Adnan Oktarın 18 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Məryəm surəsi, 5 "Doğrusu mən, arxamdan gələcək yaxınlarım adına qorxuya qapıldım, mənim arvadım sonsuzdur. Ancaq mənə Öz qatından bir köməkçi hədiyyə et." Deməli, sırf çoxalmaq üçün uşaq edilmirmiş. Uşaq nə üçün edilirmiş? "Doğrusu, mən arxamdan gələcək yaxınlarım adına qorxuya qapıldım." Soyun tükənməsindən çəkinirəm, soyun davamının tükənməsindən çəkirəm. "Mənim arvadım sonsuz (qadın)dır." Evlənərkən də sonsuz bir qadınla evlənmiş, uşağın olması məqsədi yoxdur. Törəmə məqsədi yoxdur, çoxalma məqsədi yoxdur, çünki elə bir şey olsaydı, sonsuz bir qadınla evlənməzdi, sonsuz olmasına baxmayaraq evlənmişdir. Çoxalma hədəfi yoxdur, çünki çoxalma ancaq Allah rizası üçün olar, onun da səbəbini söyləmişdir. Dəhşətli bir səbəb var, "arxamdan gələcək yaxınlarım adına qorxuya qapıldım" deyir. O mövzuda narahatdır "soyunun tükənməsindən qorxuram" deyir. "Artıq mənə Öz qatından bir köməkçi hədiyyə et." Deməli, Allah qatında sonsuzluq heç əhəmiyyətli deyil , mühüm olan Allaha dua edib, Allahdan istəməkdir, inşaAllah. "Mənə varis olsun. Yaqub oğullarına da varis olsun. Rəbbim, onu (özündən) razı olunan(lardan) et. (Allah buyurdu:) "Ey Zəkəriyya, şübhəsiz, Biz səni, adı Yəhya olan bir uşaqla müjdələyirik; Biz bundan əvvəl ona heç bir adaş etməmişik." Əvvəllər o ada bənzəyən başqa bir ad olmayıb, deyir. Allah hz. Yəhya (ə.s)-ın doğumunu müjdələyir. "Dedi ki: "Rəbbim, arvadım sonsuz (bir qadın) ikən, mənim necə oğlum ola bilər? Mən də yaşlılığın son mərhələsindəyəm." Çox yaşlıyam, iki tərəfdən də bu çətin görülür, deyir. " Belə" dedi. "Rəbbin dedi ki: "mələk söyləyir, "Rəbbin dedi ki: "Bu mənim üçün asandır, daha əvvəl sən heç bir şey deyilkən, səni yaratmışdım." Səni yoxluqdan yaratdım, o mənim üçün asandır, deyir Allah. "Dedi ki: "Rəbbim, mənə bir əlamət (ayə) ver." Dedi ki: "Sənin əlamətin, sağlam ikən, üç gecə tam olaraq insanlarla danışmamağındır.'" Baxın, "üç gecə tam olaraq insanlarla danışmamağındır." Bunun da bir mənası var, bir işarəli mənası var, bunu da görəcəyik, inşaAllah. "Beləliklə (hz. Zəkəriyya (ə.s.)) məsciddən qövmünün qarşısına çıxıb onlara (bu mənaları) işarə etdi: "Səhər-axşam təsbih edin." Bir səhər, bir axşam; yəni səhər-axşam təsbeh et, səhərdən axşama qədər hər zaman təsbih et.