HÖRMƏTLİ ADNAN OKTARIN RİSALƏ-İ NURDAN ŞƏRHLƏRİ
Silsilə-i Nəqşinin qəhrəmanı və bir günəşi olan İmam Rəbbani (r.ə) Məktubatında deyib ki: “Həqaiq-i imaniyyədən bir məsələnin inkişafını, min ezvak və mevacid və keramatdan üstün tutaram.” Yəni, iman həqiqətləri o qədər əhəmiyyətlidir ki, hamısının üstündədir deyir, Quran möcüzələri, iman həqiqətlərinin izah edilməsi. Həm deyib ki: “Bütün tariqlərin nöqtə-i müntəhası, Ən son nöqtəsi həqaiq-i imaniyyənin açıqlığı və inkişafıdır.” Yəni, güclü imanın yaranmasıdır. O zaman mehdiyyət nəyə üstünlük verir? Güclü iman. Hakkəl yakin, ilməl yakin və aynəl yakin iman.
Deyir ki: “Tarix-i Nəqşidə iki qanadla süluk edilər. Yəni, həqaiq-i imaniyyəyə sağlam bir surətdə etiqad etmək və fəraiz-i diniyyəyə uymaqla olar.” Yəni, halala, harama çox diqqət edib, iman həqiqətləri ilə gücləndirib güclü bir imana sahib olmaq. “Bu iki cinahda qüsur varsa o yolda gedilməz.” Yəni, təriqətdə gedə bilməzsən, deyir. “Əgər elədirsə, tarix-i Nəqşinin üç pərdəsi var:
Biri və ən birincisi və ən böyüyü: Doğrudan-doğruya həqaiq-i imaniyyəyə xidmətdir ki, Yəni, iman həqiqətlərinə xidmətdir ki, İmam Rəbbani (r.ə) də Axırzamanda ona süluk etmişdir.” Yəni, iman həqiqətlərinə üstünlük vermişdir deyir.
“İkincisi: Fəraiz-i diniyyəyə və Sünnət-i Səniyyəyə təriqət pərdəsi altında xidmətdir.” Yəni, halallara, haramlara xidmət edib, öyrədib, izah edib, həyata keçirməyi təmin etmək.
“Üçüncüsü: Təsəvvüf yolu ilə emraz-ı qəlbiyənin aradan qaldırılmasına çalışmaq...” Yəni, ürəkdəki narahatlıqların təmizlənməsinə çalışmaq. “...qəlb ayağı ilə süluk etməkdir. Birincisi fərz...” Bax, birincisi fərz. İman həqiqətləri, imanın gücləndirilməsi fərz. “...ikincisi vacib...” Yəni, halalların, haramların izah edilməsi vacib “...bu üçüncüsü isə sünnət hökmündədir.” deyir. Biz nəyə üstünlük vermiş oluruq? Fərzə.
“Bir halda ki, həqiqət belədir. Mən təxmin edirəm ki, əgər Şeyx Əbdülqadir Gilani (r.ə) və Şah Nəqşibənd (r.ə) və İmam Rəbbani (r.ə) kimi şəxslər bu zamanda olsaydılar, bütün himmətlərini, həqaiq-i imaniyyənin və akaid-i İslamiyyənin möhkəmlənməsinə sərf edəcəklərdi.” Yəni, eynilə Mehdi (ə.s)-ın etdiyi kimi, iman həqiqətlərinə üstünlük; yəni, darvinizm-materializmin yox edilməsi, küfr düşüncəsinin yox edilməsi və Allahın varlığının isbat edilməsi. Buna üstünlük verəcəklərdi. “...və akaid-i İslamiyyənin möhkəmlənməsinə sərf etmək.” Yəni, mövhumatçı, xurafatçı inancları aradan qaldırıb, saf İslam inancını, Quran inancını ortaya qoymaq. “Çünki səadət-i əbədiyyənin mədarı onlardır.” Yəni, əbədi səadətin səbəbi onlardır, deyir. “Onlarda qüsur edilsə, şekavet-i əbədiyyəyə səbəbiyyət verər.” Yəni, əbədi şikayətə səbəbiyyət verər. Allah əbədi olaraq sevməz, Allah əbədi olaraq şikayət edər, xoşlanmaz. Şekavet, yəni, bir narazılıq yaranar Allahda, deyir.
“İmansız cənnətə gedə bilməz; amma təsəvvüfsüz cənnətə gedən çoxdur.” Onun üçün iman həqiqətlərinə çox önəm verəcəksiniz, deyir. “Çörəksiz insan yaşaya bilməz, amma meyvəsiz yaşaya bilər”, deyir Bədiüzzaman. “Təsəvvüf meyvədir, həqaiq-i İslamiyyə qidadır.” deyir, iman həqiqətləri. “Qədimdən qırx gündən tutmuş, ta qırx ilə qədər bir nəfsi süluk ilə bəziləri həqaiq-i imaniyyəyə ancaq çıxa bilərdi. “O qədər çox məşğul olunardı. “İndi isə Cənab-ı Haqqın rəhməti ilə qırx dəqiqədə o həqaiqə çıxılacaq bir yol tapılsa, o yola qarşı laqeyd qalmaq əlbəttə kar-ı ağıl deyil.” Yəni, mehdiyyət, o qədər sürətli iman formalaşmasına səbəb olacaq ki, məsələn, Mehdi (ə.s)-ın bir kitabını oxuyan, bir söhbətinə qatılan qırx dəqiqə içində mənəvi səyahət ilə bəlkə, qırx ildə əldə edilən iman inkişafını qırx dəqiqədə əldə edəcək, deyir. Mehdi (ə.s) vəsiləsi ilə, iman həqiqətləri ilə.
Bədiüzzaman deyir ki: “Bilirsiniz ki, əgər dəlalət (küfr, imansızlıq) cəhalətdən gəlsə, aradan qaldırılması asandır.” Onu yox etmək asandır, cəhalətdən gəlirsə, cahillikdən qaynaqlanırsa. “Amma dəlalət fənndən və elmdən gəlsə, aradan qaldırılması müşküldür.” Bax, fəndən və elmdən, biologiyadan, paleontologiyadan, fəlsəfədən gəlsə aradan qaldırılması müşküldür, çətindir, deyir. Məhz bu çətin olanı Mehdi (ə.s) edir.
HÖRMƏTLİ ADNAN OKTARIN FURQAN SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
(Furqan surəsi, 33)
Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
Yəni, xurafatçıların, mövhumatçıların uydurmalarına qarşı Quran ayələri ilə danışacağı üçün Mehdi (ə.s), ayə ona baxır. Amma, əlbəttə, əsil Peyğəmbərimiz (s.ə.v)-ə baxan bir ayə, amma, Axırzamana baxan istiqaməti ilə Mehdi (ə.s)-a baxır. Çünki xurafatçılar boş-boş danışacaqlar, əlaqəsiz sözlər deyəcəklər. Mehdi (ə.s) da Quranla ağılla onlara ən gözəl cavabı vermiş olacaq.
(Furqan surəsi, 41)
Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs?
Mehdi (ə.s) olaraq göndərdiyi bu mu deyərlər, deyir. Çünki yemək yeyir, çünki bağçalarda gəzişir, çünki zarafat edir, danışır. Mehdi (ə.s)-a da eyni üslubdan istifadə edəcəklər. "Allahın Mehdi (ə.s) olaraq göndərdiyi bu mu"? Deyəcəklər.
(Furqan surəsi, 42)
Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar.
"Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı." Yəni, Mehdi (ə.s) darvinizmə, materializmə qarşı elə mübarizə aparacaq ki, "Əgər, qətiyyət göstərməsəydik, artıq darvinizmdən, materializmdən imtina edəcəkdik" deyəcəklər. Amma, bunu deyərkən bir də baxacaqlar ki, imtina ediblər. Müqavimət göstərərkən imtina etmiş olduqlarını görəcəklər. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını başa düşəcəklər. Mehdi (ə.s) azğınlıqla ittiham ediləcək, Allah da kimin azğın olduğunu onlara göstərəcək. Fəlakətləri ilə, təsiri ilə, Mehdi (ə.s)-a verdiyi bacarığı ilə, Mehdi (ə.s)-ın doğru yolda olduğunu, əsil azğınların mövhumatçı qrupu olduğunu onlara göstərmiş olacaq, inşaAllah.
(Furqan surəsi, 43)
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillik mi edəcəksən?
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Yəni, öz istək və ehtirası nə deməkdir? Müşrik inanclar, Qurana uyğun olmayan inanclar. İndi ona qarşı sən mi vəkil olacaqsan? Yəni, Allah, “Mən onlara lazım olanı edərəm. Sən rahat ol” deyir.