Yaş, peşə və vəzifələrindən asılı olmayaraq, cahil cəmiyyətlərdə mənimsənilən xarakterlərin heç biri xoşbəxtlik gətirmir. Bunun əsas səbəblərini isə belə açıqlamaq mümkündür:
Həll yollarını Quranda axtarmadıqları üçün
Quran əxlaqını yaşamayan, yəni həyatlarını cahilcə davam etdirən insanların ən böyük səhvi budur: həll yollarını Quranda axtarmamaq... Bu insanlar vəziyyətlərinin ürək açmayan olduğunu açıq-aydın görürlər. Yaşadıqları həyat tərzinin, mənimsədikləri xarakterin onlara istədiklərini vermədiyini, özlərini təmin etmədiyini və hətta çətinlik yaratdığını hər an hiss edirlər. Ancaq bunu həll etmək üçün cahiliyyənin digər üsullarına əl atırlar. Bu da onlara fayda vermir. Çünki cahiliyyə xarakterlərinin demək olar ki, bir-birindən fərqi yoxdur. İnsanlar, məkanlar, şərtlər dəyişsə də dərdləri və hədəfləri həmişə sabit qalır. Yəni "inteligent" xarakterinə sahib olan insanın da, elit təbəqənin mədəniyyətini mənimsəyən şəxsin də əsl hədəfi həmişə dünya həyatı ilə bağlı olur.
Halbuki, dünya həyatı ehtirasla bağlanmayacaq qədər qısadır. Dünya həyatında qazanılan heç bir şey əbədi deyil. Ölümlə birlikdə dünya həyatındakı hər şey yox olacaq. Buna görə də, yalnız dünyəvi mənfəətlər əldə etmək üçün atılan hər addım insana böyük sıxıntılar gətirir.
Allah insanlara xoşbəxt və rahat yaşamağın yollarını Quranda göstərmişdir. İnsan yalnız Allah’a yönəldiyi, Onu dost tutduğu və bəyəndiyi həyatı yaşayanda çətinliklərdən xilas ola bilər.
Allah bir ayəsində bu mühüm sirri belə bildirir:
O kəslər ki, Allah’ı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allah’ı zikr etməklə rahatlıq tapar. (Rəd surəsi, 28)
Allah ilə dost olan insan isə yol göstərici kimi Rəbbimizin endirdiyi haqq kitaba tabe olur. Qurana görə öz xarakterini və həyat tərzini müəyyən edir. Quranın Allah’ın izni ilə insanları qaranlıqlardan nura çıxaran xüsusiyyəti var:
Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allah’ın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)
Buna görə də Quranın qazandırdığı xarakterdə sıxıntı, narahatlıq və qəm-kədər yoxdur. Mütləq gözəl həyat, sabit xarakter və yaxşı rəftarlar var. Allah bu xarakteri mənimsəyən möminlərə etdiklərinin ən gözəli ilə cavab verəcəyini vəd etmişdir:
(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)