Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla. Məsəd surəsi. "Əbu Ləhəbin iki əli qurusun; qurudu da. Malı və qazandıqları özünə bir fayda vermədi". İndi Axırzamanın xüsusiyyətləridir, "malı və qazandıqları ona bir fayda vermədi". Məsələn, bir çox insan görürük malı və qazandıqları özünə bir fayda vermir. Baxırsan, pərişan bir şəkildə bir xəstəxanada ölür, amma malı-mülkü hər şeyi qalır və hər gün bunun xəbərlərini eşidirsiniz, deyilmi? Amma İslama düşməndir, Qurana düşməndir məsələn, faşistlərdə də bu belə görüldü, masonlarda da bu belə görüldü. "Alovlu olan bir atəşə girəcək. Yoldaşı da; odun kimidir". Yəni evliliklərdə də insanın yoldaşı adamın daha da betər yanmasına, daha betər başının bəlaya girməsinə səbəb olacaq bir xarakterdə olur. Onun odunu olur sanki, yəni sanki yoldaşı ona odun daşıyır. Əlbəttə ki, onu daha çox yandıracaq, məsələn, qeyri-qanuniliyə itələyir, əxlaqsızlığa itələyir, soyğunçuluğa itələyir, daima onun sanki yanması üçün daha çox yanacaq gətirən biri mövqeyə gəlir. "Boynuna bükülmüş bir ip (bağlanmış) olaraq". Yəni o da onunla bir-birinə bağlı, yəni bir-birinə boyunları bağlanmış olurlar, yəni heyvan kimi, sanki onu boynuna bağlanmış olaraq sürüyür. Quran çirkin olan evliliklərin çirkinliklərinə diqqət çəkir. Yəni bir-birini batıran evliliklər. Yəni qadın kişini batırır, kişi də qadını batırır və ikisi də bir-birinə belə heyvan kimi sanki, bir bağla boyunlarından bağlanmışlar. İkisi də bir-birinin odunu olmuş vəziyyətdədirlər, bir-birlərini yandırırlar. Əlbəttə ki, bu Əbu Ləhəbə işarə etməklə yanaşı, Axırzamana da işarə edir, çünki Axırzamanda Əbu Ləhəblər milyonlarla olacaq. O zaman bir ədəd olan Əbu Ləhəb və arvadı indi Axırzamanda milyonlarladır. Buna diqqət çəkilir.