Darvinistlərin məğlubiyyətə məruz qaldıqları və tamamilə çarəsiz qaldıqları yaşadıqları çaxnaşmadan aydın olar. Elə şiddətli çaxnaşma içinə girərlər ki, təkamülü dirildə bilmək adına darvinist nəşrlərdə nəzarətsiz yayın şəbəkəsi başlayar. Bu yayınlarda müdafiə olunan iddiaların ortaq xüsusiyyəti isə budur: 150 illik klassik darvinist iddiadır və minlərlə dəfə yalanlanmışdır. Və hətta insanlar bunun yalanlanmış saxta iddia olduğunu artıq əzbər bilirlər. Heç şübhəsiz ki, son illər darvinistlər üçün olduqca çətin keçir. Məğlubiyyətin bu qədər ani olacağını hesab edə bilməmişlər. Məğlubiyyətin dozası isə, cənab Adnan Oktarın darvinizmi yerlə bir edən şərhləri və etiraz edilə bilməzlik xüsusiyyətinə sahib nəşrləri vəsiləsiylə hər keçən gün daha da artır. Məhz indiki vaxtda darvinist mediada yaranan çaxnaşmanın da səbəbi budur.
Türkiyədə darvinist təbliğatın müdafiəsi vəzifəsini boynuna götürmüş olan NTVmsnbc və ardından Radikal qəzeti də keçdiyimiz günlərdə məhz bu çaxnaşmanın ən güclü nümunəsini verdilər. Elmi dəlillərlə dəfələrlə çürüdülmüş bir iddianı, xəyali korlaşmış orqanlar iddiasını, təəccüblü şəkildə təkrar gündəmə gətirdilər. Ehtimalla bunlara inanacaq şəxslərin hələ də var olduğunu zənn etmişdilər. 99%-i təkamülü rədd edən Türkiyədə bu hiyləli şərhin hələ də təsir oyandıracağını düşünmüşdülər. Bu vəziyyət, bəsirəti və vicdanı güclü Türk xalqının belə oyunlara artıq aldanmadığını tam olaraq qavraya bilmədiklərini göstərirdi.
Darvinizmi diriltməyə çalışan bütün yayınlar bunu bilməlidirlər: ölmüş olan darvinizmi qurtara bilmələri artıq qeyri-mümkündür. Bu xəyallarını reallaşdırmalarının heç bir yolu yoxdur. İntensiv təbliğatlar da artıq darvinistlərə nəticə vermir. Xüsusilə Türkiyədə bu üsulla insanları aldatmağa çalışmaq, bəhsi keçən şəxsləri olduqca gülməli vəziyyətə salır. Bəhsi keçən yayınlar, artıq bu bihudə səydən imtina etməli, insanlara həqiqi elmi dəlillər təqdim etməlidirlər.
Darvinistlərin, xəyali korlaşmış və ya funksiyasız orqanlar iddiasının etibarsızlığı ilə əlaqədar olaraq daha əvvəl elmi işlər daxilində vermiş olduğumuz olduqca çox sayda cavab və elmi şərh var.