Özlərini təcrid olunmuş hiss edən afroamerikalılar
ucgen

Özlərini təcrid olunmuş hiss edən afroamerikalılar

1022

Hamımız dünyanın müxtəlif yerlərindəki insanların “Amerika xəyalı”nı, yaxud da Amerikaya köçüb daha yaxşı yaşamaqla bağlı arzularını eşitmişik. Dünyanın bir çox yerinə hakim olan bu anlayış Amerika cəmiyyətindəki yüksək maddi rifah və azadlıqlardan irəli gəlir.

Lakin son illərdə baş verənlər bu xəyalları aradan qaldırır. İrqçiliyə illər öncə son qoyulmalı olduğu halda, bu problemə görə hər il daha çox insan Amerikanı tərk edir. ABŞ illər ərzində çox fərqli formalarda təzahür etmiş, rəsmi irqçilik tarixi olan ölkədir. Uzun illər köləlik formasında təzahür edən irqçilik bir çoxlarına görə dövrümüzdə hələ də davam edir.
 
Ancaq müasir dünya ayağa qalxdıqda ABŞ irqçilik problemini məharətlə həll etməyi bacardı. Görünüşdə nəticələr çox müsbətdir və irqçilikdən zərər çəkənlərin dövrümüzdəki nəvələri babalarına nisbətən normal yaşayırlar. Lakin bu problem kökündən həll edilməmişdir. Keçmişdə olduğu qədər geniş yayılmasa da, dövrümüzdə fərqli formaya bürünmüşdür. Hazırda daha hiyləgər və pərdələnmiş formada davam edir. Hətta indiki irçqilik gənc afroamerikalıların  ölkəni tərk etmələrinə səbəb olacaq qədər güclüdür.
 
Gizli şəkildə davam edən bu problemə görə minlərlə gənc insan başqa yerlərdə özünə yeni həyat qurmaq həvəsindədir. Seneqal, Qana kimi müxtəlif Afrika ölkələrində gün keçdikcə daha çox afroamerikalı qrup formalaşır. ABŞ-dan gələn yeni afroamerikalılar ya müəllimlik edir, ya da öz işlərini qururlar. Amerikanı tərk edən bir çox insan rahatlıq və komfort təmin edən imkanlardan daha çox hörmət görməyin önəmli olduğunu vurğulayırlar.

İnkişaf və müasirliyin mərkəzi hesab edilən ABŞ-ın belə bir imic nümayiş etdirməsi qəribə olsa da, reallıqdır. Qanaya köçməzdən əvvəl Nyu-Yorkda rəqəmsal marketinqlə məşğul olan Məhəmməd əl-Mühacir [1] belə deyir: "Opra Uinfri (Oprah Winfrey) kimi mağazalara daxil olmasına icazə verilməyən və ya müəyyən bölgələrdə mənzil almasına icazə verilməyən Jay-Z kimi zəngin zəncilərin hekayələrini eşidirsiniz. Bu cür şeylər olur. Məşhur olmağınız da sizi ikinci kateqoriya vətəndaş olmaqdan xilas etmir. Mənim üçün ən böyük problem bu idi". Məhəmməd əl-Mühacir kimi bir çoxları nə qədər müvəffəqiyyət əldə etsələr də, ABŞ-da özlərini həmişə təcrid olunmuş hiss etdiklərini və yeni köçdükləri ölkələrdə ABŞ-dakı imkanlara malik olmasalar da, daha xoşbəxt olduqlarını qeyd edirlər. Əl-Mühacir həmçinin belə deyir: "Amerikada hər zaman özünüzü sübut etməyə çalışırsınız. Burada özümü kiməsə sübut etməyimə ehtiyac yoxdur. Universitetə getdim, çempionatda birinci yeri tutdum. Ona görə heç vaxt uğur əldə edə bilməyəcəyim yerdə olmaq istəmirəm".

Çox haqlıdır. "New York Times" [2] qəzetində çıxan bir xəbərə görə, zəncilərə tolerant yanaşmayan Corciya, Alabama və digər ştatlardan daha çox nifrət Nyu-Yorkda var. 2016-cı ildə törədilən 380 nifrət cinayəti ilə ölkədə ən yüksək göstəriciyə malikdir. Bu, çox narahatlıq vericidir. Çünki Nyu-York ölkənin ən qabaqcıl hesab edilən şəhərlərindən biridir.

“U.S. News & World Report”da [3] yayımlanan bir xəbərə görə, məktəbəqədər dövrdən ikinci sinfə qədər təhsil alan zənci uşaqların təhsil müəssisələrindən kənarlaşdırılmaları  ağdərili uşaqlara nisbətən 3 dəfə çoxdur. Universitet məzunu olan zəncilər isə iş tapmaq üçün ağdərililərdən iki qat daha çox səy göstərmək məcburiyyətindədirlər.

Bir araşdırmaya görə, zənci adı olduğu düşünülən adlara malik insanlar digər insanlara görə 50% daha çox iş üçün müraciət etmək məcburiyyətindədirlər.
 
İrqçilik baxımdan bir bölünmənin mövcudluğu reallıqdır. Ağdərililərin 73%-i ev sahibi olduqları halda, zəncilərin təkcə 43%-nin evi var. Ağdərililərlə (təxminən 91 min dollar) zəncilər (təxminən 7 min dollar) arasındakı uçurum təkcə son 25 ildə [4] üç qat artmışdır.

Zəncilərin nəqliyyatda polis tərəfindən axtarışa məruz qalma ehtimalı ağdərililərə nisbətən üç qat daha çoxdur. Bu nisbət həbs edilmə ehtimalında altı dəfəyə qədər yüksəlir. Əgər zəncisinizsə, prokurorların hər hansı bir əməlinizi cinayət kimi qəbul etməsi ehtimalı daha yüksəkdir. Andlı iclasçıların seçilmə prosesində yetərli keyfiyyətlərə malik zəncilər, adətən, qanunsuz şəkildə geri qaytarılırlar. Bu nisbət 80% kimi yüksək rəqəmdir.

Bütün bu narahatlıq verici hadisələri nəzərə aldıqda bir çox afroamerikalının özlərini başqa ölkələrdə daha xoşbəxt hiss edəcəklərini düşünməsi təəccüblü deyil. Bu cür ayrı-seçkilik təbii ki, bütün Amerika cəmiyyətinə aid deyil. Ancaq bu gözəl ölkədə belə çirkin və sevgidən uzaq məntiq heç olmamalıdır.
 
Məşhur zənci ulduzlardan ibarət yeni nəsil afroamerikalılar aradakı uçurumu getdikcə azaltmaq istiqamətində hərəkət edirlər. Lakin belə bir sual yaranır: Bu səy kifayət qədər dəstəklənirmi?

[1] https://www.aljazeera.com/indepth/features/african-americans-moving-africa-180116092736345.html
[2] https://www.nytimes.com/2017/07/08/opinion/sunday/racism-is-everywhere-so-why-not-move-south.html
[3] https://www.usnews.com/news/blogs/at-the-edge/2015/05/06/institutional-racism-is-our-way-of-life
[4] https://www.usnews.com/news/blogs/at-the-edge/2015/05/06/institutional-racism-is-our-way-of-life


Adnan Oktarın “WTX News”də (İngiltərə) yayımlanan məqaləsi:
https://wtxnews.com/2018/02/21/why-do-african-americans-still-feel-like-outsiders-in-the-usa/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo