Həmdvə təsbih etmək möminin həyatının bir hissəsidir. Həmd (şükür) hər növ mədh, ucaltma və tərifə yalnız Allahın layiq olduğunu, təsbih isə Allah'ın ağıla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir.
Həmd və təsbihin yalnız möminlərin deyil, bütün kainatın bir ibadəti olduğu ayələrdə belə xəbər verilir:
Namaz qılmaq kimi müəyyən olunmuş vaxtlarda Allahı təsbih etmək və Ona həmd etmək də Quranda bildirilən fərzlərdəndir. Mömin Allahın fərz qıldığı məsələlər arasında öz anlayışına görə əhəmiyyətlilik sıralaması apara bilməz. Yəni namaz qılmağı təsbih etməkdən və ya oruc tutmağı zəkat verməkdən daha mühüm və ya əhəmiyyətsiz hesab edə bilməz, Allahın əmrlərini birə-bir incəliyinə qədər yerinə yetirər. Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allahı Quranda göstərilən beş vaxtda, Allahın istədiyi şəkildə təsbih etmək möminin gündəlik həyatında ən mühüm vəzifələrindən biridir. Sübh namazı və ikindi vaxtlarında təsbihlə yanaşı, həm də həmd edilməsi ayələrdə xüsusi olaraq bildirilmişdir.