Hörmətli Adnan Oktarın yeni şərhləri (22 Oktyabr 2013; 12:30)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (22 Oktyabr 2013; 12:30)

1809

HÖRMƏTLİ ADNAN OKTARIN NAZİAT SURƏSİ VƏ YUNİS SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Naziat surəsi, 18-ci ayə

(Firona) De: “Günahlardan xilas olmaq istəyirsənmi?

İlk söylədiyi bu. Maddi və mənəvi cəhətdən təmizlənməlidir. Pis adam. Həm maddi, həm mənəvi. "Səni Rəbbinə yönəldim” deyirlər musəvilər, “Biz sadəcə bəlli bir qövmə təbliğ edirik, sadəcə İsrailoğullarına.” Elə bir şey yoxdur. 

 

Naziat surəsi, 19-cu ayə

 “Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”."

"Səni Rəbbinə yönəldim,” Kopt qövmündən bu adam. Bəni İsrail deyil. Amma onu İslama, müsəlmançılığa çağırır hz. Musa (ə.s). Musəvilikdə təbliğ hər kəsə istiqamətlidir. Hər kəsə edilə bilər. Əlbəttə, hazırda İslam, müsəlmançılıq haqq din olduğu üçün müsəlmanlıq dövrədədir. O dövrdə musəvilik haqq din. Amma həqiqi İslam dinidir musəvilik. Dəyişikliyə uğramışdır o ayrı, amma bir musəvi Məhəmmədi olsa, həqiqi musəvi olmuş olur. Onsuz da müsəlmanlar Tövratın haqq hissələrinə tabe olmaqla mükəlləfdir. Haqq olan hissəsini Tövratın, bir müsəlman rədd etməz. İncilin də haqq olan hissələrinə uyar. Beləcə (Ondan) qorxmuş olarsan." İlk istənilən şey Allah qorxusu. “Rəbbinə yönəldim” deyir əvvəlcə; “Allaha yaxınlaşdırım, Allaha sevgini artırım, amma, Allahdan qorxmanı hədəfləyirəm” deyir. 

 

Naziat surəsi, 20-ci ayə

 Musa ən böyük möcüzəni Firona göstərdi.

Demək ki, ilk əvvəl yola gətirilməlidir insanlar. Dinin haqq olduğuna. Biz nə edirik? Quran möcüzələrini danışırıq, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda çıxan möcüzələrini, mehdiyyət ilə bağlı möcüzələrini danışırıq. Çünki necə var elə də çıxmış. Bu valehedici bir şey. Hazırda bu, əlbəttə, insanlar tərəfindən Peyğəmbərimiz (s.ə.v)-in möcüzəsi gizlədilir. Böyük alim dediyimiz şəxslər tərəfindən də saxlanır. Bu Axırzamanın şiddətini göstərir. Məsələn, quyruqlu ulduzun çıxışından tutmuş, Ramazan ayında Ay və Günəş tutulmaları kimi bir çox mühüm hadisə, ümmətdən gizlənir indi. Demirlər, heç bir şəkildə. Boş dedi-qodular, hər şeyi izah edir. Yəni, "Belə deyirlər ki, bu yalandır" da demir, heç demir. "Heç danışmayın" deyir. Çünki o möcüzələr eşidilərsə, mehdiyyətin də həqiqət olduğu başa düşüləcək. Hamısı bir-birləri ilə əlaqəlidir. Onun üçün "qətiyyən söyləməyin" deyirlər. 

 

Naziat surəsi, 21-ci ayə

O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi. 

Hal-hazırda da bir çox insan yalanlayır və üsyan edir.

 

Naziat surəsi, 22-ci ayə

Sonra da üz döndərib fəsad törətməyə girişdi. 

Yəni bu dəfə də müsəlmanların əleyhinə fəaliyyətə başlayır. Arxasını çevirir, yəni müsəlmanlarla görüşmür artıq. Görüşməmək qərarı alır. Tərsləşir, yəni, əks hərəkətlər edir və yaxud onlara pislik etmək, onları tutmaq, əzmək istəyir.

 

Naziat surəsi, 23-cü ayə

Nəhayət (köməkçi güclərini) yığdı, səsləndi;

İndi bunlar həmişə qrup olaraq fəaliyyət göstərirlər, belə tiplər. Dərhal köməkçiləri var bunların. O, ona yardımçı olur. O da ona yardımçı olur.

 

Naziat surəsi, 24-cü ayə

Dedi: “Sizin ən uca Rəbbiniz mənəm!”

Rəsmi ideologiya var, rəsmi düşüncə var. Dövlət öz inancını irəli sürür. “Mənim inancımdan başqa inanc yoxdur” deyir.

 

Naziat surəsi, 25-ci ayə

Belə olduqda, Allah da onu dünya və axirət əzabı ilə yaxaladı.  

İki dənə əzab verir Allah. Dünyada boğularaq ölmək, axirətdə də sonsuz cəhənnəm əzabı. 

 

Naziat surəsi, 26-cı ayə

Həqiqətən, bundan “içi titrəyərək qorxan” kəs üçün əlbəttə bir ibrət (dərs) vardır.

“Allahdan qorxan, bu izah edilənlərdən ibrət alar, hikmət görər, dərinlik görər, məna çıxarar və istifadə edər, mənəvi olaraq yüksələr” deyir Allah. 

 

Naziat surəsi, 27-ci ayə

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu.

Məsələn, Bədiüzzamanın üslubunda bəzən görürük ki, Şeyx Nazim hocamızda da. Bir açıqlamasında Allahı söylərkən, "göyə qarşı gəlmə" deyir. Göy, Allahın biliyinin axdığı bir yer olaraq bilinən bir həqiqət olduğu üçün o şəkildə deyir.

 

Naziat surəsi, 28-ci ayə

Onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, 

"Əvvəl atmosferi meydana gətirdi" deyir. Sonra "Onun qübbəsini ucaltdı" deyir. Çünki "Əvvəl tüstü halında idi" deyir, ayədə; Yer üzü duman halında idi. "Sonra o duman, göyə yüksəldi" deyir. Yəni, "Qurunun üstündən qalxdı o buludlar; Göyə qalxdı" deyir. Eynilə, elmin dediyi kimi. Eynilə elmin dediyi ilə. "Ona müəyyən bir nizam verdi". Yəni, necə axacaq? Neçə qat olacaq? Yeddi qatın aralarının quruluşu necə olacaq? Bir-birilərinə əlaqələri necə olacaq? "Bir nizam verdi" deyir Allah. Bunun da eynisini etdi Allah. Elmlə tam olaraq uyğundur.

 

Naziat surəsi, 29-cu ayə

Gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

Gecənin xüsusi olaraq yaradıldığını göstərir Allah. Gecə, məcburən meydana gələn bir şey deyil. "Xüsusi yaradıram" deyir Allah. "Əzabımızı aşkara çıxardı". "Əzabınızı da xüsusi yaradıram" deyir Allah. Əvvəl yüngül işıq meydana gətirir, sonra çox güclü işıq meydana gətirir. Günəşin işığına baxsanız fövqəladəliyi görərsiniz.

 

Naziat surəsi, 30-cu ayə

Sonra yeri sərib döşədi.

Bax, həmin elmin açıqladığı kimi. Əvvəl quruların üstü. Əvvəl hər yer dumanla örtülü idi. Hər yer su örtülü. Tövratda da keçir, "Ənginin hər tərəfini su əhatə etmişdi" deyir. "Sonra qurular göründü" deyir. Atmosferin yarandığını, təbəqələrin əmələ gəldiyini deyir Quran. Qurular ortaya çıxandan sonra, "Yer üzünü sərib döşədi" deyir. Bitkilər, ağaclar, dağlar.

 

Naziat surəsi, 31-ci ayə

Onda su və otlaq yaratdı. 

Sonra yağışlar yağır. "Əvvəl suyunu" deyir, sonra "otlaq sahəsini" deyir; Sonra "bitkiləri yaratdım" deyir Allah. Tam elmin izah etdiyi ilə uyğundur. Elmdən əvvəl amma, Quran.

 

Naziat surəsi, 32-ci ayə

Dağları da yerə bərkitdi. 

"O yer hərəkətləri ilə dağları yaratmışam" deyir Allah. "Dağları bərkidib oturtdum, sabit hala gətirdim" deyir. Tam elmin izah etdiyi kimi, sıralamanı görürsünüz? Tam elmin dediyi sıralama ilə eynidir.

 

Naziat surəsi, 33-cü ayə

Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.

Ardından da heyvanlardan bəhs edir və “O bitkiləri onun üçün yaratdım” deyir. Heyvanların onlardan istifadə etməsi üçün. Sonra heyvanların yaradılışına keçir Allah. 

 

Naziat surəsi, 34-cü

Ən böyük fəlakətin gəldiyi zaman-

Allah yaradılışdan dərhal sonra qiyamətdən bəhs edir. “Əvvəl yaradıram” deyir. Sonra “Qiyamətdə hamısını paramparça edib, dağıdacağam” deyir. “Hər şeyi batırıb-basdıran” deyir. Bitkiləri də batırıb basdırır, qurulara batırıb basdırır, dənizləri, hər şeyi batırıb basdırır. 

 

Naziat surəsi, 35-ci ayə

o gün insan törətdiklərini xatırlayacaqdır.

“Boş yerə iş gördüm” deyir, “Boş yerə Allahdan uzaq oldum, boş yerə Qurana üz çevirdim” deyir. Haşa. 

 

 

Yunis surəsi, 90-cı ayə

Biz İsrail oğullarını dənizdən keçirdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!”

(Firon): “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!” dedi. Yəni, “Peyğəmbərlərin, hz. Musa (ə.s)-ın təsvir etdiyi Allahı qəbul edirəm” deyir. Və “Dini qəbul edirəm” deyir. 

 

Yunis surəsi, 91-ci ayə

Firona deyildi: “İndi mi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.

“İndi mi? Sən ki əvvəllər asilik etmişdin” 

Dəfələrlə; üç dəfə, beş dəfə, on dəfə deyil. “və fəsad törədənlərdən idin” deyir Allah. "Böyük fitnə-fəsad çıxardın" deyir.

 

Yunis surəsi, 92-ci ayə

Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.

“Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan” deyir Allah. Onun cəsədi də bir ayə olur. Allahdan bir dəlil. Mumiyalanmış olaraq qaldı. Bir ayə olaraq qiyamətə qədər də qalacaq. Amma bax, Allah ona “ayə” deyir. Hər dəlil, hər elmi dəlil, hər Allahı isbat edən, hər Quranı açıqlayan dəlil bir ayə olur. “Bir ayə” deyir. “Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.” Niyə? Çünki Allaha boyun əyirlər. Allahın əmri elə olur. “Siz iman etməyəcəksiniz” deyir. Edə bilmirlər. “Siz iman edəcəksiniz” deyir. Edirlər. Mehdi (ə.s)-a, “İman edəcəksən” deyir. “Müsəlmanların başına keçib, lider olacaqsan” deyir. Hz. İsa (ə.s)-a deyir: “Sən Mehdi (ə.s)-a yardımçı olacaqsan” deyir. Və “Xristian aləminin başına keçəcəksən” deyir. Əksi ola bilməz. “Amma sizlərə dəccalları müsəllət edəcəyəm” deyir Allah. Dəccallar, “Mən istəmirəm, dəccallıq etmirəm” deyə bilmir. Mütləq edir. Məsələn, sən, sən, sən, sən; Allah sayır hamısını, “Siz də münafiq olacaqsınız” deyir. “Mehdi (ə.s)-a qarşı müqavimət göstərəcəksiniz” deyir. “Xeyr, etmirəm” yoxdur. Onlar mütləq Mehdi (ə.s)-a qarşı müqavimət göstərir; münafiqlər. Hz. İsa (ə.s)-ın tələbələrindən də münafiqlər çıxacaq; adları müəyyəndir. Tək-tək “Hamınız münafiq olacaqsınız” deyir Allah. Hamısı münafiq olur. “Və sizi cəhənnəmə qoyacağam” deyir. Cəhənnəmə qoyur. Bu nədir deyəcəksiniz? Ledun elmi. Batin elmi. Daha dərinə enərsək, tamam başqa bir aləmlə qarşılaşarıq. Daha dərinə də enmirik təbii ki. Amma, kifayət qədər bəzən biz işarəli mənada danışdığımız üçün anlayanlar çox aydın başa düşdülər. Çox açıq izah etdim. "Başa düşmürəm", yox. "Fərq etmədim" də yoxdur. İnşaAllah. Çünki hər bir dava adamının münafiqi, başının içində yaradılır. Xaricdəki bədənini sən bilə bilməzsən. Sən, sənə göstərəni bilməklə mükəlləfsən. Məsələn, uşaq ölürsə, sənin beynindəki uşaq ölür. Xaricdəki uşağı bilə bilməzsən. Bu Allahın elmidir. Ledun elmidir. Elmi-batindir yəni.

 

Yunis surəsi, 100-cü ayə

Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.

Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Bu ledun elmidir. Allahın ledun elmi. “Mən əmr edərəm iman edərsiniz, mən əmr edərəm iman etməzsiniz” deyir. Amma “İman edəni cənnətə qoyacağam, iman etməyəni də cəhənnəmə qoyacağam” deyir. Bu ledun elmidir. 

 

Yunis surəsi, 101-ci ayə

De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən insanlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir.

“De: “Görün göylərdə və yerdə nələr var.” Baxın.” Mikroskop ilə, teleskop ilə, hər şeylə baxacaqsan. “Yeri və göyü, bütün təfərrüatları araşdırın” deyir Allah. “Iman gətirməyən insanlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir.” “Araşdırdığınızda ayələr görəcəksiniz” deyir Allah. Məsələn, molekulun quruluşunda, atomların quruluşunda, göy üzündə, hər yerdə ayələrimi görəcəksiniz. Amma açıq-aşkar ayələr. Açıq-aşkar görünür. Paleontoloji dəlillər ortada, hüceyrənin quruluşu ortada, sinirlərin quruluşu, vakuolların quruluşu, hər şey. Hər yerdə insan heyrətlər içində qalır, nəfəsi kəsilir. Allah onun üçün deyir ki, “Açıq-aşkar ayələr, dəlillər.” “Dəqiq görürsünüz” deyir. "Və xəbərdar etmələr" Məsələn, biz gecəli-gündüzlü televizordan danışırıq. "Bir şey təmin etməz". Amma kimə? İman gətirməyən bir tayfaya. "Mən" deyir, "İman etməyəcəksiniz - deyə əmr vermişəmsə, danışsanız da heç bir təsiri olmaz" deyir Allah. Mütləq ki, Allahın ruhunu daşıyan, açıq şüurlu, hidayət əhli varlıq olmalıdır. Yoxsa sən istədiyin qədər danış olmaz.

PAYLAŞIN
logo
logo
logo
logo
logo