Keçdiyimiz günlərdə dünya tərəfindən məşhur elm jurnallarında və Vaşinqton Post kimi qəzetlərdə eyni anda nəşr olunan bir xəbərdə, dənizlərin dərinliklərində yaşayan sulfid-bakteriyaların 2,3 milyard ildir dəyişmədən günümüzə qədər gəldiyi xəbər verilirdi.
Bu sirli canlı üçün bəziləri qarışıqlıq ehtiva edən, kimilərində çarəsiz çırpınış kimi dayanan, “bioloqlar, 2.3 milyard ildir təkamül keçirməmiş dərin dəniz sulfid bakteriyası tapdılar”, “2 milyard İldir heç dəyişməyən bakteriyalar təkamül üçün bilməcədir”, “Darvini gülümsədəcək 2 milyard illik sirli canlı” bənzəri başlıqlar atıldı.
Biz də bu yazımızda, yaradılışın dəlili olan, darvinizmi isə çürüdən bu xəbəri ələ alacağıq.
Vaşinqton Postda yer alan xəbərdə diqqət çəkici istiqamətlərdən biri, elm insanlarının bəzi yerlərdə bilavasitə cümlələr istifadə etsələr də, “canlılığın 2 milyard ildir təəccüblü şəkildə dəyişmədiyi”ni ifadə etmələri idi:
“Okeanların altında tarixin ən qədim dövrlərinə aid bakteriya koloniyası dünya tarixinin demək olar ki, yarısı qədər müddətdir heç dəyişmədən qalır. Bu dərin dəniz canlıları ətraflarında dəyişmə olmasına baxmayaraq, özlərində “tamamilə təkamül olmadığını” göstərirlər. Sulfid dəyişikliyi edərək yaşayan bu bakteriyaların eyni formaları fosil qeydlərində iki ayrı yerdə tapıldı və indiki vaxtda hələ yaşayırlar. Liflər halında olan bu mikroblar 2.3 milyard yaşında, Qərbi Avstraliyada fosilləşmiş palçıq içində təsbit edildi. Eyni növ koloniyalara 1.8 milyard illik qaya təbəqələrində Şili və Cənubi Afrika sahillərində də rast gəlinmişdi. Nyu Sout Vales Universitetindən prof. Malcolm Vatə, “fosillərin içində gördüyümüz bu mikroblar demək olar ki, bugün okeanlarda gördüklərimiz ilə eynidir.” deyə açıqladı. “Formaları eynidir və yenə eyni kimyəvi əməliyyatları edirlər.”
Görüldüyü kimi sulfid bakteriyalarının 2 milyard ildən çox müddətdir heç dəyişməmiş olması, “təkamül yoxdur” olaraq etiraf edilir, ancaq bir tərəfdən də bu elmi həqiqət “ətrafında dəyişmə olmasına baxmayaraq”, “demək olar ki” kimi əlavələr edilərək, yəni demaqoqluq ilə ört bas edilməyə çalışılırdı. Hətta bəzi yerlərdə təkamülün olmaması, “darvinizmə zidd deyil” kimi son dərəcə ziddiyyətli şəkildə də izah olunurdu.
Dəyişmənin olmaması nə məna verir?
Təkamül nəzəriyyəsi canlıların günümüzə qədər dəyişərək gəldiyini iddia edir, dolayısilə dəyişmə yoxsa təkamül də yaşanmamış deməkdir. Necə ki, canlılıq tarixi araşdırıldığında saysız canlı növünün milyonlarla il keçsə də heç dəyişmədən varlığını davam etdirdiyi görülər. Bu canlılar milyonlarla il əvvəlki nümunələrindən fərqsiz olduqları üçün bioloqlar tərəfindən “yaşayan fosillər” olaraq təyin olunurlar. Məhz bu məqalədə yer alan və 2.3 milyard il əvvəldən günümüzə qədər heç dəyişmədən gələn sulfid bakteriyalara bənzər yaşayan fosillər təkamül nəzəriyyəsini çürüdən, rəddi mümkün olmayan elmi dəlillərdir.
Canlılardakı kompleks həyat mərhələli ola bilməz
Təkamül tərəfdarları yaşayan fosillər qarşısında çarəsizdirlər. Materializm dini, yəni darvinizmin iddialarına görə guya, “təbiətin öz-özünü pilləli şəkildə var etmiş olması” lazımdır halbuki təbiətdə buna dair dəlil yoxdur. Növlər təkamülçülərin nəzərdə tutduqları, ibtidaidən inkişaf etmişə doğru pillələrlə sıralanmır. Kompleks canlı formaları bir anda ortaya çıxırlar və canlılığın ilk ortaya çıxdığı prekambriyen dövrdə onsuz da vardırlar. Məsələn, bu gün ən inkişaf etmiş laboratoriyalarda belə bənzəri reallaşdırıla bilməyən reaksiyaları, fotosintez edən yosun 3,2 milyard il əvvəl onsuz da edə bilirdilər. Bu möcüzə mikroorqanizmlər atmosferin 21%-lik oksigen nisbətini təmin etmədə əsas rolu oynadılar. İşığın çata bilmədiyi okean dərinliklərində isə bakteriyalar başqa enerji qaynağı istifadə edirdilər: Sulfid.
Bakteriyaların zəhərli kükürdü təmizləməsi niyə əhəmiyyətlidir?
Dünyamız 4.6 milyard il əvvəl meydana gəlməyə başladığında, atmosferimiz vulkanik partlamalar səbəbiylə çoxlu kükürd ilə örtülmüşdü. Suyun sıxlaşmasıyla birlikdə, okeanlar meydana gəldikdən dərhal sonra, mövcud kükürd suda asanlıqla həll ola bildiyi üçün atmosfer kükürddən təmizləndi. Dənizlərdəki yüksək kükürd nisbəti isə, bu gün daha çox hidrotermal qaynaqların yaxınlarında yaşamalarıyla bilinən, təməl enerji qaynağı olaraq hidrogen sulfidi istifadə edən xemosintezik bakteriyalar sayəsində azaldı. Sulfid-bakteriyaları olaraq da adlandırılan bu xüsusi bakteriyalar bu əməliyyatlarla bir tərəfdən qlükoza əldə edərkən digər tərəfdən dənizləri təmizləyib yaşana bilər hala gətirdilər.
Sulfid bakteriyaları hidrogen sulfidinin (H2S) zəhərləyici xüsusiyyətini təsirsiz edəcək çox xüsusi reaksiyalar icra edər. Üstün ağıl məhsulu bu həssas nüvə reaksiyalar sayəsində zəhərlənib ölmədikləri kimi ehtiyacları olduğu qidanı və enerjini də təmin edərlər. Bu bakteriyalar hidrogen-sulfidi oksigen ilə “yandıraraq”, su və müxtəlif sulfatlar çıxararlar. (Hidrogen-Sulfat + Oksigen --> Su + Sulfatlar) Dənizlərdə həyat üçün həyati olan bu kimyəvi əməliyyatın reallaşması, kükürdü həll edə bilən xüsusi bakteriyaların varlığı xaricində mümkün deyil.
Zülal ancaq əksiksiz hüceyrədə həyat tapa bilər
Sulfat bakteriyaları 3 milyard ildir eynidir. Heç bir dəyişikliyin olmaması təkamül nəzəriyyəsini çürütməklə birlikdə, bu bakteriyaların necə ortaya çıxdığı da təkamülçülər üçün açıqlanması lazım olan vəziyyətdir. Ancaq tək bir hüceyrənin meydana gəlişini buraxın, onu meydana gətirən tək bir zülalın belə ortaya çıxışı bir-birini izləyən təsadüf pillələri ilə açıqlana bilməz. Hər hansı hüceyrənin tək bir zülalı belə hüceyrə pərdəsi ilə zəmanət altına alınmış, turşusu idarə altında tutulan bağlı mühitə ehtiyacı olar. Təbii ki, hansı amin turşusu başqası ilə necə sıralanacağı da DNT ilə təsvir edilməli, bu kodlar başqa zülallar tərəfindən oxunaraq şifrə açılmalı, daha sonra amin turşuları ribozomal zülalların həssas işləməsi ilə birləşdirilməli, şaperon zülalları da bu zənciri üç ölçülü halına qablaşdırmalıdır. Bu şəkildə, tək bir zülalın sintezi üçün ortalama 100 fərqli zülal növü lazımdır, bundan əlavə bunların işləyə bilmələri üçün də mitoxondri tərəfindən enerjinin davamlı olaraq təmin edilməsi lazımdır ki, bu da tam təşəkküllü hüceyrənin içində işləmələri deməkdir. Yəni hüceyrə tam olaraq varsa zülal ola bilər. Bu şərt, canlılığın bir anda möcüzəvi şəkildə ortaya çıxmasını tələb edir ki, bu Allahın “Ol” deməsiylə yaratmasıdır.
Elmdən uzaq əyri təkamülçü izahlar yaradılış gerçəyini örtə bilməz
Təkamül kimi müddətin yaşanmamış olması “yaşayan fosillər” ilə sübut edilmiş açıq-aşkar bir həqiqətdir. Sulfid bakteriyaları və saysız növə aid dəyişməmiş fosil nümunələri, təkamülçülərin hər cür səhv izahlarına baxmayaraq, sonsuz güc sahibi, üstün yaradıcımız olan Allah tərəfindən bir anda var edildiklərini və əsrlər boyu sabit qaldıqlarını şübhə buraxmadan göstərən dəlillərdir.