HƏDİSLƏRDƏ PKK-YA DA DİQQƏT ÇƏKİLİR
Peyğəmbərimiz (s.ə.v) Axırzamanı nə qədər təfərrüatlı izah edib. Məsələn, bax, bu Suriyada olacaq hadisələri, Suriyadakı qətliamı necə izah edir; “Yüz min insandan çox insan yox olur” deyir Suriyada, Şamda. Prezident Abdullah Gül deyir ki; “Suriyada bu il itkin düşənlərin sayının yüz mini keçdiyini bildirdi.” Bax, eynisidir. Peyğəmbərimiz (s.ə.v) say da göstərir. “Yüz minin üstündə insan” deyir. “Allah bunu inananlara rəhmət” şəhid olurlar deyir, “inancsızlara əzab olaraq yaradır”, deyir. “Bu hadisələr meydana gələndə, Şamda dayanana qədər irəliləyəcək. Sarı bayraqlı, boz atlı, boz geyimli atlıların gəldiyini görərsiniz.” Bax, PKK-nın, kommunistlərin bayrağı da sarının üzərində qırmızı. Və həqiqətən geyimləri də bozdur. “Böyük bir dəhşət olar” deyir, Peyğəmbərimiz (s.ə.v). Və bu dəhşət üçün də deyir ki; “Qızıl ölüm olacaq.” Yəni, kommunistlərin hücumu nəticəsində müsəlmanlar şəhid olacaq, deyir. Kommunistlərə dünyaca deyilən ad qızıllardır. Qızıl kommunistlər, qızıllar, Qızıl Çin, Qızıl Ordu. “Sarı bayraqlı”, bayraqları sarıdır. “Boz atlı, boz geyimli atlılar” deyir. Üst-başları, paltarları boz rəngdir, həqiqətən. “Böyük bir dəhşət olacaq, qızıl ölüm olacaq” deyir, Peyğəmbərimiz (s.ə.v). “Qızıl ölüm” yəni, kommunistlərin həyata keçirdiyi qətliama diqqət çəkir.
“Sonra Haresta deyilən bir Şam kəndinin batdığını görərsiniz.” Onu göstərdik onsuz da, Şamda, Haresta yerlə bir edildi. “Sonra ciyər yeyənin oğlu” Ciyər yeyən kimdir? Hafiz Əsəd. Onun oğlu kimdir bəs? Bəşər Əsəd. Bax, “oğlu” deyir, “ciyər yeyənin oğlu”. Çünki Hafiz Əsəd qadınların ciyərlərini parçalatdırırdı. İnsanları bomba ilə, silah ilə, darmadağın edirdi. “Ciyər yeyənin oğlu” Bəşər Əsəd, “Şam minbərində oturmaq üçün Yabis vadisindən gəlir.” Orada, özünü müsəlman kimi göstərir. Həqiqətən, gedir namaz qılır, məsciddən çıxmır, müsəlmanlara vəz verir. “Bundan sonra Məhəmməd Mehdinin çıxışını gözləyin” deyir, Peyğəmbərimiz (s.ə.v). Baxın, görürsünüzmü? Təfərrüatlara baxın.
Deyir ki, Peyğəmbərimiz (s.ə.v); “İki ordu Şamda ixtilafa düşəcəklər” deyir. İndi, El Nusra ilə PYD döyüşür. “Allahdan bir işarə xaricində bu, sona çatmayacaqdır.” Həmişə döyüşəcəklər, deyir. Bax, “iki ordu”, təfərrüat verir. PYD ilə El Nusra arasında. Əgər, bu təfərrüatları insanlar önəmli görmürlərsə, o zaman fəlakət üzərindən əksik olmaz, Allah əsirgəsin.
HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ BAĞLI HƏDİS ŞƏRHLƏRİ
“Mehdi Allahın əzəməti qarşısında çox huşu edəndir” deyir, Peyğəmbərimiz (s.ə.v), huşu. “Qanadlarını açıb, başını aşağı salaraq, göy üzünün zirvəsindən yerə doğru enən bir qartal kimi” deyir hz. Mehdi (ə.s) üçün. “Qanadlarını açıb, başını aşağı salaraq, göy üzünün zirvəsindən yerə doğru enən bir qartal kimidir Mehdi, Allahın Cəlalı qarşısında belə huzu (təvazökar) və huşu edəndir. Allah və ucalığı onun (Hz. Mehdi (ə.s)-ın) vücudunda təcəlli etmişdir və (Hz. Mehdi (ə.s))” Baxın, çox önəmli bir şey söyləyir; “və (Hz. Mehdi (ə.s)) Allahın varlığında yox olmuşdur.” (El-Mehdiyy-il Mevud, c. 1, s. 280 və 300) Təsəvvüfün önəmli bir sirrini, mehdiyyətin çox zəruri bir sirrini, hz. Mehdi (ə.s)-ın maddə olmaqdan çıxacağını zaman-zaman, Allahın varlığında əriyəcəyini və yox olacağını açıq şəkildə hədisdə bildirir. “Allahın varlığında yox olmuşdur” deyir Peyğəmbərimiz (s.ə.v).
“(Mehdi) Ölüm nazil olanda qorxmaz, ölüm ona çatanda sarsılmaz.” Bu da görüləcək; “ölüm ona çatanda sarsılmaz”, tələbələrinin inşaAllah irəlidə görəcəyi bir şeydir. “Savaş meydanından əsla geriyə çəkilməz.” Qalib gələnə qədər davam edər. “Təcrübəlidir.” Bədiüzzaman da deyir, vəsflərində hz. Mehdi (ə.s)-ın təcrübəli olduğunu söyləyir. “Tarihçe-i Hayatda.” “Qalibdir.”, mütləq qalib gəlir. “Müzəffərdir, arslandır” deyir, Peyğəmbərimiz (s.ə.v). “Aslandır, sağlamdır, qövmünün dirəyidir, cəsurdur, Allahın elm qılıncıdır, liderdir, hərkəsi ətrafında toplayar, ucalıq və şərəfin qaynağı olan evdə böyümüşdür.” Peyğəmbərimiz (s.ə.v) evini də tərifləyir, başqa bir yerdə də qaldığı ev, bilinən bir ev. Məşhur bir ev. Peyğəmbərimiz (s.ə.v)-in diqqət çəkdiyi bir ev. Quranda da ona işarə var onsuz. “Onun (Mehdinin) ucalığı ən ali ucalıqdan qaynaqlanır.” Yəni, Allahdan. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 251)
“Mehdi imdada gələn və fəryadrəsdir (fəryad edənin yardımına qaçan, yardım edəndir). Allah, onu (Mehdini) dünyadakı insanların imdadına çatması üçün göndərəcəkdir.” (El-Mehdiyy-il Mevud) İmdad deyə çağırar insanlar, hz. Mehdi (ə.s) da yetişər.
Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) dövründə, “Göydəki əlamətlərin açıqca ortaya çıxdığını, amma kimsənin bunlardan qorxmadığını görərsən” (Əl- Kafi, 147) deyir. “Göydəki əlamətlərin açıqca ortaya çıxdığını.” Açıq-aşkar. “Amma kimsənin bunlardan qorxmadığını görərsən.” Məsələn, meteroit yağışı oldu, meteroit düşdü, gördünüz. “Səmavi möcüzə” deyir. Qardaşım, orada insanlar ölür, binalar yıxılır, bütün pəncərə aşağı düşür. “Səmavi möcüzə gördük. Nə qədər maraqlı idi”, deyir. Amma, orada Allahın məqsədi insanların Allahdan qorxmasını təmin etməkdir, Allaha dönmələrini təmin etməkdir.
Əyyub ibn Nuh belə rəvayət etmişdir:
“Biz, Əhli-Beytdən (Mehdi daxil) heç bir imam yoxdur ki, onun haqqında yazışmalar olmasın, insanlar onu barmaqları ilə göstərməsin, ona suallar verilməsin və sui-qəsd hazırlanmasın.” (İman ve Küfür Kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, Cild 1, S. 50)
Bəli, bunların hamısı ilə hz. Mehdi (ə.s) qarşılaşacaq. Sui-qəsd də hazırlanacaq, insanlar onu barmağı ilə də göstərəcək. Bunların hamısını görəcəyik, inşaAllah.