Özlərinin cahil məntiq düşüncələrinə görə din yaşamağı düşünənlər bu ayənin üzərində dərin düşünməli və məntiq dininin səhv olduğunun fərqinə varmalıdırlar.
Məntiq dininə görə həyat
Öz məntiqləri ilə din əxlaqı meydana gətirənlərin əsas xüsusiyyətlərindən biri İslamın hökmlərini və Quran əxlaqını yalnız mənfəətləri ilə uyğun olduğu zaman yaşamalarıdır. Bu azğın inanca görə, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, zəkat vermək, səbir etmək, təvəkküllü olmaq, bağışlamaq, mülayim olmaq, ehtiyac içində olanları qorumaq ancaq mənfəətlərinə qarşı olmayanda tətbiq oluna bilər. Əgər cəmiyyətdə təqdir görüləcəksə, "Çox yaxşı insandır", - deyiləcəksə, bu ibadətlərin və gözəl əxlaq xüsusiyyətlərinin edilməsində bir problem görməzlər. Hətta mümkün olduqca çox təriflənmək üçün müsbət davranışlar göstərərlər. Ancaq hər hansı bir şəkildə cəmiyyətdən mənfi reaksiya görəcəklərini düşünəndə sanki bu dini məsuliyyətlərdən heç xəbərləri yoxmuş kimi davranarlar.
Bu məntiqin kökündə, şübhəsiz ki, bu insanların Allahın şanını lazımi kimi təqdir edə bilməmələri və axirətin varlığına da qəlbən iman gətirməmələri durur. Çünki bu insanlar həyatlarının bir hissəsini Quran əxlaqını və sünnələri yaşamağa ayırır, qalan hissəsini isə dünya həyatını yaşamağa həsr edirlər. Bəzən elə bir vəziyyət yaranır ki, günün demək olar ki, 23 saatı din əxlaqından uzaq keçirərkən, din əxlaqını yaşamağa bir saat ayrılır. Hətta çox vaxt bir saatın ayrılması belə çox görülür.
Buna bənzər bir vəziyyət Allah yolunda zəkat vermək lazım olduğunda da ortaya çıxır. Ümumiyyətlə, bu insanlar dünyəvi dəyərlərə çox əhəmiyyət verirlər. Bəzən kasıblara sədəqə verməyi, müəyyən dövrlərdə ehtiyac içində olanlara yardım etməyi kafi görürlər. Əlbəttə, bunlar gözəl və təşviq edilməli davranışlardır. Ancaq bu insanların sədəqə verərkən, ya da kömək edərkən əsl məqsədləri, əsasən, cəmiyyət tərəfindən təqdir edilmək, xeyirxah, xeyriyyəçi adını qazanmaqdır.
Məntiq dinini yaşayanların ən böyük səhvlərindən biri isə bütün bu yanlış və azğın inanclara baxmayaraq, özlərinin İslam əxlaqını yaşadıqlarını düşünümələridir. Halbuki, əsl İslam əxlaqının bu şəxslərin həyatı, dünyagörüşü və məntiqi ilə heç bir əlaqəsi yoxdur.
Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə görə həyat
Allah Quranda iman gətirənlərin bütün həyatlarının Allah rizasına uyğun olduğunu bildirmişdir. Saleh möminlər məktəbə gedəndə də, ticarətlə məşğul olanda da, mövqe sahibi ikən də, bütün gün evdə olarkən də, xəstə və ya sağlam vaxtı da yalnız Rəbbimizin razılığı üçün yaşayarlar. Bir Quran ayəsində bu şəkildə buyurulmuşdur:
Ayədən açıq şəkildə aydın olduğu kimi, saleh möminlərin həyatında bir az Allah rizası üçün, bir az nəfs üçün kimi bir düşüncəyə əsla yer yoxdur. Etdikləri hər işdə Allahın razılığı, rəhməti və Cənnətini qazanma cəhdi vardır. Bir başqa ayədə isə iman gətirənlərin bu xüsusiyyətləri belə bildirilmişdir:
Saleh möminlər Allahdan səmimi qorxduqları üçün və axirətdə hesab verəcəklərinin şüuru ilə etdikləri hər ibadəti ixlasla yerinə yetirməyə cəhd göstərərlər. Allahın razılığının ən çoxunu qazanmaq üçün bütün imkanlarını səfərbər edərlər. Həyatlarının heç bir anında dünya dəyərlərini itirəcəklərindən qorxmazlar. Allaha qəlbən təslim olub, yalnız Allah üçün yaşayarlar. Din əxlaqını yaşamaq üçün öz nəfslərinə uyğun olanı seçməz, Allahın əmr etdiyi şəkildə yaşayarlar. Allahdan qorxduqları üçün pis iş görməkdən çəkinər, yaxşı işlərdə bir-birlərilə yarışarlar. Əgər bir insan din əxlaqının hökmlərini yaşamağı batil adət-ənənələri və ya vərdişləri ucbatından məntiqinə uyğun görməsə (Allahı tənzih edirik), nə baş verər? O zaman din əxlaqını yaşamayacaqmı? Əlbəttə, möminlər üçün belə vəziyyət əsla mümkün deyil. Möminlər nə olursa olsun, din əxlaqını yaşayarlar. Rəbbimizin Quranda əmr etdiyi və Peyğəmbərimizin (s.ə.v) həyatı boyu yaşadığı əxlaq da budur. Bu, əsl İslam əxlaqıdır. Sevimli Peyğəmbərimizin (s.ə.v) yoluna tabe olan bütün müsəlmanların əxlaqı İslam əxlaqı olmalıdır.
Peyğəmbərimizin (s.ə.v) dövründə məntiq dininə görə yaşamaq istəyənlər
Peyğəmbərimiz (s.ə.v) Allah qatında seçilmiş, şərəfli və mübarək bir insandır. Həyatı boyu Rəbbimizin vəhyini təbliğ etmək və insanları haqqa dəvət etmək üçün böyük və nümunəvi mübarizə aparmışdır. Peyğəmbərimizin (s.ə.v) iman gətirməyənlərə və müşriklərə qarşı apardığı mübarizə ilə yanaşı, özünü müsəlman olaraq xarakterizə edən, ancaq İslam əxlaqını yaşamayanlara qarşı da böyük bir mübarizəsi olmuşdur. Bu insanlar hz. Muhəmmədə (s.ə.v) vəhy edilən haqq din əxlaqını yaşamaq yerinə, öz batil adət-ənənələri ilə qarışıq, mənfəətlərinin heç bir zərərə uğramadığı cahil bir din anlayışı yaratmağa çalışmışlar. Yanlış məntiqlərinin məhsulu olan bu anlayışı yaşamaq üçün bir çox bəhanə və yalan uydurmuşlar.
Məlumdur ki, Peyğəmbərimizin (s.ə.v) dövründə iman gətirməyənlərlə və müşriklərlə müxtəlif döyüşlər olmuş, Allah Peyğəmbərimizə (s.ə.v) və saleh möminlərə böyük zəfərlər nəsib etmişdir. Döyüşlər, müşriklərin təzyiqi və s. kimi görünən çətin şərait məntiq dininə görə yaşayanların əsl simalarını ortaya çıxarmışdır. Məsələn, müsəlmanların üzərində müşriklərin təzyiqinin artdığı vaxt bu düşüncəyə malik olan insanlar saleh möminlərə də təlqinlər etməyə cəhd etmiş, mənfəətlərini qarşıya qoyaraq mübarizədən qaçmışlar. Bir ayədə belə buyurulur:
Bir başqa ayədə isə bu şəxslərin Peyğəmbərimizlə (s.ə.v) birlikdə döyüşməyə çağırıldıqlarında döyüşə bilmədiklərini qarşıya qoyduqları bildirilir:
Gördüyümüz kimi, məntiq dininə görə, çətinlik meydana gəldiyi zaman maddi dəyərlərin zərər görməsi, həyat şəraitinin pozulması ehtimalı olduqda mənfəətlərin və nəfsin qorunması üstünlük təşkil edir. Yəni məktəb, iş, var-dövlət, mövqe, gələcək kimi mövzularda ən kiçik bir risk meydana gəldikdə Allahın razılığına görə deyil, fərdi mənfəətə görə davranılır. Rəbbimiz Peyğəmbərimizin (s.ə.v) dövründəki bu insanların dünya həyatı ilə əlaqədar mövzular olanda Peyğəmbərimizi (s.ə.v) buraxaraq o işlərə yönəldiklərini bu şəkildə bildirmişdir:
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)
Rəbbimizin də bildirdiyi kimi, saleh möminlər üçün Allah qatında olanlar dünyəvi dəyərlərdən daha xeyirlidir. İman gətirənlər mallarını və canlarını Allah yolunda satmışlar. Allah yolunda xidmətlərində heç bir şərt güdməzlər. Bu, möminlərin sevinc və şərəf duyduqları bir vəziyyətdir. Çünki iman gətirənlər üçün əsas axirətdir. İnananlar dünya həyatının keçici bir məkan olduğunu, hər kəsin qədərdə təyin olunan vaxt gəldiyində öləcəyini və təkbaşına hesab verəcəyini bilir və buna görə hərəkət edirlər. Bu səbəbdən, möminlərin yaşadıqları bu həyat bir-birlərilə müjdələşmələrini tələb edən bir gözəllikdir. Uca Allah bir Quran ayəsində belə buyurmuşdur:
Səhabələrin nümunəvi əxlaqı
Peyğəmbərimizin (s.ə.v) dövründə məntiq dininin tərəfdarları ilə yanaşı, qəlbən Allaha və elçisinə bağlı, heç bir tərəddüd etmədən hər zaman Peyğəmbərimizin (s.ə.v) yanında olan saleh möminlər də vardı. Səhabələr Məkkədən Mədinəyə hicrət edərkən, Mədinədə hicrət etmiş qardaşlarını qarşılayarkən, qızğın döyüşlərdə vuruşarkən, müşriklərin işgəncə və təzyiqlərinə məruz qalarkən, mallarını zəkat verərkən bütün iman gətirənlərə nümunə olan üstün fədakarlıqlar göstərmişlər.
Məsələn, yanlış məntiqlərinə görə din axtaranlar həm özləri mallarını zəkat verməkdən qaçmış, həm də digər müsəlmanlara zəkat verməməyi təlqin etmişlər. Quranda onların bu əxlaqsızlığı belə bildirilmişdir:
Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki, göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. (Munafiqun surəsi, 7)
Səhabələr isə malın və mülkün tək sahibinin Allah olduğunu bilərək bütün imkanlarını Allah yolunda səfərbər etmişlər. Bu mübarək insanlardan biri də hz. Əbubəkrdir. Tarixi qaynaqlarda hz. Əbubəkrin müsəlmanların güclənməsi və İslamiyyətin yayılması üçün bəlkə də dəstəyə ən çox ehtiyac olan bu dövrdə sahib olduğu bütün malını böyük bir şövq və istəklə zəkat verdiyi bildirilir:
Peyğəmbərimiz (s.ə.v) və səhabələrin həyatında İslam əxlaqının necə olacağına dair bir çox nümunə var. Səmimi qəlblə iman gətirən müsəlmanlar da özlərinə hz. Muhəmməd (s.ə.v) və onun sadiq davamçılarını nümunə götürməlidirlər.