Bir qadın istəsə, “baş örtüyü Quranda var və bu “Əhzab” surəsinin 59-cu ayəsinə əsasən belədir” deyərək başını bağlaya bilər.
Çarşab əvəzinə baş örtüyünə üstünlük vermiş və qapanmağı bu şəkildə anlamışdır. Ancaq bir insan “baş örtüyü Quranda var və mən bunu “Nur” surəsinin 31-ci ayəsində görürəm” desə, düz danışmamış olar. Bu böyük bir təhlükədir. Çünkü Rəbbimiz halalları haram sayan və ya Quran ayələrinə izah edərkən dillərini əyib bükürlər hökmünü açıqlamışdır. Quran ayəsində olmayan bir hökmün – doğrunu bilməsinə baxmayaraq- olduğunu iddia etmək, Allah qatında büyük günah ola bilər.
Qəribə orasındadır ki, bəziləri baş örtüyünü sanki dinin əsas rəmzi olaraq qəbul edib, sərt üslubla sahib çıxdıqları halda, Qurandakı çarşab hökmündən heç bəhs etmirlər.
Həqiqətən də dindarlığın meyarını baş örtüyündə axtaran və Allah təqvanı üstün gördüyü halda, baş örtüyünə görə üstünlük axtarışında olan bəzi insanlar nədənsə Quranda əsil hökm olan çarşabdan heç bəhs etmirlər. Əslində Quranda baş örtüyü ilə bağlı heç bir hökm olmamasına, ancaq çarşab barəsində açıq hökm olduğu halda, Quranda olmayan hökmü müdafiə etməyə üstünlük verirlər. Baş örtüyü məsələsi bu qədər gündəmə gəldiyi halda, dünya miqyasında çarşab mövzusunun heç dilə gətirilməməsi həqiqətən çox qəribədir.