına, həm də bütün dünya mediasına göstərilməlidir.
PYD-nın törətdiyi qırğınlar, dinsiz strukturu, dindar kürd partiyalarını aradan götürməsi, özünə müxalif hərəkatları silah gücü ilə susdurması bir çox dəlillərlə xalqa izah edilməlidir.
PKK-PYD Kobani və Rojavada İslam əleyhinə rejim qurmaq istəyir. PKK-PYD bu diktatorluğu dövründə müsəlmanlara yaşamaq hüququ tanımayacaq. 40 illik PKK tarixi bunun ən böyük dəlilidir. Eyni zamanda son bir illik terror da bunun ən böyük sübutudur. Bunlar bölgə xalqına bir-iki dəfə deyil, dəfələrlə izah edilməlidir. Təkrardan qaçmaq olmaz. Broşurlar, konfranslar, afişalar, qəzetlər, jurnallar, şüarlar, televiziyalar, Diyanət fəaliyyətləri, dini icma və vətəndaş cəmiyyəti təşkilatlarının iclasları ilə bu həqiqət bölgə xalqına hərtərəfli izah edilməlidir.
PKK və PYD-nin dindar nəqşibəndi olan Bərzaniyə qarşı düşmənçiliyi də izah edilməlidir. Bərzani böyük çətinliklərlə, həyatı boyu əziyyətli, qəhrəmancasına mübarizəsi ilə kürdlərə İraqın şimalında rahat həyat şəraiti təmin etməsinə baxmayaraq, PKK-lı qatillərin Bərzaniyə qarşı olması böyük əxlaqsızlıqdır. Bu vəziyyət PKK-nın düşmən siyahısında sadəcə Türkiyə və İŞİD-in deyil, bütün dindar kürdlərin olduğunu göstərən dəlillərdən biridir.
PKK var ikən muxtariyyət istəyən quruluşun dindar olmadığı, İslam dinini, İslam Birliyini, dövlətin birliyini və bütövlüyünü istəmədikləri izah edilməlidir. Təhlükəsizliyin olmadığı, insanların canlarının dərdində olduğu, PKK-nın bütün ailələrə, evlərə əl atdığı halda, yerli idaretmə strukturlarını gücləndirməyin, muxtariyyət, özünüidarəetmə sisteminə keçməyin stalinist qatilləri gücləndirəcəyi vətəndaşlarımıza və hətta bütün dünyaya izah edilməlidir.
Dövlətin uzunmüddətli keyfiyyət siyasəti həyata keçirməsi
Müsəlmanların dünya ictimaiyyətindən kifayət qədər dəstək almamasının ən əsas səbəblərindən biri də bəzi müsəlmanların yaratdığı keyfiyyətsiz təəssüratdır. Halbuki İtaliyaya, Fransaya və digər Avropa ölkələrinə dünya siyasətində nüfuz qazandıran mühüm faktor keyfiyyət anlayışlarıdır.
Ölkələrin keyfiyyət siyasətinin olmaması incəsənətə, elmə, həyat səviyyəsinə, rahatlığa, səhiyyəyə, idmana – hər şeyə təsir edir. Bu gün dünyada tanınan müsəlman incəsənət nümayəndələri və ya alimlər əsasən Qərbdə yaşayan, qərb təhsili almış müsəlmanlardır. Çünki Qərbdə daha böyük və keyfiyyətli imkanlar var.
Keyfiyyətsizlik millətlərin, dövlətlərin, orduların özünə inamını da itirir. İraq ordusunun hər düşmən gördükdə döyüşdən qaçması buna nümunədir.
Bir çox müsəlman keyfiyyətsiz həyat nəticəsində özlərinə inamını itirir, özlərini alçaldılmış hiss edirlər. Xor görülmə, ayrı-seçkilik və təcrid olunma nəticəsində də özgüvənsizlik psixologiyasına malik, zəif xarakterli kütlələrdə həsəd, eqoistlik, nifrət hissləri baş qaldırır.
Bu gün İslam dünyasının böyük hissəsində zənginlik, təmizlik, gözəllik, texnologiya, incəsənət, estetika, keyfiyyət, mədəniyyət, ədəb-ərkan, qadına hörmət, gənclərə hörmət, sevgi, elm kimi xarakteristik xüsusiyyətlərə çox nadir rast gəlinir. Bu, çox qorxunc vəziyyətdir. Cəmiyyətdə böyük ayrı-seçkiliyə yol açan bu vəziyyət mənəviyyat əskikliyi olan millətlərdə xüsusilə marksist nifrətin və kommunist üsyanın asanlıqla yayılmasına səbəb olur.
Kommunizmin mənbəyi elm deyil, cahillikdir. Cahil, xurafatçı insanlar həyatın kortəbii təsadüflərlə, Yaradan olmadan əmələ gəldiyinə inanırlar. Araşdırmayan, sorğulamayan bu düşüncə tərzi ilə hər cür cəfəngiyyat və azğın təfəkkür qəbul edilir. Bir çox terror təşkilatı kimi PKK da məhz bu cür mühitdə böyüyüb inkişaf edir.
Dolayısilə;
Dövlətin güclü maarifləndirmə siyasəti ilə keyfiyyət siyasətinin də olması çox vacibdir. Çünki keyfiyyət formalaşdıqca həyat keyfiyyəti də yüksələcək və keyfiyyətli cəmiyyət əmələ gələcək. Keyfiyyət formalaşmadıqda isə keyfiyyətsizlik, sevgisizlik, kobudluq cəmiyyətə sürətlə hakim olacaq.
Qabiliyyətlərin inkişaf etməməsi, incəsənətin sönükləşməsi ilə, xüsusilə, Yaxın Şərqin, habelə Asiya və Afrikanın düşdüyü vəziyyət göz qabağındadır. Yaxın Şərqdə ölmək və öldürmək, münaqişə, döyüş, zorakılıq artıq adiləşib. İnsanların və bəşəriyyətin heç bir dəyəri qalmayıb.
Keyfiyyətsiz mühitdə PKK kimi terror təşkilatlarının əmələ gəlməsi də asanlaşır. Keyfiyyətsiz düşüncələr, fikirlər ortaya çıxır. Milli heysiyyəti olmayan, keyfiyyətsiz bəzi insanlar da PKK-nı dəyərli hesab edir. Bu, acınacaqlı vəziyyətdir.
PKK keyfiyyətli, mədəni cəmiyyətdə heç kimi yalanları ilə aldada bilməz. Heç kimi keyfiyyətsiz həyat şəraitində yaşamağa inandıra bilməz.
Digər tərəfdən, keyfiyyətsiz milləti dünya da dəyərsiz, əhəmiyyətsiz hesab edir. Bu sevgisiz və mərhəmətsiz münasibət nəticəsində də, xüsusilə müsəlmanların ölümünə bir delfinin, bir balinanın, bir qağayının ölümü qədər əhəmiyyət verilmir. Bu fitnə keyfiyyətin təcili surətdə dövlət siyasətinə çevrilməsi ilə sona çatar.
Keyfiyyət olmasa, ölməyi, öldürməyi istəyən insanlar yetişər.
Evlər, küçələr, qidalar və bunlar kimi həyatın hər sahəsi keyfiyyətsiz olduqda bu keyfiyyətsizliyi mənimsəmiş keyfiyyətsiz insanlar ortaya çıxar.
Bir ölkənin keyfiyyəti qadına verdiyi dəyərdən, nəzakətdən məlum olar. Ona görə keyfiyyət olmadıqda həmin cəmiyyətdə ən çox əzilənlərdən biri də qadınlar olar.
Bir ölkədə keyfiyyət olmasa, həmin ölkə məhvə sürüklənir. Keyfiyyətsizliyə təşviq etmək isə böyük fitnə və tələdir.
Keyfiyyətsizlik memarlıqda, geyim tərzində, düşüncə tərzində, küçədə, qısası, hər sahədə məhvə aparır. Keyfiyyətsizlik xurafatı, xurafat da keyfiyyətsizliyi böyüdür. Bu da məhvə aparır.
[i] “Kan sınırları” http://www.sabah.com.tr/yazarlar/safak/2009/04/26/kan_sinirlari
[ii] “Amerika'nın Göremediği PKK” kitabı http://www.harunyahya.org/tr/Kitaplar/206407/amerikanin-goremedigi-pkk/chapter/16397#.VnQUO7gUBAw.twitter
[iii] Süleyman Kocabaş, Hindistan Yolu ve Petrol Uğruna Yapılanlar: Türkiye ve İngiltere, 1-ci nəşr., İstanbul: Vatan Yayınları, 1985, səh. 231
[iv] Duran Kalkan: Bin yıllık kardeşlik bir safsatadır http://www.ensonhaber.com/duran-kalkan-bin-yillik-kardeslik-bir-safsatadir-2015-12-15.html?utm_source=wShare