Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR: Rəhman Rəim olan Allahın adıyla, Zəlzələ surəsi 99. Həmişə qısa surələr Axırzamana işarə edir. Çox zəlzələ olmuşdur, amma İstanbuldakı bu zəlzələ əhəmiyyətlidir. 1999-dakı zəlzələ. Çünki o zəlzələdə bir çox düşüncədən, bir çox hərəkətdən imtina etdilər. 28 fevralçıların mühüm bir düşüncəsi vardı. Ondan o gün imtina etdilər. Masonların mühüm bir hərəkəti vardı, o gün imtina etdilər. O gün məsələn, bir yerdə şeytan çağırmışdılar. Şeytan çox böyük rüsvaylıq çıxartdı. Böyük hadisə çıxartdı və başlarına böyük bəla oldu. Onun metafizik bir hadisə olduğunu anladılar. Əvvəldən bəri şeytanın özləriylə dost olduqlarını zənn edərkən, şeytan o gün başlarına bəla çıxartdı və böyük hadisə çıxartdı. Onlar bilirlər, yəni çağıranlar hadisənin nə olduğunu bilir. Bəli. Və o gün bir çox proyektlərdən imtina etdilər. 99-da bir çox düşüncədən imtina etdilər. İndi onlar o günə, o saata zəlzələnin gəlməsində bir fövqəladəlik olduğunu anladılar. Yəni bir şey olduğunu anladılar. Çünki normalda çağırdıqlarındakı şeytan bunlara həmişə yaxşı davranırdı. O gün bunlara çox tərs davrandı. Yəni bir şey olduğunu anladılar, bəli. İnşaAllah. Təbii, mən o günkü hadisədə Allah şəhid istədi. Minlərlə şəhidimiz oldu. Allah hamısına qəni-qəni rəhmət etsin. Onlar cənnətə qovuşdular, inşaAllah. O ayrı bir mövzudur. Lakin bir xəbərdarlıq oldu masonlara, ayrı bir mövzu olaraq. Bu, hadisənin içində ayrı bir mövzudur, inşaAllah. Baxın bu, 99-cu surədir. 1999-da olmuşdur. Şeytandan Allaha sığınıram: "Yer o şiddətli sarsıntıyla sarsıldığı, və yer ağırlıqlarını xaricə atıb çıxardığı", bax, "ağırlıqlarını xaricə atıb çıxartdığı". Yerdən bir şey çıxdı. Yəni bu o gün olan hadisələrdəndir. "Və insan buna nə olur dediyi zaman". Yəni bax "buna nə olur?" deyir. Yəni insanlar, həqiqətən, zəlzələyə də nə olur dedilər. Lakin ayrıca "buna nə olur dediyi zaman" bunu birinə söyləyirlər. Nə olur? Yəni birdən-birə niyə dəyişdi? Yəni bu eyni zamanda masonların istifadə etdiyi bir üslubdur. Bu, masonların söylədiyi bir söz oldu. Yəni buna nə olur? Hər vaxt itaət edən bu şeytan niyə bu gün belə itaətsiz hala gəldi? "O gün xəbərlərini izah edəcək". Baxın "O gün xəbərlərini izah edəcək". O gün onlar da bir xəbər eşitdilər. Yəni bir xəbər eşitdilər. İnşaAllah. O gün bilirsiniz televiziya xəbərləri də vardı. Yəni tam... deyilmi? Zəlzələnin olduğu anda da televiziya xəbərləri vardı. İnşaAllah. "Çünki Rəbbin ona vəhy etmişdir. O gün insanlar əməlləri özlərinə göstərilsin deyə bölük-bölük atılıb çıxarlar". İnsanlar, həqiqətən, evlərindən bir anda çölə çıxdılar. Bir işarəvi istiqamət olaraq. "Artıq kim zərrə qədər xeyir iş görərsə, onu alar. Artıq kim zərrə qədər bir şər (pislik) iş görərsə, onu alar". O zaman zəlzələnin şiddəti neçə idi?
OKTAR BABINA: Amerika 7.8 olaraq vermişdi.
ADNAN OKTAR: Baxın, ayə iki dəfə təkrar edir. Bax 7-ci ayədə deyir ki: "Artıq kim zərrə qədər xeyir iş görərsə, onun qarşılığını alar". Çox incə ölçüdən xəbər verir baxın. "Xeyir işlərsə onu alar". "Artıq kim zərrə qədər", bax "artıq kim zərrə qədər", eyni ifadəni səkkizinci ayədə yenə söyləyir. "Artıq kim zərrə qədər bir şər işləyərsə, onun qarşılığını alar". Yeddi-səkkiz, yeddi tam onda səkkiz. İki dəfə bax, başqa heç bir ayədə yoxdur, sırf burada var. İki dəfə təkrarlayır. Əbcədi də verir, vaxtını və bütün təfərrüatları da verir, inşaAllah.
APARICI: Bəli, o zəlzələnin çox ciddi bir işarəvi mənası var, hocam, həqiqətən.
ADNAN OKTAR: Əlbəttə ki, Allah onu xeyirlə, hikmətlə yaratdı. O gün evləri yıxılan qardaşlarımız sədəqə savabı almış oldular. Onlara qarşı dərin bir şəfqət, mərhəmət oldu. Allahın şəhid olaraq götürdükləri də... Allah daim şəhid alar. Yəni ya əsgər olaraq, ya polis olaraq, ya zəlzələ ilə alaraq. Çünki şəhidlər üçün hissə vardır və ora heç boş dayanmaz. Oranın həmişə qonağı vardır. Yəni Allahın adetullahıdır. Necə dünya boş deyil, daima dünyaya insan gəlir, deyilmi, daima uşaqlar gəlmirmi dünyaya, insanlar? Dünya heç boş qalmır. Axirət də heç boş qalmaz, cənnət heç boş qalmaz, cəhənnəm heç boş qalmaz. Şəhidlərin mövqeyi də heç boş qalmaz. Ora daima şəhid axar. Yəni insanlar nə edirsə etsin, mütləq Allah bir şəkildə şəhid alar. Ya zəlzələ ilə, ya döyüşlə, ya məsələn, terroristləri dalaşdırmasıyla alar. Amma Allah mütləq şəhid alar. Bunu da, inşaAllah, axirətdə görəcəyik, inşaAllah.