Qəlblərin nəzarəti məktəb qətliamlarına son qoyacaq
ucgen

Qəlblərin nəzarəti məktəb qətliamlarına son qoyacaq

1034
 
2014-cü ilin iyun ayında bir məktəbdə baş verən silahlı münaqişədən sonra prezident Obama silah nəzarəti haqqında yenidən danışdı: "Bunun baş verdiyi yeganə inkişaf etmiş ölkə bizik. Üstəlik bu hər həftə baş verir."
 
Silah nəzarəti üçün yaradılan Everytown for Gun Safety qrupunun verdiyi məlumatlara görə 2009-2014-cü ilin iyul ayı arasındakı təxminən 6 illik müddət ərzində Birləşmiş Ştatların 36 əyalətində 110 silahlı hücum həyata keçirilib. Bu statistika münaqişə olmadan 3 aydan artıq vaxt keçmədiyini göstərir. Əlbəttə ki, bu rəqəmlər çox dəhşətlidir və vəziyyətin ciddiliyini göstərir. Eyni zamanda da planlı bir səy göstərilməsinin vacibliyini bildirir.
 
Bu cəhdlərdən bəziləri prezident Obamanın əmri ilə alovlu silah və sursat nəzarətindəki dəyişiklik ilə məktəb təhlükəsizliyinə aid bir neçə inzibati tədbirlərdir. Məktəb işçilərinin məlumatlandırılması bunlardan biridir. Bu kimi bir hadisədə məktəb təhlükəsizliyi planına aid olan təcrid etmə həyata keçirilir. Bu zaman müəllimlər siniflərin daha təhlükəsiz olması üçün bir rutin həyata keçirirlər. Dünyanın başqa bir yerində bu cür hazırlıqlar məktəb uşaqlarına yad olduğu halda, amerikalı uşaqlar üçün cox vacib sayılır. 
 
Bununla yanaşı, yuxarıda sadalanan tədbirlər və həll yolları bəzi sualları özü ilə gətirir. Ən əsası, bunlar zənn edildiyi qədər təsirli və həlledicidirmi?
 
Everytown For Gun Safety Action Fund’a görə bu cür kütləvi qətliamların yenidən təkrarlanmaması üçün əvvəlcədən insanların silah əldə etməsini məhdudlaşdırmaq lazımdır. Cəhdlərin, əsasən silah nəzarəti ilə bağlı yeni qanunlar üzərində olmasının əsas səbəbi də budur. Təcavüzkarların 42%-inin cinayətkar və ya federal qanunlara əsasən silah daşımağı qadağan edilən insanlar olduğunu düşünsək, silah nəzarəti insanların cəmiyyət içində özlərini daha təhlükəsiz hiss etmələri və uşaqlarını rahatlıqla məktəbə yola salmaları üçün diqqət edilməsi zəruri olan bir tədbirdir. Silah nəzarəti problemin əsasına çatmaq üçün natamam, qısa müddətli tədbir olacağını da unutmamalıyıq.
 
Kütləvi qətliamları törədənlərin, demək olar ki, hamısı aqressiv davranışlar göstərən və ya ən azından düşüncəli davranışdan məhrum olan rol-modellərin olduğu mühitlərdə yetişdirilən fərdlərdir. Nümunə olacaq, yaxşı rol-modellər olmadığı halda bu insanlar pisliyə qarşı çıxmaq üçün zəif olurlar və yanlış davranış göstərməyə hazır olurlar. Buna görə də kütləvi qətliamlara qarşı tədbir görərkən bu hazır qatillərin nümunə götürdüyü mənfi rol-modelləri nəzərə almamaq səhv olardı.
 
Eyni zamanda unutmamalıyıq ki, bir cəmiyyətdə baş verən cinayət orada yaşayan fərdlərin əxlaqi dəyərini göstərir. Bir cəmiyyətin rifahı etik normaları inkişaf etdirən və cəmiyyətin dinc yaşamasına çalışan, yüksək əxlaqi dəyərlərə sahib olan insanların varlığından asılıdır. Bir cəmiyyətdə əxlaqlı insanların çoxluq təşkil etməsi digər şəxslərə, xüsusən də gənc nəsilə hörmət, dürüstlük və xoş niyyətli olmağı aşılayacaq. Bu da fikri və əxlaqi cəhətdən düzgün bir cəmiyyətin formalaşmasına dəstək olacaqdır.
 
Qısası, Amerikada silah qanunları ilə bağlı edilən islahatların təsdiqi məktəb qətliamları üçün çarə deyil. Aydındır ki, cəmiyyətin ruhunun daha yaxşıya dəyişməsi üçün zərurət vardır və bu dəyişiklik qəlblərdə və düşüncələrdə başlayarsa, müvəffəq ola bilər. Nifrət və qəzəb məhv edilmədikcə və bu xüsusiyyətlər digər insanlar üçün sevgi və şəfqət hissi ilə əvəz edilmədikcə, bu cür qətliamlar və cinayətlər cəmiyyətləri təhdid etməyə davam edəcək.
 
[1] http://www.theguardian.com/world/2014/jun/10/oregon-school-shooting-obama-gun-control

[2] http://smartgunlaws.org/guns-in-schools-policy-summary/

Adnan Oktarın MBC Times'da yayımlanan məqaləsi:

http://www.mbctimes.com/english/control-of-hearts-will-bring-school-shooting-to-an-end

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr