Möminlərə Quranda bildirilən ən əhəmiyyətli sirlərdən birində aralarında çəkişməmələri lazım olduğu, əks halda güclərinin azalacağı, birliklərinin pozulacağı və zəifləyəcəyi xəbər verilir. Bu ayə belədir:
Allaha və Rəsuluna itaət edin və çəkişib bir-birinizə düşməyin, zəifləyərsiniz, gücünüz gedər. Səbr edin. Şübhəsiz Allah səbr edənlərlə bərabərdir. (Ənfal surəsi, 46)
Qurana uyğun olan, təvazökar, heç bir mövzuda ehtirası olmayan, ara düzəldən, asanlıq gətirən bir əxlaqdır. Bunun əksi olduğunda, insanlar arasında çəkişmələr, ixtilaflar olacaq. Əlbəttə ki, hər insan fərqli düşüncələrə sahib ola bilər. Məsələn, bir mövzunun həlli üçün 20 insan 20 fərqli fikir təklif edə bilər. Bunların hər biri özlüyündə haqlı, doğru və ya tutarlı ola bilər. Ancaq, hər kəs öz istəyinin olması üçün israr etdiyində qarışıqlıq və ixtilaf çıxacağı açıqdır. Bu vəziyyətdə bu 20 adam bir olacağı yerdə, öz fikirini qəbul etdirmək üçün, qardaşlarıyla mübahisəyə girişəcək və əsl lazım olan xeyirlər axsayacaq. Bu səbəbdən bu 20 adamın bütün gücü gedəcək, aralarındakı birlik və qardaşlıq pozulacaq.
Halbuki nəinki möminlər bir-birləriylə çəkişmək, hətta bir-birlərinə qarşı son dərəcə fədakar olmalı, bir-birlərini çox sevməli, çox güclü bir həmrəylik və yardımlaşma içində olmalıdırlar. Xüsusilə, çətinlik zamanlarında, həmişəkindən çox Allahı zikr etməli, bir-birlərinə qarşı həmişəkindən daha çox anlayışlı və yol göstərən olmalıdırlar. Çəkişmək necə güc alarsa, birlik də əksinə möminlərə güc verər. Allah bir başqa ayəsində möminlər dost və köməkçi olmazlarsa, dünyanın fitnə və təxribatçılıq içində olacağını fərqli bir sirr olaraq vermişdir:
"İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz, (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir təxribatçılıq (fəsad) olar". (Ənfal surəsi, 73)
Bunların hər biri Allahın bir sirr olaraq bildirdiyi və müsəlmanlara yüklədiyi məsuliyyətlərdir. Heç bir müsəlman, bir başqa qardaşıyla arasındakı çəkişmə üçün "bundan nə olar?" deməməlidir. Çünki Allahın bildirdiyinə görə bu, müsəlmanların gücdən düşməsi deməkdir və bunun müsəlman üzərində məsuliyyəti olar. Müsəlmanlar bir-birlərinin səhvlərini, qüsurlarını araşdırmamalı, bir-birlərinə örtü funksiyası yerinə yetirərək, şəfqət və mərhəmətlə bir-birlərini tamamlamalıdırlar. Bunun nəticəsində, bütün güclərini Allahın dinini, Quran əxlaqını insanların arasında yayacaq, insanlara Allahın varlığının dəlillərini izah edəcək elmi işlərə verə bilər və bütün insanlığa böyük xidmət edə bilərlər. Ancaq unutmaq olmaz ki, hər kəs xidməti əsl olaraq öz axirətini qazanmaq, Allahın əzabından qorunmaq üçün edər.