Bir zülalın meydana gəlməsi üçün darvinistlərin nəzəriyyələrini kökündən yox edən 5 ayrı şərtin mütləq eyni anda reallaşması lazımdır:

1-ci şərt:
Təbiətdə 200-dən çox amin turşusu vardır. Zülalların meydana gəlməsi üçün yalnız əlaqədar 20 amin turşusu seçilməlidir. Bu 20 amin turşusu xaricində başqa bir amin turşusu prosesə daxil olsa zülal meydana gəlməz.
2-ci şərt:
Bu xüsusi 20 amin turşusunun seçilməsinin ardından mütləq müəyyən bir düzülüşlə yan-yana gəlməsi lazımdır. Bütün şərtlər nöqsansız yerində olsa belə, bir amin turşusunun durmalı olduğu sırada olmayıb başqa bir sıraya keçməsi belə zülalın meydana gəlməsinə maneədir.
3-cü şərt:
Zülalı meydana gətirən amin turşularının mütləq sol əlli olması lazımdır.
- Sağ əlli və sol əlli amin turşuları bütün xüsusiyyətləri eyni olmasına baxmayaraq sağ və sol əlcək kimi bir-birlərinə tərs dayanarlar.
- Canlı orqanizmlərdə heç bir sağ-əlli amin turşusu yoxdur.
- Əgər araya bir ədəd belə sağ-əlli amin turşusu girsə, o zülal istifadə edilə bilməz hala gələr.
- Kiçik bir zülal molekulunun yalnız sol-əlli amin turşularıdan meydana gələ bilmə ehtimalı 10210-da 1-dir.
Məşhur kimyaçı Valter T. Braun (Walter T. Brown) bu mövzu ilə əlaqədar bunları qeyd edir:
“... canlılardakı, bütün insanlardakı, heyvanlardakı, bitkilərdəki və bakteriyalardakı və hətta viruslardakı amin turşuları həmişə sol-əllidir. Heç bir təbii proses sağ və sol-əlliliyi ayırd edə bilməz. Bu şəkildə yalnız sol-əlli amin turşularıdan meydana gələn bir zülalın da təsadüfən meydana gələ bilmə ehtimalı riyazi olaraq sıfırdır”. (1)
4-cü şərt:
Amin turşuları yalnız “peptid rabitə” ilə bağlanarlar.
- Elm adamları zülalları kəşf etdikcə, zülalların meydana gətirdiyi amin turşularının təbiətdə görüləndən çox daha fərqli, maraqlı bir əlaqə forması ilə bağlandıqlarını təsbit etmişlər. Bu əlaqə, peptid rabitə deyilən çox xüsusi bir kimyəvi əlaqədir.
- Molekullardakı atomlar ümumiyyətlə kovalent rabitə ilə bağlanarlar. Lakin təkcə amin turşuları xüsusi fərqli bir əlaqə olan peptid rabitə ilə bağlanarlar.
- Peptid rabitə ancaq yüksək istilikdə, uzun müddət qüvvətli turşu, ya da əsaslara məruz qaldıqda pozula bilər. Zülalların möhkəm və dayanıqlı olmalarını da bu peptid rabitə təmin edər.
- Bir zülalın meydana gəlməsi üçün reallaşan amin turşusu düzülüşünün mütləq xətti (linear) olma zəruriliyi vardır.
5-ci şərt
- Yəni əmələ gələn amin turşusu zəncirinin şaxələnərək inkişaf edən, yan zəncirlər əmələ gətirən bir quruluş deyil, tam olaraq bir-birinə dalbadal bağlanan düz bir quruluş olmalıdır.
Sidney Fox zülal əldə edə bilmək üçün amin turşularından istifadə edərək bir təcrübə apardı. Quru amin turşusu qarışıqlarını azot qazından ibarət olan atmosferdə 160-180 dərəcə temperaturda bir neçə saat saxladı. Amin turşuları bir-birinə bağlandı, lakin xətti şəkildə deyil. Əlaqələr peptid rabitə ilə bağlanmamış və budaqlanaraq meydana gəlmişdilər. Fox bunlara proteinoid adını verdi, lakin bunlar əslində zülallarla, ya da canlılıqla heç bir əlaqəsi olmayan nizamsız düzülüşlərdən başqa bir şey deyildi.
Bu düzülüşlər təcrübədə istifadə edilən mövcud amin turşularını da funksiyasız buraxdı.
Bu təcrübə daha bir çox baxımdan etibarsız bir təcrübədir, mövzuyla əlaqədar ətraflı məlumatları buradan oxuya bilərsiniz.
Bir zülalın yaranması üçün yuxarıdakı bütün şərtlərin hamısının nöqsansız olaraq yerinə gəlməsi lazımdır. Və bütün bu şərtlərin təsadüfən reallaşaraq bir zülal molekulunun yaranma ehtimalı 10 üzərində 950-də 1-dir. (1/10⁹⁵⁰)
1) Walter T. Brown, In the Beginning (1989)