Niyə xoşbəxt ola bilmirlər? -3-
ucgen

Niyə xoşbəxt ola bilmirlər? -3-

47120
Dünyanın imtahan yeri olduğunu unutduqları üçün
 
Cahiliyyə xarakterinə sahib olan insanların xoşbəxt ola bilməmələrinin digər səbəbi də yaradılış məqsədlərini unutmalarıdır. Halbuki, insan Allah’ın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona gözəl qul ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə sınanır. Allah Quranda dünya həyatının bu həqiqətini belə bildirir:
 
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır.(Mülk surəsi, 2)
 
İnsanın belə sınanması həyatının hər anında davam edir. Məktəbdə, işdə, evdə, küçədə, tək və ya izdihamlı yerdə olanda, xəstələnəndə və ya sağlam ikən, dünyanın başqa tərəfinə də getsə, orada yenə imtahan olunacaq. Söylədiyi hər söz, göstərdiyi hər rəftar və düşündüyü hər şey əskiksiz olaraq axirətdə qarşısına çıxacaq.
 
İnsanın dünyada olan hər hadisənin yalnız sınaq olduğunu unutması onu təvəkkülsüzlüyə aparır. Belə ki, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən "niyə belə oldu, kaş belə olmazdı" "heç nə yolunda getmir", "bütün işlər tərs gedir", "elə etməsəydim, belə olmazdı" və bunlar kimi əksər şikayətlərin altında bu həqiqətin unudulması yatır.
 
Qədəri unutmağın və təvəkkülsüzlüyün nəticəsi isə sıxıntı və bədbəxtlikdir. İnsanların böyük əksəriyyəti hadisələrin hikmətlərini düşünmədiklərinə görə şər görünən ən xırda vəziyyətlə qarşılaşanda dərhal şikayət etməyə başlayırlar. Bunun nəticəsində də həmişə narahat, bədbəxt və çətin həyat yaşayırlar.Halbuki, insanın üzərinə düşən məsuliyyət Allah’ın özü üçün yaratdığı hər andan razı olmasıdır. Şər hesab edilən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allah’a olan təslimiyyətində qərarlı olmalı və vacib olan yaradılış məqsədini unutmamalıdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayan şəxslər bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada özlərinə gözəllik kimi geri qayıdacağını bilməyin dincliyini və xoşbəxtliyini yaşayırlar.
PAYLAŞIN
logo
logo
logo
logo
logo