Şübhəsiz, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, könüldən (Allaha) itaət edən kişilər və könüldən (Allaha) itaət edən qadınlar, sadiq olan kişilər və sadiq olan qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və (Allahı çox) zikr edən qadınlar; (məhz) bunlar üçün Allah bir bağışlanma və böyük bir əcr hazırlamışdır. (Əhzab surəsi, 35)
Hz. Yusif (ə.s) bu ayəyə əməl etdi. Bu ayədə bildirilən əxlaq, hz. Yusif (ə.s) dövründə də vardı, hz. İbrahim (ə.s) dövründə də vardı. Bu, İslam əxlaqının bir gərəyidir. Bütün İslam dinlərində bu hökmlər vardır, hz. Yusif (ə.s) də bu ayəyə görə hərəkət etmişdir. Hz. Yusif (ə.s) bir peyğəmbərdir, necə hərəkət edəcəyini bilər. Hz. Yusif (ə.s) Züleyxa ilə evlənməmişdir.
Bu qadın günahsız tərtəmiz bir insana hücum edir, ona böhtan atır və həbsə atdırır və illərlə onu zindanda saxlatdırır. Sərbəst buraxdırmaq dilinin ucundadır, amma elətdirmir. Təcavüz etməyə çalışır bir, böhtan atır iki, 7 il gözünü qırpmadan zindanda tutdurur üç. Hz. Yusif (ə.s)-ı sevmir, yalnız şəhvətlə yaxınlaşır və hz. Yusif (ə.s)-a qarşı güc tətbiq edir. Gözünü qırpmadan yalan danışır. 7 il unudur, həmsöhbət belə olmur, xəbəri də yoxdur. İnsan sevdiyini unudarmı? Bu səbəbdən hz. Yusif (ə.s)-ın Züleyxa ilə evləndiyini söyləyənlər səhv edirlər. Mevdudi də böyük İslam alimidir, bir sözündə belə deyir:
"Züleyxanın, əri vəfat etdikdən sonra hz. Yusif (ə.s) ilə evləndiyi şəklindəki izahatlar daha çox ədəbi hekayə növlərinə uyğun gəlməkdə və dayanmaqdadır. Əslinə baxıldığı zaman, Züleyxa yaxşı bir təəssürat buraxmamışdır. Qurandakı ayələrdən aydın olduğuna görə, Züleyxa Yusif (ə.s)-ı yoldan çıxarmaq üçün hər cür şeytani yola baş vurmuşdur. Onu Allah yolundan, düzgünlükdən, haqdan azdırmaq üçün çalışmışdır. Bunun üçün yalan danışdığı və müxtəlif hiylələrə baş vurduğu ayə ilə sabitdir. Bir peyğəmbərin belə bir xanımla evlənməsi, onun izzətini zədələyər. Yusif (ə.s)-ın onunla evlənməsi, bu tərcümədəki ayə ilə də düz gəlmir: