Peyğəmbərimiz (s.ə.v)-in Quranda da dəfələrlə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri, yalnız Allahın nazil etdiyinə uyğun olaraq, insanların razılığını nəzərə almadan, insanlardan çəkinmədən yalnız Allahın bildirdiyini yerinə yetirməsidir. Hətta müşriklər və digər dinlərin mənsubları Peyğəmbərimiz (s.ə.v)-dən öz mənfəətlərinə uyğun hökmlər verməsini istəmişlər. Bu şəxslər sayca və daha qüvvətli mövqedə olmalarına baxmayaraq Peyğəmbərimiz (s.ə.v) Quranı və Allahın hökmlərini daim böyük bir vasvasılıq və qətiyyətlə qorumuşdur. Bir ayədə Allah Peyğəmbərimiz (s.ə.v)-in bu insanların təkidlərinə necə cavab verdiyini bizlərə belə xəbər verir:
“Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”. De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?” (Yunus surəsi, 15-16)
“Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən” (Bəqərə surəsi, 252)
Allah, qövmünün bu rəftarlarına qarşılıq Peyğəmbərimiz (s.ə.v)-i bir çox ayəsiylə xəbərdar etmişdir. Məsələn, Maidə surəsində belə buyurulur:
“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi sizi tək bir ümmət edərdi. Lakin sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir” (Maidə surəsi, 48-49)
Peyğəmbərimiz (s.ə.v) də Allahın özünə endirdiyindən başqasına uymayacağını böyük bir qətiyyətlə qövmünə təkrarlamışdır. Peyğəmbərimiz (s.ə.v)-in bu üstün əxlaqını xəbər verən bir ayə belədir:
De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)