Boş vaxt keçirməyi gözəl görmək şeytanın insanlara verdiyi təlqinlərdən biridir. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə bəzi insanlar üçün boş vaxt keçirmək, yəni "vaxtı öldürmək" normal qarşılanır. Lakin möminlər Allahın onlara lütf etdiyi vaxtın hər anını Allaha olan yaxınlıqlarını artıraraq, daha dərin düşünərək və İslam yolunda fikri mübarizə apararaq keçirərlər.
Səmimi şəkildə Allaha inanan şəxs şeytanın dünya həyatında insanlara cəlbedici göstərdiyi boş işlərdən özünü tamamilə uzaq tutmalıdır. İnsan ancaq bu şəkildə açıq zehinlə lazımi kimi dərin düşünə bilər. Quranda möminlərin boş işlərdən üz çevirdikləri belə bildirilmişdir:
Bu ayədə də bildirildiyi kimi, dünyada verilən zaman insanlar üçün çox qiymətlidir. İnsan hər an Allahın razılığının ən çoxunu axtarmalıdır. Gəlin düşünək, bir insan vaxtını boş və faydasız işlərlə keçirirsə və bunlar onun axirəti üçün faydalı deyilsə?! Mömin hər an bunun şüurunda olub, şeytanın ona xoş və asan göstərdiyi boş və lazımsız düşüncələrdən və davranışlardan tamamilə uzaqlaşmalıdır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində belə buyurmuşdur:
Abbasdan (ə. s.) rəvayəte dildiyinə görə, Rəsulullah (s.ə.v.) bu mövzu ilə əlaqədar belə buyurmuşdur: "Sağlamlıq və boş vaxt insanlardan bir çoxunun bunlardan faydalanmaq barəsində aldandıqları iki böyük nemətdir". (Buxari, Rikak 1)
Vaxtını boşkeçirən bir insan ölümü, cənnəti, cəhənnəmi dərin düşünə bilməz.Halbuki mömin hər kəs kimi özünün də sürətlə ölümə doğru getdiyini, dünyadakı hərşeyin imtahanın tələbi olaraq yaradıldığını Allahın izni ilə qətiyyən ağlından çıxarmaz. Sonsuz rəhmət sahibi Allahın gün ərzində ona göstərdiyi acizliklərini düşünüb özünü Allaha yaxınlaşdıracaq mövzulara yönələr.
Quranın "Sizə nə olubki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa surəsi, 75) ayəsində bildirildiyi kimi, möminlər həyatlarını Allahın razı olacağı şəkildə dərin düşünərək, İslam əxlaqını təbliğ edərək keçirməlidirlər. Bu əxlaqa sahib olmayanların düşüncələri, diqqət etdikləri dünyəvi mövzular onlara heç bir fayda verməyəcək. Əksinə, hesabını verə bilməyəcəkləri boş vaxt onları axirətdə itkiyə sürükləyə bilər. Möminin bu həqiqətin şüurunda olması və bir anını belə boş yerə keçirməməsi çox əhəmiyyətlidir. Quranda bu istiqamətdə səmimi səy göstərən möminlər belə müjdələnmişdir:
Əsla unutmayın!...
Boş işlərin axirətdə heç bir faydası olmayacaq... Axirət günündə insanların dünya həyatında uzun-uzadı boş söhbətlərə və müzakirələrə daldıqları mövzuların, haqqında saatlarla vaxt sərf etdikləri lazımsız işlərin heç bir faydası olmayacaq. O gün Allahın izni ilə varlı-kasıb, cavan-yaşlı hər kəs Allahın qarşısına ayədə bildirildiyi kimi, "…tək-tənha, həm də verilən nemətləri arxada qoyub…" (Ənam surəsi, 94) dünyadakı əməllərinə görə ya cənnətlə müjdələnəcək, ya da cəhənnəm əzabına məruz qalacaq. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:
Rəbbimizin dünya həyatında verdiyi müddət çox dəyərlidir... Bəzi insanların Quran əxlaqını yaşamaq mövzusunda ən çox yanıldığı məqamlardan biri həyatlarını "ibadət zamanları" və "digər zamanlar" kimi iki hissəyə ayırmalarıdır. Bu şəxslər bu dünyanın keçici olduğunu və axirət həyatının varlığını yalnız müəyyən ibadət vaxtlarında xatırlayırlar. Qalan vaxtlarını dünya işlərinin qarışıqlığına qapılaraq sahib olduqları "vaxtı"I axirət baxımından əhəmiyyətli olmayan faydasız işlər və düşüncələrlə keçirirlər. Halbuki yatdığımız saatları çıxsaq, Allah qullarına hər gün təxminən 16-17 saatlıq böyük bir vaxtı Onun razılığını qazanmaq üçün lütf etmişdir.
Boş düşüncə və davranışlardan üz çevirmək Allahın izni ilə çox asandır... Şeytan boş düşüncə və davranışlardan çəkinməyi çətin və çox vaxt alan bir müddət kimi göstərməyə çalışa bilər. Ancaq bu üstün əxlaq xüsusiyyəti səmimi dua və qətiyyətlə Allahın diləməsilə dərhal qovuşula biləcək mömin xüsusiyyətidir.
“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, eşidəndir, biləndir” (Fussilət surəsi, 36) ayəsində bildirildiyi kimi, şeytanın təlqinlərindən Allaha sığınmaq və hər anı Onun razılığını qazanacaq şəkildə keçirmək çox vacibdir.