Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)
Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. (Yunus surəsi, 25)
...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. (Maidə surəsi, 32)
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. (Ali İmran surəsi, 110)
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Hz. İsanın (ə.s) yer üzünə sülh və sevgi gətirəcəyinə, cinayət, zülm və müharibələri sona çatdıracağına aid hədislər
Vallah Məryəm oğlu İsa ədalətli hakim kimi mütləq enəcəkdir... Və bütün düşmənçiliklər, qarşıdurmalar, həsədlər mütləq yox olub gedəcəkdir... (Ölüm- Kıyamet-Ahiret, s. 498)
İsa ibn Məryəm (ə.s) mənim ümmətim içində ədalətli hakim və imam olacaq,... (zimmilərdən) cizyəni aradan qaldıracaq, qab su ilə dolduğu kimi Yer üzü sülhlə dolacaqdır. Din birliyi də olacaqdır, artıq Allahdan başqasına ibadət edilməyəcəkdir. (Sünen-i İbn-i Mace, 10/334)
İsa (ə.s) ümmətim içində dürüst hakim, ədalətli imam (hökmdar) olacaq. Bütün düşmənçiliklər ortadan qalxacaq… Yer üzü gümüş qab kimi olacaq və həzrəti Adəm zamanındakı kimi (bol) bitkilərini bitirəcək… (Ölüm-Kıyamet-Ahiret, s. 496)
Qab su ilə dolduğu kimi, Yer üzü sülhlə dolacaqdır. İnsanlar arasında düşmənçilik qalmayacaqdır. Və bütün düşmənçiliklər, davalar, paxıllıqlar ortadan qalxacaqdır. (Sahih-i Müslim. 1/136)
Sonra qırx il ömür sürəcək. Onun zamanında heç kim ölməyəcək. İnsan qoyun və heyvanlarına (gedin otlayın) deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda ağızlarına bir sünbül belə almayacaqlar. İlan və əqrəblər heç kimə toxunmayacaq. Yırtıcı heyvanlar qapının önündə duracaq, lakin heç kimə zərərləri toxunmayacaq... (İmam Suyuti, Kıyamet alametleri, Ölüm ve diriliş, s. 1699, s. 184)
İnsanlar arasındakı düşmənçiliklər və kin ortadan qalxacaq. Əqrəb və ilanların zəhəri olmayacaq, hətta uşaq ilanla oynayacaq, amma ilan onu sancmayacaq. Uşaq aslanı qaçmağa məcbur edəcək, amma aslan ona dəyməyəcək. Qurd qoyunların arasında bir çoban iti kimi gözətçilik edəcək. Qab su ilə dolduğu kimi yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa heç kimə ibadət edilməyəcək. Müharibə, davadan heç nə qalmayacaq... Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan bir narla doyacaq. Öküzün dəyəri bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq.
Deyildi ki:
“Ey Allahın Rəsulu! Nə üçün at o qədər ucuz olacaq?”
“Muharibə olmayacağı üçün ona ehtiyac qalmayacaq.”
“Nə üçün öküz o qədər bahalı olacaq?”
“Yer üzünün hamısı əkiləcəyi üçün o, çox lazım olacaq..” (İbn-i Macə bənzərini Əbu Ümamədən nəql etdi, Büyük hadis külliyatı, Rudani, 5-ci cild, s. 370-371-372)
İsa Əleyhissalam ümmətim içində dürüst hakim, ədalətli imam (hökmdar) olar... Bütün düşmənçiliklər zail olub gedər, zəhərli heyvanların zəhəri çəkilər. Hətta uşaq əlini ilanın ağzına salar, amma ilan uşağa zərər verməz. Qız uşağı aslanı qucaqlayar, amma aslanın uşağa zərəri toxunmaz. Qurd qoyun sürüsünün arasında onları qoruyan it kimi olar. YER ÜZÜ QAB SU İLƏ DOLDUĞU KİMİ SÜLH VƏ SEVGİ İLƏ DOLDURULAR. (O zamanda) bir kəlmə (yəni tövhid kəlməsi) olar və yalnız Allaha ibadət edilər. Müharibə AĞIRLIQLARINI (YƏNİ SİLAH-SURSATINI) BURAXAR... ( Ölüm, Kıyamet, Ahiret, s. 496-497)
(Hz. İsa Əleyhissalam) Sonra qırx il yaşayacaq. ONUN ZAMANINDA HEÇ KİM ÖLMƏYƏCƏK. İnsan qoyun və heyvanlarına (gedin otlayın) deyəcək; onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda ağızlarına bir sünbül belə almayacaqlar. İlan və əqrəblər heç kimə toxunmayacaq. Yırtıcı heyvanlar qapının önündə duracaq, amma heç kimə zərərləri toxunmayacaq. Adam bir ölçü buğdanı alıb öküzsüz və sapansız əkəcək, əvəzində yeddi yüz ölçü buğda alacaq. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve diriliş, s. 184)
Yeddi il boyu heç kəs heç kəslə düşmənçilik etməyəcək. (264- İbn Mende, a.e. II 958-9, el-Mukaddesi, a.e. Vr. 136- a 137- b)
Onun (Hz. İsa) zamanında torpaq dərinliklərindəki xəzinələrini ortaya çıxarar. İnsanlar mal və mülkə rəğbət bəsləməz. Həsəd və kin aradan qalxar. Allah hər bir zəhərli varlığın zəhərini yox edər. Uşaqlar ilan və əqrəblərlə oynayar, zərər görməzlər. Qurd qoyuna zərər verməz. İNSANLAR BİR-BİRLƏRİNİ ÖLDÜRMƏZLƏR. YER ÜZÜNƏ SÜLH HAKİM OLAR. Torpaq ilk dövrlərindəki kimi bol məhsul verər. (265- bk. Müsnet, II, 409, 437; es-Sefarini, Levami, II 95) (İslam inancı baxımından nüzul-i İsa məsələsi, Dr. Zeki Sarıtorpaq, Çağlayan yayınları, İzmir – 1997 Sayfa 96)
Səbəbləri ortadan qalxdığı üçün insanlar arasında KİN VƏ KÜDURƏTƏ YER VERİLMƏYƏCƏK.. (Kıyamet Alametleri, s. 242-243)
“Məryəm oğlu (İsa) şübhəsiz enəcəkdir.”... “DÜŞMƏNÇİLİK, KÜSKÜNLÜK VƏ QISQANCLIQ ORTADAN QALXACAQDIR.” (Əbu Hüreyrə (ə.s), Büyük Hadis Külliyatı, Rudani 5. Cild, s. 379)
Hz. Mehdinin (ə.s) dövründə qan axıdılmayacağına, yatan insanın belə oyadılmayacağına aid hədislər
İnsanlar bal arılarının ana arının ətrafında toplanması kimi, hz. Mehdinin (ə.s) ətrafında toplanarlar. Əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Elə ədalətli olar ki, YATAN KİMSƏ BELƏ OYADILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya sanki Əsri-Səadət dövrünə geri qayıdar.1
Hz. Mehdi (ə.s) Peyğəmbərin yolu ilə gedəcək, YATAN İNSANI OYATMAYACAQ, QAN DA AXIDILMAYACAQDIR.2
ZAMANINDA NƏ BİR KƏS YUXUSUNDAN OYADILACAQ, NƏ DƏ BİR KƏSİN BURNU QANAYACAQDIR.3
Ona (Hz. Mehdiyə (ə.s) beyət edənlər (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. YATANI OYATMAZ, ƏSLA QAN TÖKMƏZLƏR.4
Hz. Mehdi (ə.s) dövründə MÜHARİBƏ SONA ÇATACAQ, ORDULAR SİLAHLARINI VƏ LƏVAZİMATLARINI BURAXACAQLAR:
Müharibə də ağırlıqlarını (yəni silah-sursatını) buraxacaq.5
Hərb ağırlıqlarını (yəni silah və s.) buraxar. 6
Düşmənçilik və kini də qaldıracaqdır... Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaqdır. Din birliyi də olacaq, artıq Allahdan başqasına qulluq edilməyəcəkdir. Və bütün düşmənçiliklər, boğuşmalar, həsədlər itib gedəcəkdir.7
Hz. Mehdi (ə.s) dövründə YER ÜZÜ ƏDALƏTLƏ DOLACAQDIR:
Zülm və nifaqla dolu olan dünya O (HZ. MEHDİ (ə.s)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB-DAŞACAQDIR.8
Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DOĞRULUQ VƏ ƏDALƏTLƏ DOLDURAR.9
Hz. Mehdi dövründə YER ÜZÜ SÜLH İLƏ DOLACAQDIR.10
(Hz. Mehdi) düşmənçilik və kini aradan qaldıracaq. Zəhərli heyvanların zəhəri alınacaqdır. Hətta kiçik oğlan uşağı əlini ilanın ağzına salacaq, lakin ilan ona zərər verməyəcəkdir. Qurd qoyun-keçi sürüsünün içində köpək kimi olacaqdır. Qab su ilə dolu olduğu kimi YER ÜZÜ SÜLH İLƏ DOLACAQDIR. Din birliyi də olacaq, artıq Allahdan başqasına qulluq edilməyəcəkdir. Müharibə da ağırlıqlarını buraxacaqdır.11
Onun (Hz. Mehdi (ə.s)) zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcəkdir...12
Mənbələr
1. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 29 ve 48
2. Kıyamet Alametleri, sf. 163
3. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 44
4. El-Heytemî, El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 24
5. Sünen-i Ibn-i Mace, 10/334
6. İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496
7. Sünen-i Ibn-i Mace, 10/334
8. İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496
9. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20
10. Süneni-i Ebu Davud, 5/93
11. Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab 33, s. 331-3359
12. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43