Aİ İslam dünyasına örnək ola bilərmi?
ucgen

Aİ İslam dünyasına örnək ola bilərmi?

1307

Dünyanın iqtisadi və sosial strukturu davamlı dəyişir və hər bölgə üçün bunu formalaşdıran qüvvələr bir-birindən fərqlidir. Bəzi dövrlərdə təbii fəlakətlər və ya yeni tapılan yeraltı mənbələr kimi bizim nəzarətimiz xaricində olsa da, əksərən ticarət yolları, qanunlar və dövlətlərin ortaq qərar verdikləri yeni iqtisadi inteqrasiya paketləri də bu dəyişikliklərə öncüllük edirlər. Məsələn, bu gün Sudandakı daxili qarışıqların əsas səbəbləri təbii mənbələr və quraqlıq ikən Avropa Birliyinin başlanğıc nöqtəsi kömür və polad ticarətinin inteqrasiyası ilə olmuşdur.

Başda Yaxın Şərq olmaqla ümumi müsəlman ərazisi kimi təbii zənginlikləri bütün dünyanın diqqətini çəkən, dinamik və məhsuldar bir ərazinin son 100 ildir Aİ-na bənzər bir inteqrasiyanı yarada bilməməsi çox heyrətlidir. Zəngin yeraltı mənbələrə sahib olan müsəlman ölkələrin daha çox nəzarətdə olmasını arzu edən bəzi qüvvələr bir çox ideoloji və siyasi səbəbi daha da alovlandırıb, ərəb ölkələri başda olmaqla müsəlman ərazisinin birlik içində hərəkət etməsinə mane ola bilmişlər. Əlbəttə bunun xaricində müsəlman ölkələrin də öz aralarında yaşadıqları qarşıdurmalar bu birliyin önünə keçmişdir.

Halbuki İslam dünyasının ortaq hərəkət etməsinə mane olan sərhəd və maneələri aradan qaldırmaq zənn ediləndən daha asandır. Məsələn, Unilever bütün dünyaya satdığı məhsulların bir çoxunu Fasda istehsal edir. Lakin bu məhsulları Əl-Cəzairə göndərərkən, Fransa üzərindən nəql edilməsini gerçəkləşdirir.

Bunun tək səbəbi isə ərəb ölkələri arasındakı düşmənçiliklərdir. Halbuki qonşu ölkələrin sərhədlərini sərbəst insan axışı və sərbəst ticarətə açanda böyük bir iqtisadi  partlayış ilə qarşılaşa bilərik.

Zeytun yağı deyiləndə ağıla dərhal İtaliya gəlir. Halbuki Ağdənizə sahili olan ərəb ölkələrində qədim zeytun ağacları ən keyfiyyətli zeytun yağını istehsal edə bilər. Bunun dəyərləndirilməsi sektora ediləcək investisiyaya bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri mərkəzli bir firma son illərdə Tunisdəki zeytun ağaclarının məhsullarını belə dəyərləndirməyə başlasa da, bu investisiya hələ kifayət deyil. Zeytun yağının təbii zənginliklərinin arasında olan İordaniya Tunis ilə investisiya etdiyi təqdirdə hər iki ölkə də dünya bazarında təmsil edə bilməcək böyük bir gücə sahib ola bilərlər. İordaniyanın dünyanın ən quraq hövzələrindən biri olduğunu hamımız bilirik. Su problemini həll etmək üçün ən axırıncı metodlardan istifadə edən İordaniya əslində sadəcə münasibətlərn yaxşılaşdırılması ilə Burundi, Ruanda, Tanzaniya, Keniya, Efiopiya, Uqanda, Şimali və Cənubi Sudan ilə Demokratik Konqo Respublikasını təchiz edən Nil çayından faydalana bilir. Bunun qarşılığında taxılının demək olar ki, hamısını başda ABŞ olmaqla çox uzaqlardan idxal edən İordaniya Nil çayı hövzəsindəki ölkələrdən taxıl ala bilər və qarşılıqlı bir dirçəlmə proqramı təşkil edilə bilər. Bunun xaricində Bekaa Hövzəsini sulayan Litani çayının suyu da sadə texnoloji investisiya ilə daha yaxşı dəyərləndirilə bilər.

İslam ölkələrinin hakim olduğu bu torpaqlarda bir an əvvəl ticarətin və sərbəst dövranın önündəki maneələr aradan qaldırılmalıdır. Bu qədim ərazidə insanların qonşularını ziyarət etmək üçün pasport və vizaya ehtiyac duyması utancverici bir vəziyyətdir. Viza ehtiyacı aradan qaldırılmalı və Yaxın Şərqdə Avropa Birliyi modelində bir mühit yaratmağın addımları atılmalıdır. Bunu xaricində yeni rəhbərlik sistemləri və qaydalarla yeni və dinamik bir inteqrasiya fəaliyyəti başlatmaq heç də çətin deyil.

Bir-birlərinə daha açıq cəmiyyətlərin inşası üçün lazım olan böyük addım bir müddətdir üzərində çalışılan Pan-Ərəb Sərbəst Ticarət Anlaşması deyil. Bu gün Ərəb Liqası tək başına necə problemlərin həllində yetərli olmursa, sənaye baxımından çox irəli gedə bilməmiş ərəb cəmiyyətlərinin öz içinə qayıdacağı bir Pan-Ərəb anlaşması da iqtisadi problemlərin həlli üçün yetərli olmayacaq. Ərəb iqtisadiyyatının böyüyə bilməsi üçün mütləq İran, Türkiyə, İsrail kimi cəmiyyətlərin də bu həmrəylikdə var olması laızmdır. Bu günə qədər siyasi qarşıdurmaların ərəb dövlətlərinin uzaqlaşdırdığı bu ölkələrlə yaxınlaşmanın vaxtı gəlmişdir. Belə bir yaxınlaşma hazırkı ərəb cəmiyyətlərinin siyasi və iqtisadi strukturlarını daha öngörülə bilən vəziyyətə gətirəcək və xarici investisiyaçılar üçün daha etibarlı bir mühit təmin edəcək. Bu qədər geniş bir yelpiyi  gizləyən bir birliyin Aİ-nı belə keçəcək bir ticarət nəhənginə çevrilməsi mümkündür.

Bütün yolçuluqlara bir addımla başlanır və bu danışdıqlarımız bizə bir addım uzaqdadır. Cəsarət göstərib o ilk addımlar atılanda hədəfimizə çatmağın nə qədər asan olduğunu da görərik. Yaxın Şərq ərazisinin yüksək potansialını ən mükəmməl şəkildə qiymətləndirə bilmək üçün tək lazım olan xüsusilə müsəlman dövlətlərin, ənənəvi məzhəb və tarixi ayrılıqları geridə buraxıb, bir-birləri ilə daha yaxın münasibətlər qurmalarıdır.


[i] F. Schneider, A. Buehn, and C. E. Montenegro, “New Estimates for the Shadow Economies All over the World,” International Economic Journal, 2010, 24, 443– 461.   

[ii]  Mahajan, Vijay (2012-07-13). The Arab World Unbound: Tapping into the Power of 350 Million Consumers (Kindle Location 586). Wiley.

[iii] http://akademikperspektif.com/2013/12/31/ortadogunun-su-problemi/

[iv] http://www.annd.org/english/data/publications/pdf/15.pdf

Adnan Oktarın Morocco World'də yayımlanan məqaləsi:

http://www.moroccoworldnews.com/2015/01/149433/can-the-eu-be-a-role-model-for-the-islamic-world/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr