"Əsrimizin vəbası"
Bu ifadə inkişaf etmiş tibbi imkanlara və texnologiyaya baxmayaraq, hələ də tam olaraq müalicəsi mümkün olmayan xərçəng xəstəliyi üçün istifadə edilir. Xərçəng DNT-də baş verən pozulma səbəbindən bədəndəki hüceyrlərin nəzarətsiz şəkildə bölünməsi və çoxalmasıdır.
Əslində hüceyrələr DNT-dəki pozulmaya qarşı tədbir alma mexanizmlərinə sahibdir. Bəzən bu mexanizmlər fayda vermir və bəzi hüceyrələr qarşısı alınmaz şəkildə çoxalaraq xərçəng meydana gətirən şiş əmələ gətirirlər. Məhz bu şişdən ayrılan bəzi xərçəngli hüceyrələr də limfa və qan dövranı sisteminə daxil olaraq insan bədəninin digər hissələrinə yerləşir və burada çoxalmağa davam edirlər. Bu şəkildə xərçəng bütün orqanizmə yayılmış olur.
Xülasə hal-hazırda xərçəng hüceyrələrini 100% yox edəbiləcək, orqanizmə zərər verməyən bir metod və ya dərman hələ inkişaf etdirilməyib. Məhz buna görə elm adamları alternativ həll yollarına, xüsusilə təbiətdəki canlılara yönəlirlər. Ötən günlərdə açıqlanan bir araşdırmanın nəticələrinə görə, bir dəniz canlısının bu ağır xəstəliyi müalicə edə biləcək lazımi xüsusiyyətə malik ola biləcəyi güman edilir.
Araşdırmanı həyata keçirən avstraliyalı elm adamları dəniz ilbizi yumurtasındakı bəzi kimyəvi maddələrin xərçəng hüceyrələrini azaltma və yox etmədə 100% müsbət nəticə verdiyini bildiriblər.
Wollongog Universitetindən Karen Perrow verdiyi açıqlamada: "Bu ilbizlərin çox çətin şərtlərə malik mühitdə yaşadığını, bu səbəbdən həm özləri, həm də balaları üçün qoruyucu mexanizmə malik bəzi kimyəvi maddələr istehsal etdiklərini" vurğulayıb.
2002-ci ildə Southern Cross və Wollongong Universitetlərindən araşdırmaçılar ilbizlərin xərçəng önləyici xüsusiyyətlərini ehtiva edən "n-alkil isatin" molekullarını təcrid etdiklərini məruzə etdilər. Doktor Karen Perrow və yoldaşlarının laboratoriya şəraitində apardıqları təcrübədə dəniz ilbizi yumurtasındakı kimyəvi maddələrin kimyaterapiyaya müqavimətli xərçəng hüceyrələrini 48 saat ərzində yox etdiyi məlum oldu. Həmçinin kimyaterapiya dərmanları ilə 10% olan müvəffəqiyyət nisbəti, ilbiz yumurtası kimyəvi maddələri ilə 100%-ə çatdı. Heyvanlarda və insanlarda hələ təcrübə edilməyən bu kimyəvi tərkibin genişləndirilməsi, kliniki tətbiq etmək imkanı ilə birlikdə bağırsaq, döş və prostat xərçəngin təsirli olması güman edilir. Bütün bu işlərin nəticəsində dərmanın təsirli şəkildə istifadə edilə bilməsinin isə 5-10 il davam edəcəyi güman edilir. (http://www.euronews.com/2016/06/01/can-sea-snails-accelerate-a-cure-for-cancer)
Təbiəti öyrəndikcə buna bənzər həyəcan və ümidverici məlumatlarla və çözümlərlə qarşılaşırıq. Biomimetik adlandırılan elm sahəsi məhz bu şəkildə təbiətdəki canlılardan nümunə götürülərək inkişaf etdirilən maddələri, alətləri, mexanizm və sistemləri tədqiq edir. Elmi həqiqətlərin bizə göstərdiyi isə canlılarda möhtəşəm sistemlərin onlar ilk ortaya çıxdıqları andan etibarən var olmasıdır.
Texnologiya və elm irəlilədikcə bu məlumatlara yeniləri əlavə olunacaq, yeni kəşflər ortaya çıxdıqca bütün bunlar yaradılış həqiqətini möhkəmləndirəcəkdir. Bir ayədə Rəbbimiz belə buyurur:
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)