Adnan Oktarın Kaçkar TV-dəki canlı müsahibəsi (3 noyabr 2010)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə, “Kəf. Ha. Ayn. Sad”. İndi burada, bu hərflər təbii ki, bir şey ifadə edir. Hurufu mukatta, inşaAllah. Hz. İsa Məsihdən və hz. Mehdi (ə.s)-dan bunları öyrənəcəyik Allahın izni ilə. Yəni bu, “Kəf. Ha. Yə. Ayn. Sad” nə mənaya gəlir öyrənəcəyik. Bunlar niyə Məryəm surəsindədir onu da öyrənəcəyik, inşaAllah. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə, “Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır. Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş,” yaşlandıqca kalsium miqdarı sümüklərdə azalır. İnsan kiçilməyə başlayır və əriyər sümükləri. “Və baş, yaşlılıq alovu ilə alovlandı”, yəni saçlarda da ağarma olur. Onu deyir o şəkildə, yəni mütəşabihdir bu ayə. İndi Cübbəliyə baxsan, “Açıq mənası, yaşlılıq alovu ilə alovlandı” sanki alov kimi düşünür onu, insanın başındakı bir yanğın kimi. Elə deyil, mütəşabih ayələrdir. Mütəşabihdən anlamır Cübbəli. Bu ayə saçlarının ağarması mənasına gəlir. “Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam”. Allaha çox dua etmək lazımdır. Hər şeyi Allahdan istəmək lazımdır. “Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki” Gələcək nəsillər ki, hz. Mehdi (ə.s) da bu nəslin içindədir. “o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!” Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” -deyir. Onun adının bənzəri yoxdur deyir Allah. “O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” Demək ki, cinsi gücün yaşla əlaqəsi yoxdur. Allah istərsə qocalığın son həddində belə çox güclü edər. Bəzi insanlar elə hesab edirlər ki, Allahın qaydaları qanunların xaricinə çıxa bilməz. Əksinə, Allahın dediyi olar, inşaAllah. Allah bir qayda qoyur. İnsanlar zənn edirlər ki, məsələn, yaşlılıq da bir adətullahdır, adam bitər. Elə deyil. O qaydanın içində Allahın bir qaydası daha var. Tam əksinə də olar. Əksinə, son dərəcə sağlam, daha gümrah ola bilər, qadın üçün də kişi üçün də. Allah buna diqqət çəkir. “Mələk dedi: “Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”” -deyir. Heç bir şey deyildi insan. Dünya heç bir şey deyildi, amma təbii ki, palçıqdan yaradır. Yəni "Heç bir şey deyildi" deyərkən, ətrafda heç bir şey yox idi. Ot da, yemək də orada burada olur. Ondan sonra bir sperma olur, ana yumurtasıyla birləşir, uşaq olur. Amma ətrafda bir şey yoxdur. Amma təbii ki, Allah mineralları və sairəni vəsilə edir. “O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”” Bunun mütləq bir hikməti vardır. Bu qarşılaşılacaq bir hadisədir. Bax, “üç gecə adamlarla danışmayacaqsan!” üç tam gecə. “O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!” Bir səhər, bir axşam olduğu kimi, yaxud səhərdən axşama qədər təsbih edin mənasına da gəlir. “Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik”. İslam əxlaqının dünya hakimiyyətinin tarixini verir. Amma tam hakimiyyət, 2067, hz. İsa Məsihin də vaxtı, Qızıl dövrün bərqərar olduğu vaxt. “Ey Yəhya! Kitabdan möhkəm yapış!” –deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik”. Gözəl nitq, İlahi kəlamı gözəl şərh etmə, gözəl ifadə, gözəl natiqlik. “Üstəlik Öz tərəfimizdən sevgi həssaslığı” coşğun bir sevgi var hz. Yəhya (ə.s)-da qeyri-adi bir sevgi. Kəpənəkləri, quşları, uşaqları, qadınları, hər şeyi çox-çox sevir. Allahın təcəllilərinə qarşı içində fövqəladə bir sevgi var, bir eşq var, arzu var. Onu kim verirmiş? Allah verir. “Mən verdim” -deyir. Bax, “Öz tərəfimizdən sevgi həssaslığı”, sevgi həssaslığı nə deməkdir? Sevgiyə qarşı vücudu fövqəladə dərəcədə həssasdır, qeyri-adi sevmə gücü var. Sevgi haradadırsa, o da oradadır. Hz. Yəhya (ə.s)-a Allah belə bir xüsusiyyət vermişdir, “və paklıq da bəxş etdik”. Fövqəladə dərəcədə diqqətli idi hz. Yəhya (ə.s), çox təmiz idi, tərtəmiz. “O, müttəqi idi (təqva sahibi idi)”. Təqva nə deməkdir? Dinə çox həssas, Quran hökmlərinə çox həssas olmaq deməkdir.
Məryəm surəsi, 22-ci ayədə, “Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi”. Doğumdan bəhs edir bu ayədə. “Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”” bu bir zəllədir. Yəni müsəlman bir insanın danışmamalı olduğu xətalı bir ifadədir, zəllə. Allah bunu bir zəllə olaraq bizə göstərir, biz etməyəcəyik. Yəni hz. Məryəm kimi mübarək bir insanda belə bu cür bir zəllə olur. İnsanlarda səhv ola bilir. Peyğəmbərlər belə zəllə olur. Oradan ibrət alacağıq və etməyəcəyik, inşaAllah. Bax, “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Müsəlman hər vəziyyətdə səbir etməklə mükəlləfdir.
Aparıcı: Yəni doğum sancısı çəkdiyi üçün mü?
Adnan Oktar: Bəli, doğum sancısı çəkdiyi üçün deyir. Belə vəziyyətdə mömin mütləq səbirli olacaq, inşaAllah. “Məryəmin aşağı tərəfindən (bir səs) onu səsləyib dedi: “Qəm yemə””, Allah haram edir qəmginliyi, möhkəm ayədir. Kədərlənmək və hüzn müsəlmana haramdır və möhkəm olaraq Allah ona əmr edir. “Qəm yemə” -deyir. “Rəbbin sənin ayağının altından bir bulaq axıtdı”, demək ki, burada bir işarə var. Xurmanın olduğu bir yer, xurma budağının olduğu bir yer, ağaclıq bir yer, alt tərəfində bir arx, su axır. “Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün”. Təzə yetişmiş, təzə xurma. Köhnə meyvədə vitamin dəyəri daha aşağıdır. Təzə olan meyvəyə Quran diqqət çəkir. Təzə meyvənin yeyilməsinə diqqət çəkir. Amma baxın, həm də doğuma işarə edən ayədədir, “Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.” 22, 2-2, ikilər həmişə hakimdir Quranda. Burada da yenə 2-2, hz. İsa (ə.s) ilə əlaqədar qisimdə, inşaAllah. “Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi””. Əbcəd də hicri 1462 tarixini verir. Hz. İsa Məsihin ən anlı-şanlı illəri, inşaAllah.