(Cənab Adnan Oktarın Ekin TV-dəki reportajı, 2 fevral, 2009)
Adnan Oktar: ... Evlilik saf sevgi ilə olar. Allahın təcəllisi olaraq o insanı sevərsən. Bütün məqsədin Allahın verdiyi o əmanəti yoldaşın olaraq, hətta bacın, uşağın, övladın kimi görərək qorumaq və onu dünyada ən gözəl şəkildə yaşatmaq olmalıdır.
Adnan Oktar: Saf sevgi ilə olmalıdır. Allahın təcəllisi kimi baxmaq lazımdır. İnsan ehtirası yaşamaq üçün evlənər. Allahın verdiyi o gözəl hissi, dərinlik hissini yaşamaq üçün və birlikdə Allaha qulluq etmək üçün, Allahın razılığını qazanmaq üçün evlənərlər. İnsan Allahın təcəllisi kimi sevilər. Başqa cür çox qəribə və çox çətin evlilik olar, yəni çox çətin evlilik. Allah qorusun.
Evlilik yalnızca Allahın razılığı ilə olmalıdır
(Cənab Adnan Oktarın Kanal 35 (İzmir) reportajı, 21 fevral, 2009)
Adnan Oktar: Əgər Allahın razılığı yoxdursa, Allahın təcəllisi olaraq bir insan bir qadını sevmirsə, yəni mən özümü düşünürəm, mən həqiqətən iyrənərəm elə bir qadından, mənə iyrənc görünər. Onda dərinlik tapa bilmərəm, ehtiras da tapa bilmərəm, şəfqət də tapa bilmərəm, gözəllik də tapa bilmərəm və belə bir şeydən də iyrənərəm. Bunu düşünə bilmirəm. Yəni ağlı başında bir insanın çatda filan, bu tip şeylərlə xoşbəxt olması mümkün deyil. Çünki insan qarşısındakına hörmət edirsə, dəyər verirsə, bu təsir edər ona. Hörmət etmədiyi, dəyər vermədiyi birisi ona meymun kimi görünər, yəni çox iyrənc bir şey. Ya meymunla əlaqədə olmuş, ya onunla. Yəni elə bir şey olmaz. Qadındakı o ehtiras və ona çox dəyər vermənin ruhda meydana gətirdiyi təsir cinsəllikdir. Biz buna cinsəllik deyirik. Çox dəyər verərsən, çox ciddi qəbul edərsən, amma çox ciddi, o sənin üçün çox xüsusidir, çox böyükdür gözündə, möhtərəm və mübarəkdir, tərtəmizdir. Sənə aiddir. İffətindən əminsən. Bu, o zaman insanın ruhundakı şiddəti böyüdür. Amma bu yoxdursa, çatla istədiyi qədər məşğul olsun. Onsuz da Allah ona o gücü verməz. Onsuz da bu mövzuda cəmiyyətin bir hissəsi xəstədir. Onsuz da zövq ala bilmirlər qadınlardan və ona görə də dərmanlar alırlar. Nə bilim, nə türkəçarələr, nə dərmanlar. Bu türkəçarə, dərmanla olacaq şey deyil. Bu ehtirasla olan şeydir. Allahın insanların ruhuna verdiyi şiddətli gücdür. Cənnətdə də bu belədir. Yəni cənnətdə insanların ruhunda dərin bir ehtiras olacaq. Biz buna cinsəllik deyirik. Yoxsa donuz kimi üst üstə çıxmaq, yəni insanı yalnızca iyrəndirər. Başqa bir şey deyil.
Adnan Oktarın Tempo TV-dəki reportajı, 3 fevral 2009
Adnan Oktar: ... Əgər bir insan çox səmimi və çox ağıllıdırsa, onsuz da Allah ona bərəkət verər, mütləq onun yolunu açar və onun üçün xeyirlidirsə qədərindəki insanı qarşısına çıxarar. Yəni gedib bazardan armud almaq kimi qadın alınmaz. Var elə tiplər, pulu, evi, avtomobili olduğunu söyləyir, sanki topdan satış taciri kimi, bunlar var, buna qarşılıq da mənə bir qadın tapın evlənim, yəni bu dəhşətlidir. Bütün millətin gözünün qarşısında bunun edilməsi də dəhşətlidir, çox diksindiricidir. Qul alır sanki. Sən ehtirasla, səmimiyyətlə, cani-könüldən sevəcəyin Allahın bir təcəllisini axtarırsan, sonra da bir yük maşını qədər mal verərək mən birini almaq istəyirəm deyə ortaya çıxırsan, yəni arada dağlar qədər fərq var. Yəni ölçü fərqi var, bu çox pis və çox çətin izahlardır, çox incidicidir. İnsan Allahın təcəllisini görmək, Allahın razılığını qazanmaq üçün evlənər və Allahın təcəllisindən zövq alar insan. Yalnızca Allah rizası üçün edər, Allahın üzünü görmənin, Allahın təcəllisini görmənin həyəcanı yaşayar. Burada hazırlıq edərkən elə olacaq, belə olacaq, Allah onsuz da onun zəminini hazırlamışdır, qədərlərində vardır, qədərindəki qadınla insan qarşılaşar. Yoxsa insan, hər nə olursa olsun bu iş olacaq deyə bir şey olmaz. Möminin mütləq Allahdan xeyirlisini gözləməlidir. Allah ona şəraitini, mühitini hazırladığında, qarşısına o insanı çıxartdığında onda bir xeyir vardır. Müsəlman Allahın ona verəcəyi xeyri gözləməlidir. Yəni mütləq bir şey istədiyi an olmalıdır deyə bir şey yoxdur.