Bu yaxınlarda Qətərdə mühüm məsələləri müzakirə etmək məqsədi ilə “Dinlərarası dialoq” konfransı keçirildi. Konfransın məqsədi Mərkəzi Afrika Respublikasındakı xristian-müsəlman, Myanmardakı budist-müsəlman münaqişələrini, yenə də dinlərarası münaqişələrdən qaynaqlanan İsrail-Fələstin gərginliyini və Şimali İrlandiya qiyamını geniş şəkildə müzakirə etmək, bu münaqişələrin altında yatan əsl səbəbi tapmaq idi. Həqiqətən də əsas məsələ dinlərarası dialoq problemidir, yoxsa arxa planda torpaq, hakimiyyət və millətçilik kimi amillər dayanır?
Qeyd edilən problemlərin müzakirə edildiyi konfrans mülayim liderlərin xoş niyyətli mesajları ilə həyata keçirilir və iştirakçılar buradan məmnun ayrılırdılar. “Bir yerə toplanmaq, bütün bunlardan bəhs etmək və müzakirə etmək, sülh üçün yollar axtarmaq çox gözəldir” deyə iştirakçılardan biri qeyd edirdi. “Belə konfransların müxtəlif ölkələrdə də təşkil ediləcəyinə ümid edirik” deyə əlavə də edirdi.”1
İştirakçıların xoş niyyətlərinə qoşulmamaq mümkün deyil. Əlbəttə ki, bir araya gəlib bu problemlər üzərində qarşılıqlı fikir mübadiləsi aparmaq, bu mənada dostluqlar qurmaq mühüm addımlardır. Belə konfranslar əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb etsə də, dinlərarası münaqişələrə son qoymaq üçün kifayət deyil. Çünkü bu münaqişələri yaradan əsas səbəbə laqeyd yanaşılır, səhv diaqnoz qoyulur və nəticədə vaxt itkisindən başqa bir şey əldə edilmir.
Bilməliyik ki, din adı altında münaqişələr törədilən ölkələrdə əsas səbəb nə din, nə torpaq, nə hakimiyyət, nə də millətçilik ünsürləridir. Münaqişələrin tüğyan etdiyi hər yerdə bu amillər qızışdırıcı rol oynasa da, əsl səbəb din adından ortaya çıxan xurafatçı inanc sistemidir.
Xurafat anlayışı dinlə birlikdə qeyd edilsə də, əslində dindən uzaqlaşmış, dindən kənar bəzi ənənəvi və ifrat fikirlərə yönəlmiş, radikallaşmış, sevgisiz bir ideologiyanı təmsil edir. Bu ideologiya bütün din və etiqadlar üçün təhlükə təşkil edir. Kökündən uzaqlaşan haqq inanclar düzgün yolunu itirir və daima ürküdücü, təzyiqçi və ifratçı başqa inanca çevrilir.
Mərkəzi Afrika Respublikasına nəzər yetirsək bu bölgədə uzun illərdir qardaş kimi yaşayan müsəlman və xristianların bir anda bir-birlərini vəhşi üsullarla qətlə yetirən düşmənə çevrildiklərini görərik. Burada qətliamları daha çox dinlə əlaqəsi olmayan qüvvələr həyata keçirsələr də, münaqişələrin əsas səbəbini xristian-müsəlman ayrılığını qızışdıran radikal və xurafatçı inanc təşkil edir.
Bütün müqəddəs kitablarda yer alan “dinlərin qardaşlığı” anlayışı müxtəlif xurafələrlə tərk edilmiş, digər dinlərin düşmən olduğu təlqini verilmiş və əvvəllər bir-birlərini qardaş kimi görənlər bir anda düşmənə çevrilmişlər.
Məsələn, İslam dini Quranda xristian və yəhudilərə qarşı dostluğu, qardaşlığı əmr etdiyi halda, İslam adı altında gizlənən saxta xurafatçı din bütün xristian vəyəhudilərin düşmən olduğu fikrini təbliğ edir. Misirdə kilsələrin yandırılmasının və ərəb dünyasında yayılan anti-semitizmin əsas səbəbi budur.
Bəzi xristian kütlələrin İslama qarşı fəaliyyətlərinin, müsəlmanlara qarşı qərəzli münasibətlərinin də səbəbi budur. Onlar da əsl xristianlıqdan uzaqlaşmış, xurafatçı anlayışa yönəlmişlər. Belə ki, bir qismi müsəlman və yəhudilərin qətl ediləcəyi müharibə arzulayırlar.
Xurafat dini bütün dünyada vəhşiliyi, düşmənçiliyi, sevgisizliyi yayır, insanları kütləvi şəkildə əsl dindən uzaqlaşdırır. Bu bəladan xilas olmağın yeganə yolu isə vəziyyəti təhlil edən konfranslar təşkil etmək deyil, insanlara düzgün təhsil verməkdir. Çünki xarafat dini yanlış təhsilin nəticəsidir. Bir çox insan bunu bilmir. Bu yanlış təhsil ancaq düzgün maarifləndirmə ilə aradan qaldırıla bilər. Bunun üçün bu işlərlə vaxt itirməmək və dərhal hərəkətə keçmək lazımdır.
Mülayim və sülhsevər dini liderlər və din adamları öz aralarında yanlış təhsillə formalaşmış cəmiyyətlərə yol tapacaq üsullar axtarmalıdırlar. Xüsusilə, radikalizmin hakim kəsildiyi bölgələrdə dini doğru izah edən kitab, jurnal, qəzet və söhbətlərlə maarifləndirmə işləri aparılmalıdır. Məsələn, müharibə, adam öldürmək, nifrət və kinin dində haram olduğunu Qurandan ayələrlə izah etməlidirlər. Xurafatçı sistemin məntiqsizliyini dəlillərlə gözlər önünə sərməlidirlər.
Əgər bütün dünyada sülhü bərqərar etmək istəyiriksə, əsl din anlayışını hakim edib, yanlış olanını aradan qaldırmalıyıq. Düzgün, dolayısı ilə mülayim din anlayışını müdafiə edən hər insanın üzərinə böyük məsuliyyət düşür. Dövlətlərdə silahlara xərclənən pulun belə bir təhsil səfərbərliyinə sərf edilməsi təşviq edilə bilər, qeyri-hökümət təşkilatlarını bu məqsədlə bir araya gətirə bilər, mətbuat orqanlarını bu məqsədlə istifadə edə bilərlər. Unudulmamalıdır ki, doğru və haqq olanın başa düşülüb yayılması daha asandır. Beləliklə, cəmiyyətləri sırf cəhalətdən qaynaqlanan düşmənçilik və xurafatın içinə buraxmaqdansa, o cahilliyi aradan qaldırmaq ən doğru yol olacaqdır. O zaman silahın və savaşın mənasını itirməsi an məsələsi olacaqdır.
Adnan Oktarın “The Star”da yayımlanan məqaləsi:
http://www.thestar.com.my/Opinion/Letters/2014/06/04/Education-can-end-religious-strife/