Dünyaya gəldikləri gündən etibarən insanlara cəmiyyət tərəfindən verilən bəzi təlqinlər var. Bu təlqinlərdən biri və bəlkə də ən əhəmiyyətlisi, ancaq gözlə görülə bilən şeylərin mövcud olduqları, gözlə görülməyən şeylərin isə mövcud olmadığı şəklindəki yanlış anlayışdır. Bu anlayış cəmiyyətin mühüm hissəsi tərəfindən qəbul edilmiş və nəsildən-nəslə heç sorğulanmadan, bu şəkildə ötürülmüşdür.
Halbuki insan bir an olsun aldığı təlqindən xilas olub tərəfsiz düşünməyə başladığı zaman çox fərqli, çox təsiredici həqiqətlə qarşılaşar. Bu həqiqət budur:
Doğulduğumuz andan etibarən ətrafımızda gördüyümüz hər şey: Dünya, insanlar, heyvanlar, çiçəklər, bu çiçəklərə məxsus rənglər, qoxular, meyvələr, meyvələrdən bizə çatan dadlar, planetlər, ulduzlar, dağlar, daşlar, evlər, kosmos, bir sözlə, hər şeyi bizə beş duyğu orqanımız tanıdar. Bu mövzunun daha da aydınlaşması üçün əvvəlcə xarici aləm haqqında bizə məlumat verən duyğularımızdan bəhs edə bilərik.
Görmə, eşitmə, iyləmə, dadbilmə, toxunma hisslərimizin hamısı bir-birinə bənzər şəkildə fəaliyyət göstərir. Xarici aləmdəki əşyalardan gələn təsirlər (səs, qoxu, dad, görünüş, sərtlik və s.), sinir hüceyrələrimiz vasitəsilə beyindəki hissiyyat mərkəzlərinə göndərilərlər. Beynə gəlib çatan bütün bu təsirlər elektrik siqnallarından ibarətdir. Məsələn, görmə əməliyyatı əsnasında çöldəki bir mənbədən gələn işıq seli (fotonlar) gözün arxa tərəfindəki torlu qişaya çatar və burada bir sıra əməliyyat nəticəsində elektrik siqnallarına çevrilərlər. Bu siqnallar, sinirlər vasitəsilə beyinin görmə mərkəzinə ötürülər. Həmçinin biz də, bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, pırıl-pırıl, eni, uzunluğu, dərinliyi olan bir dünya qəbul edərik.
Eyni sistem digər duyğu orqanlarımıza da aiddir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burnun epitel toxumasındakı hüceyrələr tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi reseptorlar tərəfindən və səslər qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki əlaqədar mərkəzlərə göndərilər və həmin mərkəzlərdə qəbul edilərlər.
Mövzunu daha da dəqiqləşdirmək üçün belə nümunə verə bilərik: Hal-hazırda bir limonad içdiyimizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və soyuqluğu dəri altındakı xüsusi reseptorlar tərəfindən elektrik siqnallarına çevrilərək beyinə ötürülər. Həmçinin limonada məxsus kəskin iy, onu qurtumladığınız anda hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz sarı rəng də əlaqədar duyğu orqanı tərəfindən elektrik cərəyanı olaraq beyinə ötürlər. Dərhal sonra stola qoyarkən stəkanın şüşə ilə toqquşmasıyla çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilər. Həmçinin bütün bu hisslər beyindəki bir-birindən fərqli, lakin bir-biriylə ortaq çalışan hissiyyat mərkəzləri tərəfindən şərh olunar. Siz də bu şərhin bir nəticəsi olaraq bir stəkan limonad içdiyinizi düşünərsiniz. Yəni əslində hər şey beyindəki hissiyyat mərkəzlərində baş verir, yəni sizin içinizdə gerçəkləşir.
Bura qədər izah edilənlər bu gün elm tərəfindən qəti olaraq isbat edilmiş, AÇIQ-AYDIN həqiqətlərdir. Hansı elm adamından soruşsanız bu sistemlərin fəaliyyətini sizə incəliklərinə qədər söyləyəcək. İngilis fiziki Con Qribin (John Gribbin) beynin etdiyi şərhlərlə əlaqədar belə söyləyir:
...Duyğularımız isə, xarici aləmdən gələn xəbərdarlıqların beynimizdəki şərhi səciyyəsindədir, sanki bağçada bir ağac varmış kimi... Lakin beynim: Duyğularımın süzgəcindən keçən xəbərdarlıqları qəbul edər. Ağac yalnız xəbərdarlıqdır. Onda hansı həqiqətdir? Duyğularımın ortaya çıxardığı ağac, yoxsa bağçadakı ağac? (16)
Gördüyümüz, hiss etdiyimiz hər şey Uca Allahın ruhumuza göstərdiyi və hiss etdirdiyi hisslərin şərh olunmasıdır. Şübhəsiz ki, bu, üzərində ətraflı şəkildə düşünülməsi lazım olan çox mühüm həqiqətdir. Burada qısa şəkildə yekunlaşdırılan şey, həyatınızda dərk edə biləcəyiniz ən böyük həqiqətlərdən biridir; o zaman siz əsla bu açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyin. Həmçinin bu mövzunu daha dərin düşünməyə başlayın.
Bir çox insan üçün həqiqət, əllə tutulan, gözlə görülən şeylərdir. Halbuki yuxuda da "əlinizlə tutar, gözünüzlə görərsiniz", lakin həqiqətdə nə əliniz, nə gözünüz, nə də görülüb tutulacaq bir şey olar. Beyindən kənarda bütün bunları təmin edən heç bir maddi həqiqət yoxdur. Lakin yuxunuzda qəbul etdiklərinizi də maddi həqiqətlər sanıb yanıla bilərsiniz. Məsələn, yatağında dərin yuxuya gedən bir insan, yuxusunda özünü tam fərqli dünyada görə bilər. Bir pilot olduğunu, nəhəng bir sərnişin təyyarəsi idarə etdiyini görə bilər, hətta təyyarəsini idarə etmək üçün böyük diqqət sərf edə bilər. Lakin əslində yatağından bir addım belə ayrılmamışdır. Yuxusunda fərqli məkanlara gedib dostlarıyla görüşə bilər, söhbət edə bilər, yeyib-içə bilər. Bütün bunlar maddi qarşılığı olmayan bir hiss olduğu halda, çox gerçək şəkildə yaşanar. İnsan, gördüklərinin hiss olduğunu, ancaq yuxudan oyandıqda anlayar.
Yuxu əsnasında gerçək olmayan bir dünyada rahatlıqla yaşaya biliriksə, eyni vəziyyət yaşadığımız dünyaya da aiddir.
Yuxudan oyandıqdan sonra gerçək həyat dediyimiz daha uzunmüddətli bir yuxu görməyə başladığımızı düşünməyimizə mane olan heç bir məntiqli səbəb yoxdur. Yuxunu xəyal, dünyanı gerçək hesab etməyimizin səbəbi, yalnız vərdişlərimiz və ön mühakimələrimizdir. Həmçinin bu vəziyyət, hazırda yaşadığımızı sandığımız dünya həyatından, bir gün eynilə yuxudan oyandığımız kimi oyanmağımızın heç də uzaq olmadığını göstərir. Yuxu ilə əlaqədar qarşımıza çıxan bu heyrətamiz həqiqət barəsində tanınmış mütəfəkkir Dekart (Descartes) belə demişdir:
Yuxularımda onu-bunu etdiyimi, ora-bura getdiyimi görürəm; oyananda isə heç nə etməmiş, heç bir yerə getməmiş olduğumu, sakitcə yataqda yatdığımı anlayıram. Kim mənə, hazırda yuxu görmədiyim, hətta bütün həyatımın yuxu olmadığı barədə zəmanət verə bilər? (17)
İnsan yuxusunda da əliylə tutur, gözüylə görür, hətta hər şeyi sanki gerçəkmiş kimi yaşayır. Kədərlənir, qorxur, sevinir, ağrı hiss edir, zövq alır... Amma sonra birdən oyanır və hamısının bir yuxudan ibarət olduğunu anlayır. Dünyadakı həyat da belədir. İnsan bir gün bu dünyadan da eynilə yuxudan oyanan kimi oyanacaq və gerçək həyatıyla qarşılaşacaq.
Əslini əsla görə bilməyəcəyimiz "xarici dünya" (buna öz bədənimiz də daxil olmaqla) Uca Allahın ruhumuza göstərdiyi hisslərdir, beynimizdə izlədiyimiz hisslərdən yaranan təsvirlərdən ibarətdir. Əslinə əsla çata bilməyəcəyimiz şəkildə yaradılan kainat, insanın içindədir və insanı ətraflı əhatə edən maddə deyil, Allahdır. Allah bu həqiqəti "...Biz ona şah damarından yaxınıq" ayəsiylə Quranda bildirmişdir, (Qaf surəsi, 16). Allah tək mütləq varlıqdır. Ağıllı bir insanın öhdəsinə düşən isə, bütün kainatın bu ən böyük həqiqətini vaxt olduğu halda, burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü xəyallar ardınca qaçmağa sərf edib sonda böyük məhvə uğrayacaq. Allah, dünyada xəyallar (yaxud “ilğımlar”) ardınca qaçıb Yaradıcımız olan Allahı unudan (Allahı tənzih edirik) bu kimi insanların son vəziyyətlərini belə bildirir:
İnkarçıların əməlləri dümdüz ərazidəki ilğıma bənzəyər, belə ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə heç nə tapa bilməz və öz yanında Allahı tapar. O da onun hesabını tam verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Maddənin və məkanın beynimizdəki hiss olduğunu anlayan insan, digər insanların bilmədiyi çox mühüm bir sirri də başa düşər: Dünyada qüvvədə olan səbəb-nəticə əlaqələri, maddənin fiziki xüsusiyyətləri nəticəsində və ya insanlar arasındakı əlaqələr nəticəsində meydan gəlmir. Hər fiziki təsir, ayrı-ayrı yaradılır. Məsələn, atılan bir daş şüşəni sındırmaz, belə ki, daşın atılması və şüşənin sınması təsvirləri ayrı-ayrı yaradılar. Gəmiləri suda üzdürən "suyun qaldırma qüvvəsi" və ya quşları havada tutan "havanın qaldırma qüvvəsi" də əslində bizim beynimizdə təmasda olduğumuz surət varlıqlara aid anlayışlardır. Dolayısilə, əslində bu kimi "qüvvələr"in hamısı, əslində Allaha aiddir. Bu həqiqət, bir Quran ayəsində belə bildirilir:
Məgər Allahın yerdəkiləri və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyün də Öz icazəsi olmadan yerə düşməsinə mane olar. Həqiqətən, Allah insanlara qarşı Şəfqətlidir, çox Mərhəmətlidir. (Həcc surəsi, 65)
Bütün bu elmi həqiqətlərə görə "bədənimin bu dünyada yaşayan əsli ilə təmasdayam, mən də bədənimdən çölə baxıram" şəklindəki fərziyyə yanlışdır. Belə şey elmi cəhətdən qeyri-mümkündür. Bizə bunu düşündürən tək səbəb, maddənin varlığına olan ön mühakiməmimizdir. Bu ön mühakimədən xilas olduqda isə, dünyanın əslində çox daha fərqli yer olduğunu qavrayarıq. Xarici aləmdə maddə var, lakin biz maddənin əslinə çata bilmərik. Gördüyümüz və hiss etdiyimiz hər şey, Allahın bizim ruhumuza göstərdiyi və hiss etdirdiyi hisslərin qavranılmasıdır. Tək mütləq varlıq isə, hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır. Bu həqiqət bir ayədə belə bildirilmişdir:
Şərq də, qərb də Allahındır! Hara dönsəniz, Allahın Üzü (qibləsi) orada olar. Həqiqətən, Allah Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)
Siz də bu həqiqətləri düşünün və hisslərimizin Allahın müəyyənləşdirdiyi səbəb-nəticə əlaqələrindən ibarət olduğunu anlamazlıqdan gəlməyin.
Bütün varlıqları yaradan və yaratdığı varlıqların əslini bilən Allahdır. Bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, bir sözlə, gördüyümüz hər şey, Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq, yaradılmışdır və vardır. Lakin insanlar bu varlıqların əsillərini duyğu orqanları yoluyla görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir.
Bu elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün təhsil müəssisələrində tədris olunan elmi mövzudur. Məsələn, indi bu kitabı oxuyan bir insan, bu kitabın əslini görə bilməz, əslinə toxuna bilməz. Bu kitabın əslindən gələn işıq, insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilər. Bu elektrik siqnalı, beynin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edər və insanın beyninin arxasında kitabın görünüşü yaranar. Yəni siz indi gözünüzlə, gözünüzün önündəki bu sətirləri oxumursunuz. Bu kitabın səhifələri sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz kitab, beyninizin arxasındakı "surət kitab"dır. Bu kitabın əslini isə Allah görür.
Lakin unudulmamalıdır ki, maddənin beynimizdə yaranan xəyal olması onun "olmaması" demək deyil. Bizə, insanın təmasda olduğu maddənin mahiyyəti barəsində məlumat verər, belə ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətidir. Üstəlik, xarici aləmdə maddənin varlığını, bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:
Onun sağında və solunda oturan iki yazıçı əməllərini yazarkən. O, nə söyləsə, mütləq yanında hazır dayanan bir nəzarətçi olar. (Qaf surəsi, 17-18)
Hər şeydən əhəmiyyətlisi, əvvəla Allah hər şeyi görür. Bu dünyanı hər cür təfərrüatı ilə Allah yaratmışdır və Allah hər halıyla görür. Quran ayələrində belə xəbər verilir:
...Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, Görəndir”. (İsra surəsi, 96)
Həmçinin unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda saxlayır. Biz görməsək də, bunların hamısı Lövhi-Məhfuzda mövcuddur. Hər şeyin, Allahın qatında, Lövhi-Məhfuz adlandırılan "Ana Kitab"da saxlandığı belə bildirilir:
Təəccüb doğuran başqa bir vəziyyət də, rənglər, qoxular, dadlar və səslərlə yanaşı, "genişlik" və "uzaqlıq" anlayışlarının da beyində hiss edilməsidir. Bir az əvvəl də danışdığımız kimi, məsələn içində olduğunuz otağa aid bütün hisslər elektrik siqnallarına çevrilərək beyninizə çatır. Və burada birləşdirilən hisslər beyniniz tərəfindən bir otaq görünüşü olaraq qavranılır. Yəni siz bir otağın içində oturduğunuzu düşünərkən əslində otaq sizin içinizdə, beyninizdədir. Otağın beyində olduğu, daha doğrusu hiss edildiyi yer, çox kiçik, qaranlıq, səssiz bir sahədir. Amma bir təhər bu dar sahənin içərisinə,üfüqə baxdıqda gördüyünüz ucsuz-bucaqsız mənzərə sığır. Siz içində oturduğunuz dar otağı da, çox geniş bir üfüq mənzərəsini də eyni yerdə hiss edirsiniz.
Bu da bəlkə də bu günə qədər heç düşünmədiyiniz bir gerçəkdir. Amma indi sizə xatırladıldı.
Əsla genişlik, uzaqlıq dediyiniz anlayışların, ucsuz-bucaqsız bir mənzərənin, çox dar bir otaq dediyiniz yerlərin əslində sizin içinizdə olduğuna etinasızlıq etməyin.
Hər insanın özünə aid bir dünyası vardır. Və digər insanların nə gördüyünü, hətta görüb görmədiklərini belə bilməsi isə mümkün deyil. Çünki hər varlıq kimi digər insanlar da onun öz dünyası (beyni) içində gördüyü qavrayışdan ibarətdir. Bu, həyatınızın çox böyük bir sirridir.
Şübhəsiz ki, o, Bizim qatımızda olan Ana Kitabdadır; çox Ucadır, hökm və hikmət doludur. (Zuxruf surəsi, 4)
...Qatımızda (bütün bunları) qoruyan bir Kitab (Lövhi-Məhfuz) var. (Qaf surəsi, 4)
Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-Məhfuzda) olmasın. (Nəml surəsi, 75)
Maddənin beynimizdə yaranan surətiylə təmasda olmağımızın onu "yox" hökmünə gətirməyəcəyini və maddənin əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətini əsla anlamazlıqdan gəlməyin.
Allahın Xaliq adı, "hər şeyin varlığını və varlığı boyu keçirəcəyi halları, hadisələri təyin və təsbit edən və ona görə yaradan, yoxluqdan var edən" mənasındadır. Bu da bizə, beynimizdən kənarda, Allahın yaratdığı varlıqlardan ibarət olan maddi kainat olduğunu göstərir. Lakin Allah möcüzə və yaratmasındakı üstünlüyün və sonsuz elminin təcəllisi olaraq, bu maddi kainatı bizə "xəyal", "kölgə" və ya "təsvir" kimi izlətdirir. Allahın yaratmasındakı mükəmməlliyin nəticəsi olaraq, insan beyninin xaricindəki dünyaya əsla çata bilməz.
Bu əsil maddi kainatı bilən yalnız Allahdır.
Allah Xaliq sifətiylə insanları ana bətnində yaratdığı ilk andan etibarən onlar üçün sonsuzluq da başlamışdır. Dolayısilə dünyada Allahın yaratdığı təsvirlər sonsuzluq içində axirətdə yaradılmağa davam edəcək. Lakin aradakı fərq, axirətdə yaradılacaq təsvirlərin dünyadakından olduqca keyfiyyətli olmasıdır. Dünyadakı təsvirlər də axirətdəki təsvirlərə bənzəyər, lakin axirətdəki təsvirlərdən daha aşağı keyfiyyətdədir. Rəbbimiz axirətdə təsvirlərin dəqiqləşəcəyinə bir ayədə belə diqqət çəkir:
"And olsun, sən bundan xəbərsiz idin; məhz Biz də sənin üzərindəki örtünü açıb qaldırdıq. Artıq bu gün görmə gücün kəskindir". (Qaf surəsi, 22)
"And olsun, sən bundan xəbərsiz idin; məhz Biz də sənin üzərindəki örtünü açıb qaldırdıq. Artıq bu gün görmə gücün kəskindir".
(Qaf surəsi, 22)
Ayədə bildirilən dəqiqliklə yanaşı təsvirlər axirətdə Allahın icazəsi ilə mükəmməl hala da gələcək. Rəbbimizdən iman gətirən qullarına rəhmət olaraq mükəmməl və xətasız, pozulmayan, köhnəlməyən, yox olmayan, unudulmayan, istəyimizə görə dəyişən təsvirlər yaradılacaq. Beləliklə də, dünyada gözələ və mükəmmələ olan həsrətimiz, qarşılığını axirətdə tapmış olacaq (doğrusunu Allah bilər).
Allahın dünyada yaratdığı əks (gözəl-çirkin, təmiz-çirkli, saray-daxma kimi) təsvirlər; Onun yaratma sənətinin iki fərqli yönünə və qüdrətinə şahid olmağımıza, Allahın icazəsi ilə cənnətdəki nemətlərin dəyərini daha yaxşı anlamağımıza və şükür etməyimizə vəsilə olacaq. Bütün bunlar isə, qüsurlu dünyada belə bu qədər gözəllik yaradan Rəbbimizin axirətdə iman gətirən qullarına vəd etdiyi sonsuz gözəllikləri yaratmasının nə qədər asan olduğunu anlamağımızı təmin edəcək.
Dünya ilə bağlı qəbul etdiyimiz bütün hisslər, təsvirlər, dadlar və qoxular, əslində eyni vəsaitdən, yəni elektrik siqnallarından əmələ gəlirlər. Elektrik siqnallarını bizim üçün mənalı hala gətirən, bu siqnalları qoxu, dad, təsvir, səs və ya toxunma kimi qavrayan isə beyindir. Beyin kimi islaq ətdən bir maddənin, hansı elektrik siqnalını qoxu, hansını təsvir kimi şərh edəcəyini bilməsinin, eyni vəsaitdən bir-birindən çox fərqli duyğular və hisslər yaratmasının böyük möcüzə olduğunu anlamazlıqdan gəlməyin.
Qeydlər
15) Pierre-P Grasse, Evolution of Living Organisms, New York: Academic Press 1977, s. 103
16) Taşkın Tuna, Uzayın Ötesi, s. 194
17) Macit Gökberk, Felsefe Tarihi, s. 263