İnsanın dünya həyatındakı imtahanının əsas bir tərəfi də hər işdə həyatının sonuna qədər dayanmadan cəhd etməli olmağıdır. Əsl Müsəlman olmağın əsas əlamətlərindən biri də insanın hansı şərtlərlə qarşı-qarşıya olsa da həyatının sonuna qədər Quran əxlaqını yaşamaqdan əl çəkməməsidir.
Şeytan həyatı boyu insana vəsvəsə verəcək, insan da həyatının sonuna qədər şeytanın vəsvəsələrinə Quran əxlaqı ilə cavab verməlidir. Nəfsi həyatı boyu insanı pislik etməyə təşviq edəcək, insan isə hər zaman nəfsinə deyil Allahın əmr etdiyi kimi yaxşılıq etməyə çalışmalıdır. Ətrafındakı zəif imanlı insanlar hər zaman onun imanında zəiflik göstərməsini istəyəcək, o da həyatının sonuna qədər sevgi ilə, şövq ilə Allaha ibadət etməkdə qətiyyətlilik göstərməlidir. Çətinlik, sıxıntı, imtahan həyatının sonuna qədər bir-birinin ardınca gələcək, mömin də bütün bunlara qarşı hər gün, hər an, imanı ilə qətiyyətli olmağa davam etməlidir.
Demək ki, insanın sadəcə bir gün, iki gün, bir həftə, bir ay ya da bir neçə ilmübarizə aparıb, sonra istirahət etməsi dünya həyatında ola bilməz. İnsan hər yuxudan oyandığı və şüurunun yerinə gəldiyi andan etibarən, hər gün özündən əmin olduğu mövzularda belə yenidən başlayırmış kimi cəhd etməklə mükəlləfdir.
Bir şəxs ətrafındakı insanların yanında ən gözəl əxlaqa sahib, ən fədakar, ən zəhmətkeş, ən sadiq, ən mərhəmətli və ən imanlı biri kimi tanına bilər. Buna baxmayaraq o yenə də rahat olmaz. Əksinə bir insanın Allah qorxusu və imanı nə qədər güclüdürsə, o insan hər gün, hər saat daha çox cəhd edəcək. Çünki, davranışları, əxlaqı nə qədər yaxşı olursa-olsun axirətin, Allahın sonsuz cəhənnəm əzabının mütləq olacağını bilir və bu onun həmişə şüuru açıq olmağına səbəb olur.
İnsan bir günün 23 saatı vicdanının səsini dinləyə bilər. Amma heç vaxt “Bir az da vicdanımın səsini bir kənara qoyub istirahət edim. Necə olsa da günün böyük hissəsini gözəl əxlaq göstərərək, mübarizə apararaq keçirmişəm” deməz. Əlindən gəldiyi qədərən gözəl əxlaqı yaşamağa cəhd edər.
Bunlar ciddi əmək, ağıl, diqqət və vicdanın səsinə qulaq verməyi tələb edən, çox gözəl və möhkəm xarakterin, əxlaqın tələbləridir. Ancaq buna nail olmaq mömin üçün onu yoran və çətin bir şey deyil. Mömin imanın gətirdiyi Allah sevgisi və qorxusu ilə bunu rahatlıqla bacarar. Allah yolunda etdiyi hər bir şey onu çox şövqləndirir və daha dagüclü edir.
Çünki, bu enerji Allah sevgisindən qaynaqlanır. Bu möminin Allaha olan bağlılığını, sevgisini göstərən və Allahın sonsuz gözəl əxlaqına layiq olmaq arzusundan qaynaqlanan, ürəkdən gələn, səmimiyyətlə istəyərək, şövqlə edilən bir cəhddir.
Quranda möminlərin Allah sevgilərindən qaynaqlanan bu daimi cəhdlərinin tərifəlayiq bir əxlaq olduğu belə bildirilmişdir:
(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf Surəsi, 46)