Əl balığının sinə üzgəcləri olduqca inkişaf etmişdir və əli xatırladar.
Əl balığı əllərindən istifadə edərək dəniz dibində gəzərək hərəkət edər.
Bu canlı, eynilə Coelacanth kimi okeanın dərinliklərində yaşayan dib balığıdır.
Əgər bu balığın soyu tükənmiş olsaydı və fosilləri darvinistlər tərəfindən tapılmış olsaydı, təkamülçülər heç tərəddüd etmədən bu canlının sudan quruya keçiddə aralıq forma olduğunu və inkişaf etmiş üzgəclərinin inkişaf etməkdə olan ayaqlar olduğunu iddia edərdilər.
Lakin bu gün yaşayan mükəmməl balıq olması etibarilə, ehtimal olunan iddialar bir anda ortadan qalxır.
Hal-hazırda darvinistlər tərəfindən önə çıxarılan və aralıq forma deyilən canlılar da, eynilə əl balığı kimi, mükəmməl və qüsursuz canlılardır. Əl balığından tək fərqləri, soyu tükənmiş olmaları və bu səbəblə darvinistlər tərəfindən rahatlıqla fərziyyə vəsaiti olaraq istifadə edilə bilmələridir.