Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla, "Arxasınca qeybət edən, qaş-göz hərəkətləriylə lağ edən hər adamın vay halına". Şeytandan Allaha sığınıram. Bu axırzamanda lağlağanın yayılacağı, axırzamanda lağlağa çox geniş yayılmışdır; Quran buna işarə edir. "Ki o mal yığan və onu saydıqca sayandır". Allah kapitalizmin hakim olacağı dövrə diqqət çəkir. "Həqiqətən, malının onu əbədi edəcəyini sanır". Zəngin olan bir qisim kapitalistlərin necə heç ölməyəcəkmiş kimi bir üslubla danışdığını hamımız görürük, deyilmi? Əlbəttə, baxın deyir ki, "malının onu əbədi edəcəyini sanır" deyir. Həqiqətən, sanki heç ölməyəcək kimi üslubu var. "Xeyr, and olsun o hütəməyə atılacaq. Hütəmənin nə olduğunu sənə bildirən nədir? Allahın alovlandırılmış atəşidir. Ki o ürəklərin üstünə dırmaşıb çıxar. Ki o, onların üzərinə kilidlənəcək. Tikilib yüksəldilmiş sütunlarda". İndi bunun Quranda açıq bir mənası var, amma işarəvi məna olaraq baxdığımızda, məsələn, raketlərə baxırıq tikilib yüksəldilmiş bir sütun şəklində olur. Raketlər dik olur, deyilmi? O onların üzərinə kilidlənəcək. Bilirsən, raketlərin bir kilidləmə sistemləri var, elektronik kilidləmə sistemi. Komputerdə hədəf təyin olunur, hədəfə kilidlənir, raket düyməni basan kimi o kilidlənən hədəfə doğru gedir. Deyilmi? Baxın, o onların üzərinə kilidlənəcək deyir. "Ki o ürəklərin üstünə dırmaşıb çıxar". Məsələn, ürək insanlarda olur. İnsanların üstündə dırmaşıb çıxan yuxarıya doğru yüksələn bir quruluşdan bəhs edilir. Və alovlandırılmış atəş də var. Yəni bu, raketin bir xüsusiyyətidir. Deyilmi? Ayə bu mövzulara da işarə edir. Yəni diqqətli baxdığımızda Axırzamana işarə etməsi ilə yanaşı, əbcədləri cəhətdən bu tərəfi də var, amma, əlbəttə ki, bu əslində qiyamətdə cəhənnəmdə olan əzabı izah edir. "Allahın alovlandırılmış atəşidir, o ürəklərin üzərinə dırmaşıb çıxar". İçəridən insanları yandıran bir atəşdir. O insanın üzərinə kilidlənir, insanı buraxmır. Və sütunlara bağlı olaraq, inşaAllah. Amma bir tərəfiylə də bu olur. Bu mənanı verir, inşaAllah.