İslama xidmət etməyin, İslam əxlaqını insanlara çatdırmağın nə qədər mühüm olduğunu başa düşmək üçün dünyadakı müsəlmanların vəziyyəti haqqında bir neçə dəqiqə düşünmək kifayətdir.
Bütün insanların və dünyanın hər tərəfində yaşayan müsəlmanların vəziyyətinə baxsaq, möminlərin İslam əxlaqını yaşamaqda daha qətiyyətli olmasının nə qədər vacib olduğunu dərk edərik. Hər gün qəzetlərdə və televiziya kanallarında Quran əxlaqının dünyanın heç bir yerində yaşanmamasından qaynaqlanan xaosa, zülmdən əziyyət çəkən insanların həyatına şahid oluruq. Bir qarış torpaq üçün Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Çeçenistanda və dünyanın başqa yerlərində yerdə sürünən, uşaqlarının gözü önündə döyülən insanlar, daşlarla silahlanan və özlərini müdafiə etməyə çalışan balaca uşaqlar hamıya məlum olan səhnələrdir.
Hər yerdə müharibələr, daxili münaqişələr hökm sürür. Bu müharibələrdə Bosniya və Hersoqovina, Kosovo, Əlcəzair, Tunis, Eritreya, Misir, Əfqanıstan, Kəşmir, Ruanda, Şərqi Türküstan, Çeçenistan, Vyetnam, Tailand, Filippin, Myanma, Sudanda yüz minlərlə silahsız insan həyatını itirmiş, qadınlar təcavüzə, müxtəlif işgəncələrə məruz qalmış, milyonlarla insan evlərindən, yurd-yuvalarından çıxarılmış, şikəst edilmiş, yaxınlarını itirmişlər. Günahsız uşaqlar güllələrə hədəf olmuş, körpələr bələklərində qətlə yetirilmiş, qaçıb canını qurtarmağa çalışan insanlar minalanmış ərazilərə düşərək şikəst olmuşlar. İnsanlar misli görünməmiş zülmə məruz qalmış, əsir düşərgələrində həyatda qalmaq üçün çalışmışlar. Hələ də bir çox yerdə bu zülmlər davam edir. Qadınlara, uşaqlara hər zaman zülm və əziyyət verilir. Müsəlman cəmiyyətlər bir-bir azadlıqlarını itirirlər, səslərini ictimaiyyətə çatdıra bilmirlər, buna görə də onlara yardım əli uzadacaq vicdanlı insanların yardımını gözləyirlər. Müsəlmanların zülmə məruz qaldığı ölkələrdən yalnız bir neçəsinə nəzər salsaq, bu məsələnin vacibliyini daha yaxşı anlayarıq.
Şərqi Türküstanda yaşanan zülm
Allah bir ayəsində belə buyurur:
“Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75)
Zülmə məruz qalan, işgəncə ilə öldürülən insanlar, günahsız körpələr, çörək almağa belə pulu olmayanlar, soyuq havada, parçadan çadırlarda küçədə yatanlar, xəstəlikdən müalicə olunmağa pul tapa bilməyənlər və ya yaşlı və gücsüz olmalarına baxmayaraq, xəstəxana qapılarında saatlarla, hətta günlərlə müalicə üçün növbədə gözləyənlər, sadəcə müəyyən bir tayfaya mənsub olduqları üçün qətlə yetirilənlər, dinlərinə görə evlərindən, yurdlarından çıxarılan qadınlar, uşaqlar və yaşlılar, bir tərəfdə ardı-arası kəsilməyən israfçılıq, digər tərəfdə isə aclıqdan əziyyət çəkən, ölümə tərk edilən zavallı insanlar, küçəyə atılan müdafiəsiz balaca uşaqlar, ailəsini dolandırmaq üçün kiçik yaşlarında məktəbə getməyib, oyun oynamayıb işləyən və ya dilənən uşaqlar, hər an düşmənləri tərəfindən öldürülmə qorxusu ilə yaşayan insanlar...
Burada sadaladığımız insanlardan hər kəs xəbərdardır. Hər gün qəzetlərdə, televiziya kanallarında bu çarəsiz, zavallı, kimsəsiz və möhtac insanlara rast gəlirik. Bir çox insan onların vəziyyətini görür və onlara yazığı gəlir. Ancaq bir müddət sonra danışdığı mövzunu və ya kanalı dəyişdirdikdən və ya qəzetin səhifəsini çevirdikdən sonra bu insanların mövcudluğunu unudur. Bir çoxları bu insanları düşdükləri vəziyyətdən xilas etmək üçün cəhd göstərməyin lazım olduğunu heç fikirləşmir və “dünyada o qədər varlı və güclü insanlar varkən, o insanları xilas etmək mənə qalıb?” deyərək məsuliyyəti başqalarının üzərinə atır.
Amma bu insanları xilas etmək, dünyaya haqq-ədalət, dinclik, rahatlıq və zənginliyi hakim etmək üçün var-dövlət və güc kifayət deyil. Məsələn, dünyada zəngin və inkişaf etmiş ölkələrin kifayət qədər olmasına baxmayaraq, Efiopiyada hələ də insanlar aclıqdan ölür. İnkişaf etmiş texnologiyaya və dünyanın zəngin qaynaqlarının olduğuna baxmayaraq, insanların bir boşqab yeməyə möhtac olmaları var-dövlətin və gücün kifayət etmədiyinin ən bariz nümunəsidir.
Var-dövlətin və gücün bu zavallı və möhtac insanların xeyrinə istifadə edilməsi üçün insanlar ilk öncə vicdanlı olmalıdırlar. Vicdanlı olmağın yeganə yolu isə imandır. Yalnızca imanlı insanlar həmişə vicdanlarını dinləyirlər.
Dünyadakı ədalətsizliyin, xaosun, terrorun, soyqırımların, yoxsulluğun, səfalətin və zülmün yeganə həll yolu var: Quran əxlaqı.
Dünyadakı problemlərə ümumi şəkildə nəzər saldıqda bütün bu hadisələrə sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəət arzusu, eqoistlik, laqeydlik, mərhəmətsizlik kimi duyğuların və ağılsızlığın səbəb olduğunu görərik. Bu problemlərin həllinin və tamamilə aradan qaldırmağın yolları isə sevgi, şəfqət, mərhəmət, qarşılıq gözləmədən yardım etmək, incə düşüncəlilik, fədakarlıq, dostluq və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını əksiksiz şəkildə yaşayan insanlara məxsusdur. Allah ayələrində Quranın insanları qaranlıqdan aydınlığa çıxarması barədə belə bildirir:
“... Artıq sizə Allah’dan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.” (Maidə surəsi, 15-16)
Başqa bir ayədə isə Allah Qurana əməl edilmədikdə dünyada hər şeyin fəsada uğrayacağını xəbər verir:
“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.” (Müminin surəsi, 71)
Siz bu yazını oxuyarkən milyonlarla məzlum insan ya işgəncə çəkir, ya aclıqdan, ya da soyuqdan ölməmək üçün mübarizə aparır, evindən, ailəsindən və uşaqlarından ayrılır, yurdundan sürgün edilir. Buna görə də vicdanlı insanlar bütün bunları düşünməli, bu əziyyətlər, fəlakətlər, sıxıntı və çətinliklər sanki özlərinin başına gəlmiş kimi davranmalıdırlar və yardım istəyən insanlara maddi və mənəvi cəhətdən kömək etmək üçün yollar axtarmalıdırlar. Allah iman gətirən, vicdanlı və sağlam düşüncəli insanların bu məsuliyyəti öz üzərlərinə götürməlinin vacib olduğunu bir ayədə belə bildirir:
“Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75)
Bu xidmətin necə edilməsini isə Quran ayələrinə nəzər saldıqda aşkar şəkildə görə bilərik. Quran əxlaqının dinsizliyə qalib gəlməyi üçün müsəlmanlar fikrən mübarizə aparmalıdırlar. Bu məqalənin yazılmasında məqsəd bu fikri mübarizə üçün bütün müsəlmanlara yol göstərməkdir. Çarəsiz, kimsəsiz qalan və köməyə möhtac olan insanlara tək çarə Quran əxlaqının bütün insanlar arasında yayılmasıdır. Ümumiyyətlə, bütün insanlara Quran əxlaqından bəhs etmək, dini təbliğ etmək hər müsəlman üçün çox vacib və təxirəsalınmaz bir ibadətdir.
Vicdanlarının səsini dinləməyənlər, yetimlərə, yoxsullara, məsum insanlara qarşı düşüncəsiz və laqeyd davrananlar, dünya həyatında onlara verilən var-dövləti boş yerə sərf edənlər, zülmə məruz qalan qadınları, uşaqları, yaşlıları etinasızlıqla seyr edənlər, hər cür əxlaqsızlığın və pisliyin dünyada yayılmasını xoşlayanlar və bu düşüncəyə başqalarını təşviq edən insanlar axirətdə bunun hesabını mütləq verəcəklər:
“Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar. Və xalqı (yoxsulu) yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, onlar öz namazlarında qafildirlər (göstəriş üçün namaz qılarlar) və (xalqa) zəkat verməyi qadağan edərlər.” (Maun surəsi, 1-7)