İnsan dünyada olduğu müddət boyunca yaşadığı hər hadisəyə göstərdiyi reaksiyalarla və içindən keçirdiyi fikirlərlə sınanar. Bu sınaq əsnasında qarşısında hər vaxt iki alternativ vardır: Ya daim pis əməli əmr edən nəfsinin səsinə uyğun gələcək ya da özünü bu pis əməldən çəkindirən vicdanının səsini dinləyəcək.
Nəfs, insanı ən kiçiyindən ən böyüyünə qədər yaşadığı hər hadisədə Allahın sərhədlərini aşmağa, üsyana və pis şeyə çağırar. İnsanın öz istək və ehtiraslarını ön plana çıxardaraq Allahın razılığını göz ardı etməsini istər. Və bunu da çox müxtəlif bəhanələr qarşıya qoyaraq hiyləgərcəsinə edər. Belə ki, adam əgər vicdanının səsini dinləməzsə nəfsinin pıçıltılarına dərhal aldanar.
“Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular. “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi. Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız”, - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər. (Ənbiya Surəsi, 62-65)
Bu danışmaları edən insanlar, Hz. İbrahimi alova atmağa qərar verən insanlardır. Allahın özlərini hidayətə yönəltməsi üçün göndərdiyi Peyğəmbərlərini alova atmağa cəhd edəcək qədər zalım olan bu insanların vicdanları, haqqı onlara belə açıq şəkildə söyləməkdədir. Amma ayədə xəbər verildiyi kimi bu insanlar vicdanlarının səsini eşitdikləri halda “yenə də öz küfrlərinə qayıdaraq” və gerçəyi görməməyə, anlamamağa üstünlük veriblər.
Doğruya çatmaq
Başqa bir ayənin ifadəsi ilə, “Onlar kor və kar oldular.”. (Maidə Surəsi, 71)
Hər insan kimi sizin də içinizdə həm vicdan, həm də nəfs var. Siz də qarşılaşdığınız hər hadisədə vicdanınızın və nəfsinizin səsini eşidirsiniz. Əgər Allahı razı etmək, doğruya çatmaq istəyirsinizsə heç vaxt vicdanınızın səsini eşitməzlikdən gəlməyin.
İnsan öz içindəki səsləri bir-birinə qarışdırmaqdan, hansının doğrunu, hansının səhv olduğunu anlaya bilməməkdən narahatlıq çəkə bilər. Amma bilmək lazımdır ki, vicdan doğrunu gördüyündə bir an belə tərəddüd etməz, heç bir zaman insanı qərarsızlıq içində buraxmaz və doğrunu o an söyləyər. Ancaq vicdanın bu səsinin dərhal sonrasında nəfs dövrəyə girər və vicdanın söylədiyini adama etdirməmək üçün çoxlu bəhanələr uydurar. Yəni insanın bir hadisə qarşısında eşitdiyi ilk səs vicdanının səsidir. Arxasından gələn bütün bəhanələr və mənfiliklər isə nəfsdən qaynaqlanır. Allah rizası üçün, sizi ən gözələ çağıran o ilk səsin vicdanınıza aid olduğunu anlamazlıqdan gəlməyin. Əgər adam vicdanını səsini dinləməzsə, bir müddət sonra nəfsinin əsiri olar və hər cür pis işə açıq olar. Bu, tamamilə öz seçimi olduğundan o andakı imtahandan da kəsilə bilər, nəfsinin istəkləri və qüruru səbəbindən sonsuza qədər cəhənnəmdə yaşamağa məhkum ola bilər. Çünki insan Allaha qulluq etməklə məsuliyyət daşıyır. Bu qulluq, ancaq vicdanın səsini dinləməklə mümkündür. Onu dinləməyənlərin sonunu Allah, yuxarıda qeyd etdiyimiz nəfslə əlaqədar ayələrin davamında “ziyana uğrayan” olaraq xarakterizə etmişdir:
“Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms Surəsi, 9-10)
Peşmanlıq
Hər kəs peşmanlığın nə qədər can yandırıcı bir duyğu olduğunu bilir. Bu duyğunun təməlində vicdanın səsini dinləməməyidir və bu, insan üçün Allahdan bir xəbərdarlıq xüsusiyyəti daşıyar. Bəzən insan səhv seçimindən imtina edənə qədər də bu peşmanlıq arxasını buraxmaz, mənəvi bir əzaba çevrilər. Elə isə siz vicdan əzabı çəkdiyiniz zaman bunu anlamağa çalışın. Bu, bir yerdə səhv etdiyinizə işarədir və harada, hansı nöqtədə səhv etdiyinizi sizə söyləyəcək olan yenə vicdanınızdır. Dünyada peşmanlığın yox edə bilmə imkanı var ikən bu fürsəti qiymətləndirin. Çünki axirətdəki peşmanlıq dözülməz ölçülərdədir və sonsuza qədər də insanın arxasını buraxmayacaq.
Nəfsiniz istəsə də, bəzən sizə çətin göstərməyə çalışsa da, vicdanınızın sizə daim doğrunu söylədiyini heç vaxt unutmayın.
Əlbəttə ki axirət günü vicdanlarını istifadə etməyənlər, istifadə edən insanlarla bir tutulmayacaq. Əgər siz vicdanlı olsanız, bilin ki, Allah sonsuz vicdan sahibidir; nəfsinizdən çəkinərək və vicdanınıza sığınaraq etdiyiniz zərrə qədər yaxşılığınızın da qarşılığı veriləcək. Bu Allahın Quranda xəbər verdiyi bir vədidir.
Vicdan
Halbuki insan ömrünün sonuna qədər vicdan, şərtlər və qaydalar nə olursa olsun, bir an belə susmaz. Nəfs ard-arda bəzi bəhanələr qarşıya qoysa belə vicdan, insana daimi olaraq nəyin doğru nəyin səhv olduğunu açıqca söyləyər. (Harun Yəhya, Quranda Vicdanın Əhəmiyyəti)
Allah, insanın içindəki bu iki səsə ayələrdə belə diqqət çəkər:
“And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, …” (Şəms Surəsi, 7-8)
Bu, Allahın insan üçün yaratmış olduğu mükəmməl bir sistem və böyük bir nemətdir. İnsan, hansı hadisə ilə qarşılaşarsa qarşılaşsın, dünyanın harasına gedərsə getsin, hansı mədəniyyətdən olursa olsun, içində daim müraciət edə biləcəyi bir düzgünlük rəhbərinə malikdir. Unutmayın siz də bu düzgünlük rəhbərinə sahibsiniz. O halda içinizdəki bu səsin söylədiklərini eşidin.
Üstəlik vicdan yalnız möminlərə xas bir ilham deyil. Bu səs inkar edənlər də daxil olmaq üzrə hər insanın içində vardır. Lakin möminlərin fərqi, həyatlarının hər anında vicdanlarını istifadə etmələri və onun səsinə uyğun yaşamalarıdır. İnkarçılar isə özlərinə haqqı göstərdiyi halda vicdanlarının səsini dinləməyib, nəfslərinin istək və ehtiraslarına uyarlar.