Şuəra surəsi, 5-6 (İnanmayanlar ayələri yalanlayarlar)
ucgen

Şuəra surəsi, 5-6 (İnanmayanlar ayələri yalanlayarlar)

2421

Adnan Oktarın 5 fevral 2011 Kahramanmaraş Aksu tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: Şuəra surəsi çıxdı, şeytandan Allaha sığınaram. "Onlara Rəhman (olan Allah)dan yeni bir xəbərdarlıq gəlməsə belə, heç müzakirəsiz ondan üz çevirərlər. ""Qulaq asmazlar" deyir. İstədiyin qədər izah et İslam Birliyini, Türk-İslam Birliyini, Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini izah et, olduğunu izah et; adamlar üz çevirirlər. "Həqiqətən, yalanladılar". Hətta birbaşa yalanlayırlar. "Haradan çıxarırsan?" İsbat edirəm, dəlillə göstərirəm. Daha necə söyləyim? Hədis tamdır, hadisə tamdır. Həqiqətən, çıxmışdır. "Həqiqətən, yalanladılar; lakin lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir" deyir Allah. "Bir az gözləsinlər" deyir Allah, "çox yaxında cavabını alacaqlar" deyir. Yenə Şuəra surəsi, 4-də; "diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik". Eyni zamanda hz. İsa (ə.s)-ın nüzuluna işarə edir ayə. Əbcədi tam 2022 tarixini verir. Hz. İsa (ə.s)-ı gözlədiyimiz tarixi verir. Yəni özünü göstərəcəyi tarixi, inşaAllah. Bax açdım, tam uyğun səhifə çıxdı. Ümumiyyətlə, tam əlaqədar, uyğun səhifələr çıxır. Mən çıxdığında da söyləmirəm. Onsuz da seyr edənlər gördüyü üçün, həqiqətən, hadisə dəqiq olduğu üçün; "baxın tam uyğun səhifə çıxdı" demirəm. Çünki beş yaşındakı uşaq olsa, anlayacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo