ABŞ - Slate Magazine: “Harun Yəhya ilə tanış olun: Müsəlman dünyasındakı lider yaradılışçıdır”
ucgen

ABŞ - Slate Magazine: “Harun Yəhya ilə tanış olun: Müsəlman dünyasındakı lider yaradılışçıdır”

2462

Bir ay ərzində 10 milyondan çox müstəqil oxuyucusu olan və Washington Post şirkətinin internet jurnalı kimi dərc edilən Slate Magazine 21 oktyabr 2009-cu il tarixli sayında Adnan Oktarla apardığı müsahibəsini dərc etmişdir. Stiv Paulsının (Steve Paulson) İstanbulda aldığı müsahibənin təəssüratlarından bəhs edən xəbər “HARUN YƏHYA İLƏ TANIŞ OLUN: MÜSƏLMAN DÜNYASINDAKI LİDER YARADILIŞÇIDIR” başlığı ilə dərc edildi. Xəbərdə Adnan Oktardan “İSLAMIN QABAQCIL YARADILIŞÇISI” kimi bəhs edilmiş, yazıçının mühüm əsəri “görünüşcə insanı təəccübləndirən 6.5 kq ağırlığında 800 səhifəlik Yaradılış Atlası” ifadəsilə təqdim olunmuşdur. Xəbərdə diqqəti çəkən sətirlərdən bir neçəsi belədir:

... Müsəlman dünyasında kitablar, məqalələr, videolar və internet saytları vasitəsilə əsərlərini yayır... Oktarın gündəliyində olan məsələlər sadəcə təkamüllə məhdudlaşmır. İnsanları “TÜRK-İSLAM BİRLİYİ”nə çağırır və bu super Türk dövləti Qazaxıstandan İndoneziyaya və Qərbi Afrikaya qədər uzanaraq dövrümüzün müsəlmanları üçün Osmanlı İmperiyasını əvəz edəcək... Bir neçə təkamülçü bioloqun səhv düşündüyünü soruşduqda belə cavab verdi: “Masonların rolu haqqında danışmalıyıq, çünki MASONLAR ELMİ DİKTATORLUQ YOLU İLƏ DÜNYANI YÖNƏLDİRLƏR”. Elm adamlarının bunu eşitdikdə təəccüblənəcəklərini söylədikdə izah etdi ki, bunun səbəbi masonların “əsas xüsusiyyəti gizli hərəkət etmələri və buna görə də diqqət çəkməmələridir.”

... Özünə çox sayda sui-qəsd planları hazırlandığından bəhs etdi. Nə üçün bu cür şeylərin hədəfi idi? “Çünki mən Darvinizm, kommunizm və digər terrorist təşkilatlara qarşı mübarizə aparıram.” Deməli, darvinistlər terroristdirlər? “Onların fəaliyyətləri bütün dünyada terrorizmə xidmət edən şeytani plandır” və “bataqlıq və ya su çuxurlarına yığılan milçəklər kimidirlər.” Çox sayda faşist və kommunist lider açıq şəkildə Darvinizm təlimlərindən və ideallarından təsirləndiklərini bildirmişlər.” (Bu doğrudur, Oktarın həm güclü düşmənləri, həm də güclü dostları var.)

... Oktar  Yaradılış Atlasının dərc edilməsi ilə “Darvinizmin tarixdə ilk dəfə çıxılmaz vəziyyətə düşdüyünü” bildirdi. Daha sonra əsas Avropa qəzet və jurnallarından məqalələrin yerləşdiyi bir sənədi çıxardı və bunlardan bir qismini oxumağa başladı: Liberation” “BÖYÜK NARAHATÇILIĞA SƏBƏB OLAN KİTAB”dan bəhs etmişdi, “Stern” kitabı “GÖY GURULTUSU”na bənzətmişdi, “La Stampa” isə “ƏLVİDA, DARVİN” başlığı qoymuşdu. Oktarın fikrincə verilən dərs açıq idi: AVROPALILARIN ÇOXU DARVİNİZMƏ OLAN İNAMLARINI İTİRMİŞDİLƏR... Yəhya hal-hazırda bütün diqqəti öz üzərinə çəkmişdir, bu sadəcə Türkiyədə deyil, bütün dünyadakı müsəlman cəmiyyətlərin hamısındadır...


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr