Kapadokyada 5 min illik yeraltı şəhər kəşf edilib
ucgen

Kapadokyada 5 min illik yeraltı şəhər kəşf edilib

2147

Türkiyə şəhərsalma və arxitektura komitəsinin  Nevşehirdə  abadlaşdırma işləri çərçivəsində sökdüyü qanunsuz tikililərin altından uzunluğu  7 km  olan tarixi şəhər tapılıb. Tapılan bu yeraltı şəhər  ərazisi 3-cü  dərəcə arxeolojik  xəzinə ərazi elan edilib.Yeraltı antik şəhərdə  uzunluğu7 kilometr olan  yol, kilsələr, su kanalları, su küpləri, qalereyalar və çeşmələr var. Bu qədimi və antik şəhərin yaşının 5 min il olduğu təxmin edilir.

"2014-ci ilin ən böyük arxeoloji kəşfi" kimi tarixə düşən  bu yeraltı şəhərin 460 min kvadrat metrlik sahəsində təmizlik işlərinə başlanıb. Nevşehir Bələdiyyə başçısı Hasan Ünver mətbuata açıqlamasında antik şəhər haqqında məlumat verib: "Apardığımız qazıntı işləri zamanı,  nəhayət ,ilkin obyektlərə çatmağa müvəffəq olduq. Təmizlik işləri yekunlaşdıqca bu qədim yeri  bütün orijinallığı ilə yeni bir məkan kimi bütün dünyaya hədiyyə edəcəyik"
Yeraltı şəhərin təkcə Nevşehirin yox ,dünyanın  ən böyük yeraltı şəhəri olduğu ehtimal olunur. Arxeoloqların apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, şəhərdə  yerin altına doğru 11 mərtəbəsi,  600 ədəd giriş və digər yeraltı şəhərlərə əlaqə yaradan  çox sayda  tunel mövcuddur. 
Təxminən 2 min əhalisi olduğu güman edilən şəhər eyni zamanda çox əhəmiyyətli bir həqiqəti də gözlər önünə sərir. Dövrümüzə gəlib çatan tarixi qalıqlar təkamülçülərin iddialarının əksinə, insanların hər dövrdə mədəniyyətə sahib olduqlarını  və  mədəni sosial həyat yaşadıqlarını sübut edir. Bu nümunədən də aydın olduğu kimi, arxeoloji qazıntılar zamanı əldə edilən alətlər, tikiş iynələri, fleyta qalıqları, bəzək əşyaları, qədim  insanların dövrümüzdəki  kimi mədəni həyat yaşadıqlarına dəlillərdir.

Allah Quran-ı Kərimdə keçmişdə yaşamış cəmiyyətlərdən nümunə göstərərkən onların bəzilərinin inkişaf etmiş mədəniyyətə sahib olduqlarını xəbər verir:

“Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir.” (Fatir surəsi, 44)

 

 

"The Matrix" filmi reallaşır?

Təxminən 15 il əvvəl, 2000-ci ildə nümayiş olunan və qısa müddət ərzində dünyada  ən çox baxılan filmlər siyahısında lider olan və fantastika janrına yeni bir nəfəs gətirən “Matrix” filmi  öz sərhədlərini aşır. Amerikalı alimlər öz fəaliyyətləri ilə filmi reallığa çevirməyə  hazırlaşırlar.

Vaçovski qardaşlarının  2000-ci ildə lentə aldığı və bu sektorda yeni bir cığır  açan “Matrix” filmi müasir texnologiya sayəsində gerçəkləşir. Bir qrup  insanın beyinlərinə  nüfuz edilərək virtual bir dünyaya keçmələrindən  və orada əldə etdikləri təcrübələrdən müxtəlif məqsədlər üçün istifadə etmələrindən bəhs edən  “Matrix” filminə bənzər bir sistem yaradılıb.

ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutu (MTİ)15 il əvvəl bütün dünyanı təsiri altına alan  filmi reallaşdıraraq  beyin və kompüteri bir-birinə bağlayan bir interfaza yaradıb. Polimerdən  hazırlanan  kabellər bədən istiliyinin köməyi ilə elastikləşərək  sinir toxumaları haqqında məlumatlar toplayır.

Saç telindən də  nazik olan kabellər vasitəsi ilə müxtəlif maddələrin də beynə ötürülməsini təmin edən sistem sayəsində beyində yaranan dəyişiklikləri müşahidə etmək mümkün olub. İnsan beyni haqqında elmin  çox az məlumata sahib olduğunu  vurğulayan MTİ professorlarından Polini Anikeyeva öz çıxışında:  "Biz ən təbii sinir interfazasını təkmilləşdirdik. Bu səbəbdən   interfazalardan  yeni sirləri araşdırmaq üçün istifadə edəcəyik " - deyə bildirib.


Elmdə mühüm bir irəliləyiş: işığın sürəti yavaşladıldı

Şotlandiyalı tədqiqatçılar  sabit  qəbul edilən kəmiyyətlərdən biri olan işıq sürətini yavaşlatmağı bacardılar. Bunun üçün işıq hissəcikləri olan fotonlar xüsusi bir filtrdən keçirildi. Bu filtr fotonların ölçüsünü və sürətini dəyişdirərək işıq sürətini yavaşıtdı. 
Fotonlar sərbəst boşluğa qaytarıldıqdan sonra  belə işıq sürətindən yavaş  sürətlə hərəkət etdikləri  müşahidə edildi.

Qlasqou və Heriot-Vatt Universitetlərinin tədqiqatçılarının  bu kəşfi  elmin işıq sürətinə yanaşmasını böyük ehtimalla dəyişdirəcək. Şotlandiyalı alimlərin   bu araşdırmalarının nəticəsi “Science Express” jurnalında dərc  olundu.

Foton yarışı
Buna görə Qlasgou Universitetindən dr. Jaklin Romero, dr. Daniel Covannini və digər qrup üzvləri fotonlar üçün təxminən bir metr uzunluğunda yarış zolağına bənzər bir qurğu yaratdılar. Fotonlar daha sonra cüt formada nizama salındı və biri filtrdən keçirilərək, digəri adi sürətdə yarışdırıldı. Filtrdən keçən  fotonun deformasiyaya uğradığı və yavaşladığı müşahidə edildi. İşığın sürəti vakuumda saniyədə 186 min 282 mildir.

İşıq sürəti  su və ya şüşədən keçərkən zəifləyir, ancaq vakuuma keçən kimi yenidən öz əvvəlki sürətinə qayıdır. Ay ilə dünya arasındakı məsafə kimi bəzi dəqiq  hesablamaların  aparılmasında  işıq sürətindən istifadə olunur.


Meduzalar okeanlardakı axıntıları hiss edirlər

Meduzaların  okeanlardakı axıntını hiss edərək  şüurlu şəkildə həmin axıntıya qarşı üzə bildikləri müəyyən olunub.

Tədqiqatlar  alimlərin meduzaların bir yerə  toplanaraq necə birgə hərəkət etdiklərini anlamalarına  kömək edə bilər.

Sürülər yüzlərlə, hətta milyonlarla meduzadan ibarət olub bəzən aylarla birgə yaşaya bilirlər.

“Current Biology” jurnalında dərc edilən məqalədə meduzaların  sudakı dəyişkənliyi  necə hiss etdiklərinin hələ də naməlum olduğu deyilir.

Suonsi Universiteti və Avstraliya Dikin Universitetinin alimləri Fransa sahillərində 18 nəhəng meduzanı işarələdilər.

Tədqiqat qrupu  meduzalara yerləşdirdikləri cihazlarla  meduzaların  sürətini və hərəkət istiqamətlərini təyin etdilər

 

Sensorlarla izlənildi


Sensorlar meduzaların  özlərini  sürüklənirmiş kimi hiss etdikləri zaman axıntıya qarşı üzdüklərini  müəyyən etdi. Tədqiqatın ikinci hissəsində isə alimlər əllərindəki məlumatlara əsaslanaraq okeanda yaşayan meduza sürüsünün hərəkətlərini real olaraq  canlandırdı.

Prof. Heys:"Meduzaların  üzərkən istiqamətləndirilməsi onları  dağılmaqdan və ya  cərəyanlara  qapılaraq  sahilə sürüklənməkdən qoruyar. Meduzaların  hərəkətlərini izləyərək sürülərin dinamikasını anlaya bilərik" - dedi.

Meduzaların  hansı istiqamətdə üzəcəklərini necə təyin etmələri isə alimlərə qaranlıq qalıb.

Elm adamları heyvanların dənizdəki cərəyanları bütün  bədən səthləri ilə hiss etdiklərini  güman edirlər. Bu canlıların okeanda hərəkət edərkən  dünyanın maqnit  sahəsindən  yararlandıqları ehtimalı da istisna olunmur. Dəniz tısbağaları kimi kollektiv  şəkildə  köç edən digər bəzi dəniz canlıları da buna bənzər  xüsusiyyətlərə sahibdirlər.

Bu tədqiqatın nəticəsində  meduza sürülərinin çox güclü cərəyanlar olan bölgələrdə belə dağılmayaraq toplu şəkildə hərəkət etdikləri məlum oldu.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr