Cahil cəmiyyətdə evdar qadınların həyatlarının böyük bir hissəsi televiziya qabağında keçir. Ancaq, əlbəttə ki, bu yalnız qadınlara xas bir vərdiş deyil. Eyni şəkildə ərlərinin və uşaqlarının da qoşulduğu bu saatlar, cahil cəmiyyətin ən xüsusi zövqlərindən və ən əhəmiyyətli məşğuliyyətlərindəndir. Nə izlədikləri isə çox vaxt o qədər də əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan əylənmək və yaşadıqları çətinliklərlə dolu mühitdən öz aləmlərində bir az olsun uzaqlaşa bilməkdir. Gün boyu hər nə iş görürlərsə görsünlər həmişə televizorları açıq vəziyyətdə olar. Lakin xüsusilə də "romantik seriallar" adı verilən gündəlik seriallar başladığı vaxt az qala televiziya ekranına "bağlanarlar". Bu seriallarda yaşanan romantizm onlara ayrı bir ləzzət verir. Bu səbəblə də bütün gündəlik proqramlarını bu serialların saatlarına görə tənzimləyir və bir yerə getmələri lazım olduğunda belə bir yolla serialın video kasetə yazılmasını təmin edərlər. Əgər belə bir imkanları yoxdursa, bu vəziyyətdə də işləri qurtaran kimi bir qonşudan və ya yaxınlarından böyük bir həyəcanla serialdakı son hadisələri öyrənərlər.
Özlərinə bu romantik serialların əvəzinə dünyagörüşlərinin inkişafına xidmət edən, daha keyfiyyətli filmlər, mədəni və ya bədii məzmunlu proqramlar, iman həqiqətlərinin izah olunduğu sənədli filmlər təklif edisə belə cahil qadınlar yenə də bu seriallardan imtina etmək istəməzlər. Çünki onların dünya görüşlərini, həyatlarını və zövqlərini ən yaxşı əks etdirən proqramlar bu seriallardır.
Televizora baxmaq, əlbəttə ki, pis bir şey deyil. İnsan bu şəkildə vaxtını çox gözəl və faydalı şəkildə də keçirə bilər. Amma Allahın açıq-aşkar varlığını və axirəti unutmaq, bütün vaxtı televizor qabağında keçirmək və daha əhəmiyyətli və ya daha faydalı bir iş olduğunda belə yenə də bu vərdişdən imtina edə bilməmək səhv bir davranışdır. Bu insanlar bir çox gözəl iş görə biləcəkləri halda, məqsədsizlikləri və özlərinə yalnız "evdar qadın" şəxsiyyətini yaraşdırmış olmalarından ötrü belə bir imkanı qiymətləndirməz və bundan bir narahatlıq duymazlar.