Gözəl Əxlaqlı Ola Bilərsiniz. Amma Gücünüz Çatırsa, İkiqat Gözəl Əxlaqlı Olun
ucgen

Gözəl Əxlaqlı Ola Bilərsiniz. Amma Gücünüz Çatırsa, İkiqat Gözəl Əxlaqlı Olun

777

Bəzi insanlar fitrət olaraq, ya da uşaqlıqdan aldığı tərbiyəyə görə gözəl əxlaqa sahibdirlər. Bəzi insanlar da, onların əksinə, eyni səbəblər daxilində daha aqressiv və daha sərt olurlar.

Mülayim əxlaqlı şəxslərə nisbətən digərlərinin özlərini yetişdirməsi daha çox səy, daha çox səmimiyyət və iradə tələb edir. Əgər insanın ürəyində kifayət qədər Allah eşqi, iman coşğusu və iradə varsa, bu şəxslər də digərləri qədər gözəl əxlaqlı ola bilərlər. Əlbəttə ki, həlim xasiyyətli, mülayim insanlara nisbətən sərt və ya mənfi xüsusiyyətlərə sahib olan insanlar göstərdikləri səmimi səy nəticəsində Allah qatında daha çox əcr qazana bilərlər (doğrusunu Allah bilir).

Belə ki, insan daha çox səy göstərərək özünü gözəl yetişdirə bilirsə, eyni şəkildə, gözəl əxlaqlı bir insan da sahib olduğundan daha çox, daha dərin əxlaqa sahib ola bilər. İnsanın qarşısında bu mövzuda heç bir maneə yoxdur. Allah bir ayədə insanlara: “Allahdan bacardığınız qədər qorxun...” (Təğabun surəsi, 16), – deyə buyurmuşdur. Bu səbəbdən, insan bacardığı qədər ən yaxşısını əldə etməyə çalışmalıdır. Dərin Allah qorxusunu, Allah eşqini, Allah sevgisini, iman həyəcanını qəlbində hiss edən bir insan imanından aldığı güclə (Allahın iznilə) əxlaqını daha mükəmməl səviyyəyə çatdıra bilər.

Allahın Quranda insana “bacardığı qədərini” əmr etməsi mömin üçün çox əhəmiyyətlidir. İman gətirən bir insan Allahın bu əmrini bilərək: "Necə olsa, içimdə heç bir pislik yoxdur, həmişə, hər mövzuda, hamıya gözəl rəftar göstərirəm. Hər cür yaxşılığı və gözəlliyi tətbiq edirəm. Vicdanımın səsinə qulaq asıram. Quran əxlaqına müxalif davranmıram", - deyərək əxlaqını müəyyən səviyyədə məhdudlaşdırmamalıdır. Mütləq yaxşının daha yaxşısı, gözəlin daha gözəli, müsbət rəftarın daha müsbəti olduğunu unutmamalıdır. Sevginin, hörmətin, şəfqətin, xoş münasibətin, mülayimliyin daha üst səviyyələrinin ola biləcəyini düşünərək, daha yaxşısını tapıb tətbiq etmək üçün özünü məcbur etməlidir. Allahın Quranda bildirdiyi kimi, əgər insan Allahdan bacardığı qədər qorxsa, Allah o adama daha gözəl əxlaqa necə yiyələnəcəyini ilham edəcək.

İnsan bu səyinin nəticəsində mövcud olandan daha üstün bir əxlaq anlayışı əldə etdiyində yenə də bunu yetərli görməməlidir. Bundan daha üstün xüsusiyyətlərə yiyələnə biləcəyinə inanaraq, Allahdan çox qorxaraq əxlaqını daha da mükəmməlləşdirmək üçün var gücü ilə səy göstərməlidir.

Səmimi iman gətirən bir insan üçün bu səy həyatının sonuna qədər davam edəcək. Mömin Allahın ona lütf etdiyi ömrünün hər gününü, hər saatını və hər anını daim: “Necə daha yaxşı ola bilərəm?”, - deyə düşünərək, Allaha sığınıb daha yaxşısını əldə etməyə çalışaraq keçirməlidir. Allaha olan sevgisini, səmimiyyətini, Allaha qulluq etmə eşqini, şövqünü, iradəsini daim artırmaq üçün yollar axtarmalı, mükəmmələ çatdığına inansa belə, əsla özünü yetərli görməməlidir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo