Məşhur Osman İmam Rəbbani Həzrətlərinin “Məktubatı-Rəbbani” əsərində hz. Mehdi (ə.s)-ın zühur vaxtı ilə əlaqədar olaraq verdiyi dəqiq vaxtı açıq-aşkar rədd edib. İddiasına görə hz. Mehdi (ə.s)-ın peyğəmbərimiz (s.ə.v)-dən sonrakı 3 min ildə deyil, imam Rəbbanidən 1000 il sonra, yəni 3000 il ərzində zühur edəcəyini ifadə etmişdir. Halbuki, bu iddiası həm peyğəmbərimiz (s.ə.v)-in bu mövzu ilə əlaqədar olan hədis-i şəriflərinə həm də bu istiqamətdə böyük İslam alimlərinin açıq izahlarına uyğun gəlmir.
Məsələn, Məktubatın heç bir yerində hz. Mehdi (ə.s)-ın zühurunun Rəbbani həzrətlərindən sonrakı 1000 ildə olacağına dair bir izah yoxdur. Ancaq buna baxmayaraq məşhur Osman əsası olmayan belə bir iddia ilə ortaya çıxmışdır və: "Rəbbani Həzrətləri hz. Mehdi (ə.s)-ı və hz. İsa (ə.s)-ın peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra deyil, özündən (İmam Rəbbani həzrətlərindən) 1000 il sonra gələcəyini deyir" kimi çox yanlış bir şərh vermişdir. Buna görə də həm hz. Mehdi (ə.s)-ın, həm də hz. İsa (ə.s)-ın bu əsrdə gələcəklərini rədd edərək peyğəmbərimiz (s.ə.v)-in hədislərinə zidd gəlir. Digər tərəfdən də İslam əxlaqının dünya hakimiyyətini və Türk-İslam Birliyinin qurulmasını 600 il sonra olacağını və bütün müsəlmanların əmin-amanlığa və hüzura qovuşacaqları Qızıl Dövrün yaşanacağı dövrün əsrlər sonra olacağını iddia edir.
Halbuki, İmam Rəbbani Həzrətləri “Məktubatı Rəbbani” əsərinin bir çox yerində axırzamanın ən əhəmiyyətli iki şəxsi olan hz. İsa (ə.s)-ın nüzulu (enməsini) və hz. Mehdi (ə.s)-ın zühur vaxtları ilə əlaqədar olaraq çox dəqiq məlumat verir:
Göründüyü kimi Rəbbani Həzrətləri çox açıq və dəqiq şəkildə hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s) İslam ümmətinin son dövrü olan, peyğəmbərimizin (s.ə.v)-in vəfatından sonrakı 2-ci minillikdə gələcəklərini ifadə edir. Rəbbani Həzrətləri, “Məktubatı Rəbbani”də qeyd edilən 261-ci məktubda peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 il keçdikdən sonra ümmətin son dövrünə giriləcəyini dəqiq bir şəkildə, heç bir əlavə şərh ya da şərt gətirmədən belə ifadə etmişdir:
Eyni şəkildə 209-cu məktubda da bu ifadəni təkrarladığı və hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 il keçdikdən sonra zühur və nüzul edəcəklərini ifadə etdiyi görünür:
Peyğəmbərimiz (s.ə.v) yüzlərlə hədisində axırzamanda, yəni qiyamətdən əvvəlki son dövrdə övladlarından hz. Mehdi (ə.s)-ın zühur edəcəyini bildirmişdir. (Dəqiq məlumat üçün aşağıdakı sayta baxın).
http://www.hazretimehdi.com/index.php
Bundan əlavə mövzudan aydın olduğu kimi Rəbbani Həzrətləri də bu hədislərlə əlaqədar olaraq hazırladığı “Məktubat-ı Rəbbani” əsərində, ümmətin son dövrünün ikinci minillikdə, yəni peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il keçdikdən sonra olacağını ifadə etmişdir.
Peyğəmbərimiz (s.ə.v) miladi təqvimi ilə 632-ci ildə vəfat etmişdir. Yəni peyğəmbərimiz (s.ə.v) miladi təqviminə görə 1-ci minillikdə doğulmuş və sonra yenə eyni birinci 1000 il içində vəfat etmişdir. Peyğəmbərimizin (s.ə.v) miladi 632-ci ildəki vəfatından 368 il sonra da bəhs edilən bu birinci min il bitmiş və Rəbbani Həzrətlərinin ifadə etdiyi 2-ci min il başlamışdır. Məhz bu, həm hz. Mehdi (ə.s)-ın zühur edəcəyi, həm də hz. İsa (ə.s)-ın yer üzünə təkrar gələcəyi min ildir. Hər şey bu min il içində olub bitəcək. Haqqında danışılan bu ikinci min illik içində həm Rəbbani Həzrətləri yaşamış və vəfat etmişdir (1563-1624), həm də özündən təxminən 400 il sonra, yəni hicri 1400-cü ildə hz. Mehdi (ə.s) zühur etmişdir.
Bədiüzzaman Səid Nursi Həzrətləri isə peyğəmbərimizin (s.ə.v) bu mövzudakı hədisləri ilə bağlı etdiyi hesablamalara görə bu ikinci min ilin ardınca hicri 1545, miladi 2120-ci il gəlir və bu illərdə qiyamətin qopmasının reallaşacağını açıqlamışdır. Ətraflı məlumat üçün baxın:
http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/17782