HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS ŞƏRHLƏRİ
Ali ibn Ahmed Ubeydullah ibn Musadan, Alevi Ahmed ibn Hüseyindən, Ahmed ibn Hilaldan, Abdur Rahman ibn Ebu Necrandan, Fuzeyl ibn Eyyubdan, Sudair Sairafinin belə dediyi rəvayət edildi: Ebu Abdullah İmam Sadiq (ə.s)-ın belə söylədiyini eşitdim: “Bu məsələnin əfəndisinin (Məhəmməd Mehdinin) Yusif peyğəmbərə bənzərliyi vardır.” Hz. Yusif (ə.s) ilə bir bənzərliyi vardır. Bu, hədislərdə çox keçən bir ifadədir. Quranda da, Yusif surəsində mehdiyyət, çox təfərrüatlı olaraq, qapalı bir üslub ilə izah edilir.
“Yusifin qardaşları zəkalı və ağıllı insanlar idi, onlar Yusifə gəlib, onunla danışdılar və onunla razılığa gəldilər və o, onların qardaşı olmasına baxmayaraq, özünü tanıdana qədər onu tanımadılar.” Hal-hazırda da ümməti Məhəmməd, müsəlman olduğu halda, məlumatlı olduğu halda hz. Mehdi (ə.s)-ı hz. Yusifi tanıya bilməyən qardaşları kimi tanıya bilməyəcəklər. Quran ayəsinin işarəsi də budur, deyir. Ağıllı olduqları halda, diqqətləri açıq olduğu halda Allahdan bir gözəllik olaraq, bir möcüzə olaraq hz. Mehdi (ə.s) açıq-aşkar aralarında olduğu halda, Allah deyir; bəsirət və fərasət bir çox insanın gözlərini örtəcək və görə bilməyəcəklər. Hz. Mehdi (ə.s)-ı fərq edə bilməyəcəklər. Hz. Yusif hekayəsində izah edilən budur, nəzərdə tutulan budur, deyir.
“Ancaq mən Yusifəm dediyi zaman onu tanıdılar.” Quranda elə deyir, deyil mi? “Mən Yusifəm” deyəndə tanıyırlar onu. Yoxsa, tanıya bilmirlər, hətta çox yaxından belə. “Buna əsasən, niyə bu qarışıqlıq içindəki ümmət üstün güc sahibi Uca Allahın Öz dəlilini (Hüccət-i Mehdini) onlardan zaman-zaman gizlədiyini inkar edər?” Allah gizləyir, hz. Mehdi (əs)-ı. Amma, insanlar; “Yoxdur elə bir şey, olsa, biz dərhal görərik” deyərlər. Halbuki, Allah gizləyəcək. Hz. Yusif (ə.s)-ı gizlətdiyi kimi gizləyəcək və görmələri də mümkün olmayacaqdır, deyir.
“Yusif Misirdə idarəçi idi və onunla atası (Yaqub (ə.s) ) arasındakı məsafə 18 gün çəkən bir səfərdən çox deyildi, əgər Uca Allah diləsəydi, onun yerini atasına bildirərdi.” Çünki ikisi də peyğəmbərdir. Allah istəsəydi, bildirərdi, deyir. “Yaxşı necə olursa, bu Ümmət, Allahın Yusif üçün yaratdığını, Öz dəlili (Hüccət-i Mehdi) üçün də edə biləcəyini inkar edə bilər?”
''Haqları əlindən alınmış, təzyiq altına alınmış əfəndiniz (Məhəmməd Mehdi) gəlir'' Bax, haqları əlindən alınmış, təzyiq altına alınmış. Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti nə imiş? Haqlarının əlindən alınması və təzyiq altına alınması. Onsuz, ona görə Mehdi olur. Mehdi olma səbəblərindən biri budur; çox əziyyət çəkəcək, çox təzyiq altına alınacaq. “Haqları əlindən alınmış, təzyiq altına alınmış əfəndiniz (Məhəmməd Mehdi) gəlir və onların aralarına qatılır, onların bazarlarında gəzər və xalçalarının üstündə yeriyər.” İndi bu çox mənalıdır. Peyğəmbərimiz (s.ə.v) zamanında xalça çox nadir idi. Xalçanın üstündə harada yeriyəcəksən? Çox nadirdir. Çox kiçik parçalar halında olan xalçalar var. Yürüyəcək qədər də xalça yoxdur. Yəni, çox kiçik parçalar halındadır. Peyğəmbərimiz (s.ə.v)-in evində belə yoxdur, çox kiçikdir. Amma, indi xalçalar bazarlarda, binalarda, məsələn, indi burada da bütün başdan-başa hər yer xalça ilə örtülüdür. Evlərdə, koridorlarda, həmişə xalça var. “Amma onu tanıya bilməzlər.” Hz. Mehdi (ə.s)-ı tanıya bilməzlər, Allahdan bir möcüzə olaraq, gözəllik olaraq. Ayədə deyir ki; “Uşaqlarını tanıyan kimi onu tanıyarlar.” O qədər müəyyən olmasına baxmayaraq. Buna baxmayaraq, “Amma onu tanıya bilməzlər.” Bədiüzzaman da deyir Mehdi (ə.s) gəldiyi vaxt; “İnsanlar onu tanıya bilməz.” “İmanının nuru ilə bəlkə tanına bilər” deyir. İsa Məsih (ə.s) üçün də deyir ki, Bədiüzzaman; “Mukarreb havassı (seçkinlər və yaxınları) onu imanın nuru ilə tanıya bilərlər”, bəlkə.
“Uca Allahın özünü tanıtması üçün Yusifə izin verdiyi kimi” Yusif (ə.s)-a Allah ilham edir; “Mən Yusifəm, de” deyir, tanıyırlar onu. “Onun da (Mehdinin də) özünü tanıtmasına izin verənə qədər belə davam edəcəkdir.” Yəni, hz. Mehdi (ə.s) çıxıb mehdiyyətin əlamətlərini uzun-uzun izah edəcək. Bilavasitə, mehdiyyəti tanıtdığı üçün insanlar hz. Mehdi (ə.s)-ı da tanımış olacaq. Yoxsa tanıya bilməzlər. Deməli, mehdiyyəti ən yaxşı izah edə biləcək şəxs yenə hz. Mehdi (ə.s) olacaq. Dəccaliyyəti ən yaxşı izah edə biləcək şəxs yenə hz. Mehdi (ə.s) olacaq. Axırzamanı ən yaxşı izah edə biləcək şəxs yenə hz. Mehdi (ə.s) olacaq. İman həqiqətlərini, Quran möcüzələrini ən yaxşı izah edə biləcək şəxs yenə hz. Mehdi (ə.s) olacaq.
Bu kitab; Beklenen Mehdi, Allahın Kitabı, Allamah Muhammed Baqir al-Majlisi | Biharul Anwar İngiliscə Tərcüməsi, Cild 13 (Köhnə Nəşr)/ Cild 51-52-53 (Yeni Nəşr) Gaybet Kitabı İmam Mehdi – On İkinci İmam | Bölüm II | Tərcümə edən Seyyid Athar. Buradan tapa bilər bacı/qardaşlarımız.
Abdülvahit ibn Abdullah, Ahmet ibn Məhəmməd ibn Rabbahdan, Məhəmməd ibn Abbas İsadan, Hasan ibn Ali Battani atasından, o da Müfezzeldən, Ebu Abdullah İmam-ı Sadiq (ə.s)-ın belə dediyi rəvayət edildi: “Bu vəzifəni üzərinə götürən İmam Mehdinin Beyt-ül Hamd (həmd edilən ev) deyə adlandırılan bir evi olacaqdır.” Bilinən, tanınan, Allaha həmd edilən, Allahın zikr edildiyi bir evi olacaqdır. Oraya Beyt-ül Hamd deyilir. Hz. Mehdi (ə.s)-ın qaldığı ev məşhurdur, Peyğəmbərimiz (s.ə.v) bilir. Yəni, taledə xüsusi olaraq yaradılmış bir evdir, hər hansı bir ev deyildir. Mühafizəli, qorumalı xüsusi bir evdir. Taledə yaradılıb xüsusi olaraq. Ona da Peyğəmbərimiz (s.ə.v); “həmd edilən ev”, deyə ad verib. “Beyt-ül Hamd” deyir. Peyğəmbərimiz (s.ə.v) bunu vəhy ilə söyləyir. O da Cəbrayıl (ə.s)-dan. Cəbrayıl (ə.s)-a da Allah söyləyir. Evinin adı “Beyt-ül Hamd”dır. Həmişə, “inşaAllah, maşaAllah, əlhəmdülillah” deyilən evdir.
“Orada Rəsullullahın qılıncı ilə çıxacağı günə qədər yanan bir çıraq olacaqdır.” Bir çırağa diqqət çəkir. Bax, evi müəyyənləşdirən bir ad, Peyğəmbərimiz (s.ə.v)-in vəhy ilə bildirdiyi bir ad. “Bir çıraq olacaqdır.” Amma, nə zamana qədər qalacaq o evdə deyir? Peyğəmbərimiz (s.ə.v)-in qılıncı ilə çıxacağı günə qədər. Qılınc haradadır? Burada, İstanbulda, Topqapı sarayında durur. “Rəsullullahın qılıncı ilə çıxacağı günə qədər yanan bir çıraq olacaqdır.” Evə isə “Beyt-ül Hamd” deyir. Vəhy ilə bildirildiyi üçün onun içərisində başa düşənin başa düşəcəyi bir işarə vardır.
Beklenen Mehdi, Allamah Muhammed Baqir al-Majlisi | Biharul Anwar İngiliscə Tərcüməsi, Cild 13 (Köhnə Nəşr)/ Cild 51-52-53 (Yeni Nəşr) Gaybet Kitabı İmam Mehdi – On İkinci İmam | Bölüm II | Tərcümə edən Seyyid Athar.
HÖRMƏTLİ ADNAN OKTARIN ƏNFAL SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
(Ənfal surəsi, 62)
“Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.”
“Onlar, səni aldatmaq istəsələr, şübhəsiz Allah sənə yetər.” Yəni, müsəlmanlara oyun oynanılanda, hiyləgərlik ediləndə, bir şey ediləndə; onu yaradan da onsuz Mənəm, deyir Allah. Allah sizə yetər.
(Ənfal surəsi, 74)
“İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.”
“İman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər ilə (hicrət edənləri) sığınacaq verənlər və kömək edənlər, məhz, həqiqi mömin olanlar onlardır.” Demək ki, bir mömin var, bir də həqiqi mömin var. Allah həqiqi mömini əsas götürür. “Möminəm” deməsi yetərli olmur. Həqiqətən mömin olmalıdır. Bunun üçün nə lazımdır? İman etməsi təbii ki. Lazım gələrsə, Allah üçün hicrət etməlidir. Məsələn, zalımların, qəddarların içindədirsə, Allahı zikr etməyə izin vermirlərsə, zülm edirlərsə, pisliyə sürükləyirlərsə, müsəlman onların yanından ayrılır. Hicrət edir. Allah yolunda cəhd edir, cihad edir. Təbliğ edir, mövzuları izah edir, insanlara kömək edir, gözəlliyi izah edir. Bir də, Allah yolunda cəhd edən insanlara sığınacaq verənlər; evini açır, maddi yardım edir, yemək ilə, geyim ilə təmin edir. Maddi və mənəvi olaraq ona dəstək olur. Sığınacaq verənlər və kömək edənlər, hər məsələdə dəstək olurlar. Məhz əsil mömin olanlar onlardır. Onlar üçün bağışlanma və üstün bir ruzi vardır. Allah “Günahlarını əfv edəcəyəm” deyir, “və üstün bir ruzi vardır.” Dünyada da, axirətdə də onlara ruzi verəcəyəm. Onları çətin vəziyyətdə qoymayacağam” deyir Allah. “Ona dünyada bir rahatlıq və mübarizəsində şərait yaradacağam” deyir Allah. “Mübarizə apararkən mən necə kitab paylayacağam, necə bu insanlara yemək təmin edəcəyəm? Necə çatdırılmalarını təmin edəcəyəm? Harada sığınacaq verəcəyəm, deməyinizə ehtiyac yoxdur” deyir Allah. “Mən zaminəm” deyir Allah. “Əgər, siz Allah yolunda cihad edərsəniz, cəhd edərsəniz, Mən zaminəm. Siz buna qarışmayın” deyir Allah. “Amma, siz sadəcə səmimi olaraq Allah yolunda cihad edin. Dini yayın, izah edin. Sizin hər cür ehtiyacınızı qarşılayacağam” deyir Allah. “Dünyada da, axirətdə də məsud və bəxtiyar olacaqsınız” deyir Allah. “Üstün bir ruzi” deyir Allah, ruzi demir. Demək ki, gözəl, keyfiyyətli bir həyat təqdim edəcəyini söyləyir Allah. Çünki ruzi, mənası geniş olan bir sözdür. Yəni, hər cür yaxşılıq, hər cür gözəllik deməkdir.