HÖRMƏTLİ ADNAN OKTARIN İNCİLDƏN İZAHLARI
Baxın, İsa (ə.s) Matta 16-da nə deyir:
“Səmanın görünüşünü şərh edə bilirsiniz” -deyir. Yəni məsələn, “Axşam, “Səma qırmızı olduğuna görə hava yaxşı olacaq” deyərsiniz” deyir. “Sübh çağı isə deyirsiniz: “Hərçənd göy qızarıb, lakin tutqun olduğundan bu gün hava yaxşı olmayacaq”. “Göy üzünün görünüşünü yozmağı bacarırsınız, amma dövrlərin əlamətlərini yoza bilmirsiniz?!” -deyir. “Axırzaman əlamətlərini anlaya bilmirsiniz?” -deyir. Peyğəmbər (s.ə.v) bu qədər əlamət saymış, bütün əlamətlər ortadadır. Onu “Şərh edə bilmirsinizmi?” -deyir. İşlərinə gəlmədiyi üçün anlamaq istəmirlər.
“Bu sözlərdən sonra İsa, özünün Məsih olduğunu kimsəyə söyləməmələri üçün şagirdlərini xəbərdar etdi”. (Matta, 20) Demək ki, ikinci dəfə yenə gəldikdə nə deyəcək? “Aman orada-burada mənim Məsih olduğumu söyləməyin. Belə bir şeydə etməyin, başımız bəlaya girər” -deyəcək.
QURANDA MÜSƏLMANLARIN BİRLİK OLMASI LAZIM OLDUĞU İLƏ ƏLAQƏDAR AYƏLƏR
Ənbiya surəsi, 92-93-cü ayələr
“Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar”.
“Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar”. Yəni ixtilafa düşdülər. “Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar”. Allah: “Və intiqam alacağam” -deyir. Allah, bölünmək fitnədir, bəladır deyir. Adam da: “Yox rəhmətdir” -deyir.
Ali-İmran surəsi, 103-cü ayə
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” Hanı burada ixtilaf? Allah bir-birinizəmi düşmən kəsilin deyir? Əksinə, “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın”. Yəni dağılıb ayrılmayın, ixtilafa düşməyin.
Ənfal surəsi, 39-cu ayə
“Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür”.
Allah müsəlmanlara: “Fitnə qalmayıncaya və dinin hamısı Allahın olana qədər onlarla mübarizə aparın” -deyir. Fitnə nə deməkdir? İslama zidd heç bir şey qalmayıncaya qədər və “... din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!” Yəni “İslam bütün dünyada hakim olunana qədər mübarizə aparın”. Adamlar nə edir? “İxtilaf rəhmətdir” -deyir. Allah dinin bütün dünyaya hakim olmasını istəyir, adamlar isə burada ixtilafdan bəhs edir.
Ənfal surəsi, 46-cı ayə
“Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir”.
Hal-hazırda belədir. Müsəlmanlar ruhdan düşüb, zəifləyib. “Səbr edin, çünki Allah səbr edənlərlədir”.
Şura surəsi, 39-cu ayə
“Və haqqlarına təcavüz edildiyi zaman, birlik olub qarşı çıxanlardır”.
Allah “Bütün islam aləmi birləşsin” -deyir. Bir yerdə, məsələn Suriyada bəzilərinə zərər gəldikdə bütün islam aləmi birləşib, birlik olub qarşı çıxsınlar deyir. Şura surəsi 39-cu ayədə. İxtilaf etsinlər demir.
Saff surəsi, 4-cü ayə
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
Deməli müsəlmanlar necə olmalıdır? İxtilaf bir tərəfə, divar kimi, bina kimi birləşməlidirlər. Bina kimi iç-içə olmalıdırlar. Məsələn necə ki körpü daşların bir-birinə birləşməsindən ibarətdir arasından bir dənə daşı belə çəkmək mümkün deyil. Allah: “Bir-birinizdən heç ayrılmadan, tək bir daş belə çıxmadan, birləşərək mübarizə edin. Ayrılmayın. İxtilaf etməyin” -deyir.