HÖRMƏTLİ ADNAN OKTARIN ZUXRUF SURƏSİNDƏN AYƏ İZAHLARI
Zuxruf surəsi, 61-ci ayə
“Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!”
Şübhəyə qapılmağı Allah haram etmişdir. Baxın, Allah “şəkk etməyin” -deyə əmr verir. Kimə haram etmişdir? Bütün Müsəlmanlara haram etmişdir. “Bu barədə şübhəyə qapılmayın” -deyir. “Şübhəyə qapılsanız harama girərsiniz” -deyir Allah. Diqqət edin burada “şəkk etməyin” deyə əmr var. Adam deyir ki, “Mən şübhə edirəm”. Bu, haram olar, çünki əmr var. “… və Mənə tabe olun”. Yəni, Qurana itaət edin, bu hökmə tabe olun. “Budur, düz yol!” “Qurana, Allahın hökmünə tabe olun, bunun xaricində öz-özünüzə, başınızdan fikirlər çıxartmayın” -deyir Allah.
Zuxruf surəsi, 62-ci ayə
“Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir!”
“Şeytan”-yəni dəccal-”sizi yoldan (Allahın yolundan) çıxartmasın”, deyilir 62-ci ayədə. Yəni özbaşına ayrı bir yol düzəltməsin. “Şübhəsiz ki, o”-yəni dəccal- “sizin açıq-aşkar düşməninizdir!” Yəni şeytan. Çünki dəccal ilə şeytan eyni varlıqlardır. Şeytan insan surətinə girər, o şəkildə dəccal kimi insanların qarşısına çıxar. İnsanlar onu normal insan zənn edər, halbuki şeytandır, insi şeytan.
Zuxruf surəsi, 63-cü ayə
“İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!”
“İsa aydın dəlillərlə gəldiyi zaman dedi:”-inşaAllah Quranla gələcək- “Mən sizə hikmət gətirmişəm”. Hikmət nədir? Allahın qısa və əsaslı hökmləridir, Qurandır inşaAllah. Axırzamana aid olan cəhətini deyirəm. “… və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm”. Məsələn, bir çoxları Protestantlıq, Ortodoksluq kimi ixtilafa düşmüşlər. “Bunu, sizə izah etməkçün gəlmişəm”-deyəcək. Ayənin işari mənasını deyirəm. “Allahdan qorxun...” Diqqət edin, “Məndən qorxun”-demir, “Mən Allaham”-demir, “Allahdan qorxun”-deyir. “... və mənə itaət edin”. Nə kimi? Peyğəmbər kimi itaət edin.
Axırzamanda gəldiyində hz. Mehdi (ə.s)-ın vəziri olaraq insanlar İsa Məsihə itaət edəcəklər. Çünki hz. Mehdi (ə.s): “Bu mübarək insan, hz. İsa Məsih (ə.s) mənim canım, mənim vəzirimdir və mənim komandirimdir”-deyəcək. Onu lider olaraq elan edəcək. Buna görə, Mehdi (ə.s): “Ona itaət edin”-deyəcək. Dİqqət edin, əvvəl hz. İsa Məsih (ə.s) onu (hz. Mehdi (ə.s)-ı) imam təyin edir. “Sən dünyanın imamısan”-deyir. Bunu dəqiqləşirdikdən sonar, hz. Mehdi (ə.s) dünyanın imamı olduqdan sonra belə buyurar: “Mən də səni vəzir təyin edirəm, vəzirimsən və mənim komandirimsən”. Bunu dedikdən sonra da ümmətin ona itaət edib onun hökmdarlığını qəbul etməsi fərz olar. Çünki, müsəlmanların lideri (başçısı, imamı) olar, inşaAllah. İtaət edilməlidir, yəni hörmətlə əmrini yerinə yetirərik.
Onlar sevgi insanlarıdır. Nə hz. Mehdi (ə.s)-ın, nə də hz. İsa Məsih (ə.s)-ın pul-para ilə, dünya ilə işləri olmaz. Onların istədikləri həmişə, ancaq sevgi, sevgi, sevgi, barış, barış, barış, qardaşlıq, qardaşlıq, qardaşlıq, dostluq, dostluq, dostluq, ədalət, ədalət, ədalətdir. Həmişə bunları istəyərlər. Bunların müəllimləridir, inşaAllah.