15 mart 2015... Suriyadakı vətəndaş müharibəsinin beşinci ildönümü. Son dörd il ərzində şahidi olduğumuz dəhşətli görüntülər səbəbindən bu amansız vətəndaş müharibəsinin necə başladığını unutmuş ola bilərik.
Ərəb baharının təsiri altında qalan suriyalılar əvvəlcə dəyişiklik və siyasi islahatlar həsrətində idilər. Daha gözəl bir gələcək axtarışında, on illərdir davam edən zalım Bəəs rejiminə qarşı geniş kütlənin də dəstək olduğu dinc etiraz aksiyaları təşkil etdilər. Məqsədləri hər bir insanın dünyaya gələndən layiq olduğu azadlıq və dəyərlərini məhdudlaşdıran Əsəd rejimini tamamilə məhv etmək idi.
Daha gözəl gələcək üçün bir ümid qığılcımı olaraq başlayan nümayişlər bir xalqın müharibə ilə parçalanaraq tullantı yığını olması ilə nəticələndi. Bu gün Suriya viran qalmış şəhərləri, qəsəbələri və ümidini itirmiş insanları ilə pərişan bir ölkə vəziyyətindədir.
Suriya müharibəsi beşinci ilə qədəm qoyarkən, demək olar ki, hər bir xəbər mənbəyi ölkənin düşdüyü vəziyyət, səfalət və çəkilən iztirablar haqqında hekayələrə yer verdi. Bunlar həyatlarını silahların kölgəsində davam etdirməyə çalışan insanların və hətta uşaqların hekayələri idi. Bizim kimi siyasi sabitliyə sahib olan ölkələrdə yaşayanlar üçün bağçaya göndərilən bir uşağın vurularaq öldürülməsini xəyal etmək çox çətindir, lakin Hələb kimi bir şəhərdə bağçanın həyətində oynayan beş yaşındakı bir uşaq hər an ölümlə qarşı-qarşıyadır.1
Suriyalı uşaqlar dünyada heç bir uşağın görməməli olduğu şeyləri gördü. Oyuncaq və uşaq parkları əvəzinə vertolyot səsləri, bombalar, döyüş təyyarələri, raket və ağır silahlar hər gün şahid olduqları şeylər oldu. Körpələrin yuxusu yerə düşən bombaların səsi ilə kəsildi. Bəzən ana və ataları tərəfindən həyəcanla qucaqlanaraq yaxındakı qəsəbəyə qaçmağa məcbur edildilər.
Bəziləri də partlayıcılarla birlikdə yağ çəlləyi, su tankı və ya qaz silindrlərinə doldurulan metal, dəmir qırıntıları ilə qustar üsulla hazırlanan barel bombalarından qaça bilmədi.
Əsəd qüvvələrinin müntəzəm olaraq təşkil etdiyi barel bombası hücumlarında hər ay 250 uşaq həyatını itirir. Şamın Cobar bölgəsində balaca uşaqları narkozsuz əməliyyat etməli oldular. Şəhərlərdə on minlərlə evsiz suriyalı hələ də bombalanan binaların xarabalıqları arasında həyatla mübarizə aparırlar.
Suriyalıların düşdükləri vəziyyəti göstərən hər bir statistika, hər bir rəqəm, hər bir şəkil ürək sıxıntısı verir. Suriyanın hər yerində raket hücumları və bombalamalar heç durmadan davam edir. Bu günə qədər təxminən 210000 insan öldürüldü, 1.5 milyon siravi vətəndaş ağır yaralandı, ən azı 200000 insan da həbs edildi. Əlavə olaraq da 2400 nəfər itkin, 20.9 milyon nəfər də evlərini tərk etmək məcburiyyətində qaldı.i
Bütün bunlar baş verərkən Suriya vətəndaş müharibəsinin hər bir cəbhəsində insan hüquqları pozuntusu tam sürəti ilə davam edir. Əsəd rejiminin törətdiyi müharibə cinayətləri, hansı ki bunlar bütün dünyanın gözü önündə və şübhə etməyəcək bir şəkildə törədilir, hesabatlar və şəkillərlə sənədləşdirilir. Uzun müddətdir polis qüvvələri və qanuni sanksiyalar işləməyən bir ölkədə adi cinayətlər qəsəbə və şəhərlərdə yaşayan vətəndaşlar üçün böyük problemdir.
Bir vaxtlar müxtəlif mədəniyyət, etnik qrup və inanclara ev sahibliyi edən bu ölkə, son dörd ildir ki, tamamilə parçalanmış vəziyyətdədir. Bu ölkənin ictimai strukturunu formalaşdıran sünni, şiə, xristian, kürd, ələvi, yəzidi və digər bir çox cəmiyyətlər əsrlərlə sülh şəraitində bir yerdə yaşadılar. Ancaq müharibə bu qrupları bir-birinə düşmən etdi və hadisələri daha da çətin və həll olunmayacaq bir vəziyyətə saldı.
Suriyadakı qarşıdurmanın başqa bir ölçüsü də var. Suriyadan kənarda, Livan, Türkiyə və İordaniyada həyatlarını davam etdirməyə çalışan üç milyon köçkün qardaşımız var. Bu düşərgələrdə həyatda qala bilmək üçün hər gün çətin bir mübarizə əzmi göstərirlər.
Çox böyük çətinliklərdən keçdikdən sonra bu düşərgələrə gəlib çatan suriyalılar indi də çox çətin şərtlərlə yaşamağa davam edirlər. Digər tərəfdən də, uşaqlar və gənclərin təhsil almaq imkanları olmadığı üçün asanlıqla radikal ideologiyalardan təsirlənə bilirlər.
21-ci əsrdə Suriya deyəndə ağla insanlıq dramı gəlir. İşin ən pis tərəfi isə odur ki, bu vəziyyət bitəcək kimi görünmür. Lakin sabitlik bərpa olana qədər beynəlxalq cəmiyyətin məsuliyyətlərini yerinə yetirməlidirlər. Bu şəkildə, ən azından davam edən bu amansız müharibədən ötrü iztirab çəkənlərə lazımi köməyin çatdırılması üçün vicdanımızın səsini dinləməliyik.
..........................
2. http://www.aljazeera.com/indepth/interactive/2015/03/left-syria-150317133753354.html
Adnan Oktarın Middle East Monitorda yayımlanan məqaləsi:
https://www.middleeastmonitor.com/articles/middle-east/17801-syria-the-downward-spiral-of-desolation