Son illərdə dünyada cəmiyyətin islam əxlaqına yönəldiyi açıq-aşkar görünən həqiqətdir. Dünya daxilində islama olan maraq hər gün artır, Quranı oxuyub Peyğəmbərimiz (s.ə.v)in həyatını araşdıran bir çox insan özünə din olaraq islamı seçir. Araşdırmalar zamanı və təşkil edilən ictimai yoxlamalara görə insanların həyatında dinin çox əhəmiyyətli yer tutduğunu, əvvəlki zaman ilə müqayisədə çox insanın dini dəyərlərə əhəmiyyət verməyə başladığını və mənəviyyata yönəldiyini göstərir. Dünyanın bir çox ölkəsində yaşanan bu dini şüurlanma və islama yönəlmə, dünya tarixində yeni dövr başlanğıcının ən əhəmiyyətli işarələrindən biridir.
Son otuz ildir dünya daxilində müsəlmanların sayında artım müşahidə olunur. 1973-cü ilin statistik məlumatları, dünyada müsəlman əhalisinin 500 milyon olduğunu göstərirdi. Bu gün bu rəqəm 1.5 milyardı keçmişdir.
Dünya Katoliklərinin ən yüksək dini nüfuzu olan Vatikanın qəzeti L'Osservatore Romano da ötən günlərdə bütün islam aləmi üçün müjdə olan bu mövzunu gündəmə gətirmişdir.
Müsəlmanların sayının Katolikləri keçdiyini və islamın dünyanın ən böyük dininə çevrildiyinin vurğulandığı xəbərdə Vatikanda vəzifəli şəxslərdən Monsenyor Vittorio Formenti də , tarixi açıqlama etmişdir:
“Dünyanın ən böyük dini artıq İslamdır!” (1)
31 Mart 2008 tarixində Reuters xəbər agentliyi tərəfindən nəşr olunan bir xəbər, islamiyyətin dünya səviyyəsindəki oyanışını və yaşanan bu yeni dövrün təfərrüatlarını ortaya qoymuşdur. Dünya Katoliklərinin ən yüksək dini nüfuzu olan Vatikanda vəzifəli şəxslərdən biri olan və Vatikanın 2008 illiyini hazırlayan Vittorio Formentinin Vatikanın qəzeti L'Osservatore Romanoda-kı açıqlamalarına görə, 2006-cı il rəqəmlərinə baxdıqda müsəlmanların sayının dünya əhalisinin 19,2%-nə çatdığını və Katoliklərin sayıın isə 17.4% nisbətində qalmışdır. Monsenyor Formenti “Artıq zirvədə deyilik. Müsəlmanlar bizi keçdi” deyə əlavə edərək, eyni zamanda da islamiyyətin dünya səviyyəsindəki qalibiyyətini elan etmişdir.
Bundan otuz-qırx il əvvəl insanların böyük `əksəriyyəti İslam haqqında heç bir məlumata sahib deyilkən, bu gün İslam, dünyanın dörd bir tərəfində ən çox danışılan, haqqında ən çox proqramlar hazırlanan, yazılar yazılan, araşdırmalar edilən dinə çevrilmişdir. Əlbəttə ki bu vəziyyətin insanların islamı öyrənməsində böyük rolu vardır. Bir tərəfdən bu proqramları, yazıları, araşdırmaları, hesabatları hazırlayanlar islam haqqında geniş məlumata sahib olarkən, digər tərəfdən də bu məlumatları dərc edən şəxslər , bəlkə də həyatlarında ilk dəfə islamla əlaqədar belə geniş məlumatlar əldə etmə fürsətini qazanmışlar. Beləliklə də məlumatsızlıq və ya səhv məlumatlandırma səbəbi ilə islamı öyrənməmiş insanlar da axın-axın islama yönəlirlər.
Dünya tarixi üçün dönüş nöqtəsi olan İslama yönəliş necə reallaşdı?
Bütün dünyada din əxlaqına və xüsusilə islama yönəlişin təməlində, başda Darvinizm olmaqla din əxlaqına uyğun olmayan ideologiyaların elmi məğlubiyyəti vardır. 18-ci əsrdə başlayan dindən uzaqlaşma prosesi, 19-cu əsrdə Darvinin təkamül nəzəriyyəsi ilə “dırnağarası” elmi dayaq tapmış və sürət qazanmışdı. Ancaq 20-ci əsrdə elm və texnologiyada yaşanan inkişaflar, Darvinizmin xəyali hekayədən ibarət olduğunu, elmi dəyər daşımadığını göstərdi. Elm bəzilərinin ümid etdiyi kimi materializmin və dinsizliyin doğru olduğunu təsdiq etmədi. Əldə edilən hər yeni tapıntı və hər yeni kəşf, yaradılışın danılması mümkün olmayan bir həqiqət olduğunu ortaya qoydu. Darvinizmin elm tərəfindən yalanlandığının görülməsi, paleontologiya, genetik, biologiya, mikrobiologiya, zoologiya, arxeologiya kimi bir çox elm sahəsinin təkamülün heç bir zaman yaşanmadığını ortaya qoyması, geniş kütlələrin həqiqətləri görməsinə səbəb oldu.
“Avropanın dini islam olacaq” (CNS News.com, 2 Mart 2007)
“İtalyan dövlət məktəblərində islam öyrədilir” (islamonline)
“Həccə gedən Rus Müsəlman qrupunun sayı artdı” (Religio News)
Bütün bu inkişaflar nəticəsində 1,5 əsrdən bəri davam Darvinizm və materializmin insanlara göstərdiyi təzyiq, artıq həqiqətləri inkar edə bilmir. Müxtəlix ölkələrdə keçirilmiş anket sorğuları xalqın artıq Darvinizm nağılına inanmadığını göstərir. Türkiyə buna ən bariz nümunələrdən biridir. 80-ci illərdə xalqın yarısından çoxunun Darvinizmə inandığı halda, bu günkü anketlər xalqımızın 75%-nin təkamülə inanmadığını ortaya qoyur. (Türkiyə İqtisadi və İctimai Etüdlər Vəqfi (TESEV)ın ictimaiyyət arasında keçirtdiyi anket sorğusuna əsasən bu gün ölkəmizdə “insanı Allah yaratmışdır” deyənlərin sayı 87.4%-dir.) Darvinizmə qarşı aparılan böyük elmi mübarizə başda Avropa olmaqla dünyada da öz təsirini göstərir. Məsələn;
* Fransız Science Actualités tərəfindən hazırlanan anketdə, insanların təkamül ilə meydana gəlmədiyinə inananların sayı 92%, təkamülə inananların sayı isə 5% olaraq çıxmışdır.
* Süddedeutsche Zeitung adlı məşhur Alman qəzetinin keçirdiyi anketə görə, insanın bir Yaradıcının əsəri olduğuna inananların sayı 85%, təkamül nəzəriyyəsinin etibarlı olduğunu düşünənlərin sayı isə yalnız 9% idi.
* Avropada insanların fikirlərindəki dəyişiklikləri aşkarlayan anketlərdən biri də İsveçrədə nəşr olunan Blickin anketi oldu. Bu anketdə Yaradılışa inananların sayı 85%, təkamül nəzəriyyəsinə inananların sayı isə 8% olaraq çıxdı.
Bu yer verdiyimiz bir neçə anketdəki nəticələronu göstərir ki: kainatın və canlılığın mənşəyinin kor təsadüflər olmadığını, bütün varlıqların üstün güc və qüdrət sahibi olan Uca Allah tərəfindən yaradıldığını görən bütün insanlar axınla dini dəyərlərə və haqq din olan islama yönəlirlər. Bəzən bir qəzet başlığında, bəzən bir televiziya xəbərində insanların fikirlərində olan bu dəyişikliklər bir-biri ardınca sıralandıqda yaşananların nə qədər möhtəşəm olduğunu görürük. Çox vaxt yalnız gündəm xəbərlərindən hər hansı biri kimi təqdim edilən bu hadisələr, əslində islam əxlaqının dünyaya çox sürətli şəkildə yayıldığının çox əhəmiyyətli işarələridir.
Yaşanan bütün bu hadisələr Quranda belə bildirilir“İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini gördüyündə, dərhal Rəbbini həmd ilə təsbeh et və Ondan bağışlanma dilə.” (Nəsr Surəsi, 2-3) Allah bu vədini şübhəsiz tamamlayacaq. İman edənlər isə əllərindən gəldiyi qədər bu yolda səy göstərməklə mükəlləfdirlər.
İslam əxlaqının təsirlərini göstərən əhəmiyyətli hadisələr
* Dünyanın ən nüfuzlu dövlət adamlarının danışıqlarında Quran ayələrinə yer vermələri və hər fürsətdə Quran əxlaqını tərifləmələri,
* Məscidləri ziyarət etməyə başlamaları və bu ziyarətləri əsnasında islam haqqında geniş məlumatlandırılmağı tələb etmələri,
* Dünya tarixində ilk dəfə, Papanın Xristianları Müsəlmanlarla birlikdə bir gün oruc tutmağa dəvət etməsi,
* Xristian din adamlarının danışıqlarında Qurandan ayələr oxumaları,
* Quranın Qərb ölkələrində həftələr boyu ən çox satılan kitab olması,
* Beynəlxalq televiziyalarda islamı tanıdan xüsusi xəbərlər, reportajlar və müzakirə proqramlarının insanlara seyr edilməsi,
* Dünyanın ən məşhur qəzetlərində islamın izahı və müsəlmanlar barədə xəbərlər nəşr edilməsi
Kitabxanalarda ən çox tələb edilən kitabların islamı və islam tarixini izah edən kitablar olması şübhəsiz islam əxlaqının təsirlərini göstərən hadisələrdir.
11 Sentyabr hücumlarının sosioloji nəticəsi
Başda müsəlmanlar olmaqla bütün dünyanın şiddətlə qınadığı 11 Sentyabr hücumları, bir anda insanların -xüsusilə Amerikan vətəndaşlarının- diqqətlərini islama çevirmələrinə səbəb oldu. İslamın necə din olduğu, Quranda nələrin izah edildiyi, müsəlmanın məsuliyyətlərinin nələr olduğu və həqiqi bir müsəlmanın necə yaşaması lazım olduğu Qərbdə ən çox danışılan mövzu oldu. Bu maraq təbii olaraq bir çox ölkədə İslama yönələn insanların sayında böyük artıma səbəb oldu. Beləcə 11 Sentyabr hücumlardan sonra bir çox insan tərəfindən dilə gətirilən, “bu hücumun dünya tarixinin gedişatını dəyişdirəcək hadisə olduğu” şəklindəki açıqlamalar, həyata keçməyə başladı.
Orta əsrlər qaranlığından iman aydınlığına artışı.
İslamın qarşısı alına bilməyən zəfəri.
Amerikada sürətlə yayılan İslam.
* Amerikanın məşhur jurnallarından The Christianity Today jurnalı, “Are Christians Ready for Muslims?” (Xristianlar Müsəlmanlar üçün Hazırmı?) başlığı ilə nəşr etdiyi xəbərdə, islamın Amerikadakı yüksəlişinə belə yer vermişdir:
“2015-ci ildə İslamın Yəhudiliyi keçərək Amerikanın ikinci ən böyük dini olacağı təxmin edilir. Bəzi təxminlərə görə isə, bu çoxdan həyata keçib. Qərbə köç edən müsəlmanlar, Qərbin mədəni və dini dəyərlərində bir sıra dəyişikliklərə səbəb oldular.
- Detroitdə olan bir xəstəxana müsəlman xəstələrinə Quran paylayır,
- Denver Beynəlxalq Aerodromda müsəlmanların ibadət etmələri üçün məscid açıldı,
- Amerikan Senatı açılış mərasimi üçün müsəlman din adamı dəvət etdi,
- Ordu müsəlman din adamlarını vəzifəyə qoydu,
- Ağ Ev (eynilə Milad kartları kimi) Ramazan Bayramı üçün təbrik kartları göndərməyə başladı,
- Vaşinqtondakı Səudiyyə Ərəbistan Səfirliyi hər ay həbsxanalara 100 Quran hədiyyə edir və məhkumlarla görüşməsi üçün imamlar göndərir.
- Ira Rifkinin Religion News tərəfindən bildirdiyi xəbərə görə isə (30 Noyabr 1999), Konqresdə çalışan müsəlmanlar hər həftə nizamlı olaraq ibadətlərini yerinə yetirirlər.”
* “6 milyondan ibarət olan İslam, Birləşmiş Dövlətlərdə köç edənlərin və islamı seçənlərin sayının artması sayəsində ən sürətlə yüksələn din olaraq adlandırılır. Mövzunun mütəxəssisləri tərəfindən ildə təxminən 25 min adamın islama döndüyü təxmin edilir. Bəzi mütəxəssislər isə bu ədədin 11 Sentyabr hadisəsindən sonra dörd qat daha artdığını ifadə edirlər… Mütəxəssislər islamın universal mesajı ilə insanlara təsir etdiyini söyləyirlər. Digər dinlərlə ortaq inancların çoxluğu və Hz. İsanın, Hz. İbrahimin və İncildə bəhsi keçən bir çox peyğəmbərin müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilməsi insanların islama yönəlmələrinin səbəblərindən biridir. İnsanlar yalnız kəlmeyi-şəhadət gətirərək müsəlman ola bilirlər.” (The New York Times, 22 Oktyabr 2001)
* İslamın Amerikadakı belə sürətlə yüksəlişi, Amerikan ordusunun internet saytında nəşr olunan “Islam is Growing an America” (İslam Amerikada böyüyür) başlıqlı xəbərdə də bu şəkildədir:
“Müsəlmanlar islam dininə inanan insanlardır. Bu insanlar Birləşmiş Dövlətlərdə hər yerdə qarşınıza çıxa bilər. Sizin həkiminiz və ya taksi şoferiniz də ola bilər. Restoranlarda sizə yemək təqdim edə və ya hüquq məsləhətçiniz ola bilər. Getdikcə artaraq, sizinlə eyni mövqedə və hətta eyni döyüş təyyarəsində ola bilərlər. Amerika Birləşmiş Dövlətlərində islam ən sürətli yüksələn dindir.”
Latınlar “Qadınlara hörməti” İslamda görürlər
Cənubi Kaliforniya Amerika- islam səlahiyyətliləri, hər keçən gün daha çox Latın insanın islamı qəbul etdiyini qeyd etdi.
İslamiyyəti seçən Latın mənşəli insanlar, islamiyyətdə onlara: sadəlik, Allahla olan birbaşa əlaqə və ən çox qadınlara qarşı olan hörmətin təsir etdiyini ifadə edirlər.
İslamın Avropada yenidən yüksəlişi
* Chicago Tribune-də (19 dekabr 2004) “İslamın şəkilləndirdiyi Yeni Avropa” başlıqlı yazıda, tarixdə ilk dəfə olaraq müsəlmanların Qərb dünyasında bu qədər böyüməkdə və genişləməkdə olduğu və son 20 ildə Qərbi Avropadakı qədər heç bir yerdə iki qatdan çox artdığının görülmədiyi vurğulanmışdır. İslamın Amsterdamdan Parisə və Madridə qədər yayıldığı ifadə edilərək əsrin ortasına qədər ən az hər beş Avropalıdan birinin müsəlman olacağı açıqlanmışdır.
* K. Housedə (K. House, İncilə inanan, dəstəkləyən və incil üzərində işləyən sayt) “Avropa islamlaşırmı?” başlıqlı yazıda, islamiyyətin sürətlə Avropanın mədəni və siyasi həyatda əhəmiyyəti bir yer tutduğu bildirilmişdir. Saytda bildirilən məlumata görə, bu gün Avropada 55 milyon müsəlman yaşayır və islamiyyət ən geniş mövqeyə çatmışdır. Hazırki dövrdə islam dinini qəbul edən insanların saylarındakı sürətli artım əsasən Avropadakı müsəlmanların sayının sürətlə artmağa davam edəcəyi görülməkdədir. Bu həqiqəti Princeton Universiteti keçmiş tarix professoru və eyni zamanda islam tarixi və orta şərq mütəxəssisi olan Bernard Lewis, “Avropa əsrin sonuna qədər islamlaşacaq” deyə vurğulamışdır.
40 İl sonra Almaniya əhalisinin əksəriyyətini Müsəlmanlar təşkil edəcək
Almaniyanın Sest şəhərindəki İslam Araşdırma İnstitutu Mərkəzində mütəxəssislərə görə, 2046-cı ildə Almaniyada insanların çox hissəsi müsəlman olacaq. Bunun əsas səbəbi daima Müsəlman immiqrantların gəlməsi və yerli Almanların İslamı seçməsi olaraq göstərilir. 2004-2005-ci illər arasında təxminən 4 min Alman islamı seçdi.
İngiltərədə məscidə gedənlər artdı
İslamiyyət İngilislər arasında sürətlə yayılır. İngiltərədə son bir neçə illər ərzində minlərlə adam Müsəlman oldu. İngilis Daily Telegraph qəzetinə görə, ölkədəki Müsəlman cəmiyyəti bu cür sürətlə artmağa davam etsə, 2013-cü ildə nizamlı olaraq məscidə gedən müsəlmanların sayı bazar günləri ayin üçün kilsəyə gedən Xristianların sayını keçəcək.
İslam Avstriyanı fəth edir
İslam Dini təşkilat Başçısı, eyni zamanda da Avstriyalı müsəlmanların nümayəndəsi Enes Fiakfeh, İslamiyyətin dərs olaraq Avstriya məktəblərinə ilk öyrətilməyə başladığı ilin 1982-1983 təhsil-tədris dövrü olduğunu ifadə edərək, sözlərini belə davam etdirdi: “O zamanlar, 200-220 şagird üçün, yalnız 5 müəllim olardı. Bu gün isə müsəlman müəllimlərin sayı 300-ə, islam dini məktəblərinin sayı isə Avstriyada 1800-ə çatdı. İslam dininin dərs olaraq verildiyi məktəblərə 3000 fərqli məktəbdən şagird islam dinini öyrənmək üçün gəlir. İslam Qurumuna aid 12 məktəb və bu məktəblərdə dərs verən cəmi 60 müəllim var. Bir çox Avstriyalı Xristian Müsəlman oldu. Artıq islam Avstriyanı fəth edir.”
Dünyanın digər bölgələrindən nümunələr
* Rusiyada Müsəlman Artır.
ABŞ Sovet Sosialist Respublikalar Birliyi (SSCB) mütəxəssisi Paul Goble, Amerikanın Səsi Radiosunda bildirdiyi şərhində Rus əhalisinin get-gedə azaldığını və bunun əksinə olaraq ölkədəki müsəlman əhalisinin isə artdığını xatırlatdı və25 il sonra bu ölkədə tarazlıqların dəyişəcəyinə işarə etdi.
Goble Rusiyanın indidən Avropada ən çox Müsəlmanın yaşadığı Xristian ölkə mövqeyində olduğunu və 2030-cu ilə qədər Rusiyadakı Müsəlman əhalisinin Rus əhalisini keçəcəyini qeyd etdi.
Yaponiyada islam doğulur
İslam Xəbər Agentliyi jurnalının Yapon Müsəlmanları Birliyi Başçısı Dr. Xalid Galluşah verdiyi məlumata görə, Buddizm ilə fiintoizm kimi iki inancın hakim olduğu Yaponiyada müsəlmanların sayı 50 mini Yapon əslli olmaqla təxminən 300-350 mindir. Yaponiyanın hər tərəfinə dağılan müsəlmanlara aid 100 islam təşkilatı və 180-ə qədər də məscid var.Tokio islam mərkəzinin müdiri bildirmişdir ki, Yaponların islama olan böyük marağı get-gedə artırvə minlərlə Yapon islamı qəbul edir.
Yaponiyadakı islam mərkəzinin Türk müəllimlərindən Nemətullah müəllim də Yaponiyada bundan 20 il əvvəl yalnız 2 məscid olduğunu, indi isə irili-xırdalı məscidlərlə birlikdə 400-ü keçdiyini və bəzən gündə 50 adamınYaponiyada fəaliyyət göstərən İslam mərkəzinə gəlib müsəlman olduğunu ifadə etdi.
Qazaxıstan İslama yönəlir
Qazaxıstanda 1.756 məscidin fəaliyyət göstərdiyi qeyd edildi.
Məscid və mədrəsələrin sayının artdığını və 10 minə qədər Qazaxıstan vətəndaşının da həcc ibadətini yerinə yetirdiyi ifadə edildi.
Çox fərqli inanclarda 150-yə yaxın fərqli birliyin yaşadığı Qazaxıstan əhalisinin 9 milyonunu Qazaxlar, 4.5 milyonunu isə Ruslar və digər Slav xalqları meydana gətirir.
Ölkə əhalisinin hamısının55%-i, Kazak əsllilərin isə 70%-i müsəlmandır.
Toqoda İslamiyyət
Afrika qitəsinin qərbində yerləşən Toqoda islamiyyəti qəbul edənlərin sayı gün keçdikcə artır. Toqo bir vaxtlar müsəlmanların az olduğu Qərbi Afrika ölkəsi idi. İndi isə müsəlmanların çoxluq təşkil etdiyi islam mərkəzinə çevrildi.
Toqo müsəlmanları hər səhər namaz qıldıqdan sonra Quran əzbərləməyə başlayırlar.Quranı əzbərləmək Toqo müsəlmanları tərəfindən böyük maraqla qarşılanır və dərslərə qatılanların sayı hər gün artır. Toqo Dövlət Başçısı da Xristian olmasına qarşı bütün İslami hadisələrə qatılır.
Yeni dövrdə Türkiyənin oynayacağı rol
Yazının başında da ifadə etdiyimiz kimi dünya, artıq yeni dövrə girib. Bu dövr islami dəyərlərin yüksəlməsindən dolayı müsəlman ölkələrin gündəmdə olacağı dövr olacaq. Uzun müddətdir Qərb və islam mədəniyyəti arasında qurulmağa çalışılan dialoq 11 Sentyabr hücumlarından sonra artıq zərurət halına gəlmişdir. Qərb ölkələri islamı tanımaq və anlamaq müddəti içərisindədir. Baxbu müddətdə əhalisinin 99%-i müsəlman olan, eyni zamanda müsəlman ölkələr arasında Qərbli dəyərləri mənimsəmiş bəlkə də tək ölkə mövqeyindəki Türkiyəni əhəmiyyətli bir liderlik vəzifəsi gözləyir: Dünyaya sülh və əmin-amanlıq gətirəcək islam birliyini qurmaq və bu birliyə başçılıq etmək. Bu məsələdə Türkiyənin əsas mövqeyə sahib olduğu açıq həqiqətdir. Çünki Türkiyə;
* Bəhs etdiyimiz kimi islam Birliyini qurmuş və beş əsrdən də çox müvəffəqiyyətlə idarə etmiş Osmanlı imperatorluğunun varisidir.
* Demokratik və dünyəvi quruluşuna görə Türkiyə Qərbin dəyərləri ilə islamın dəyərlərinin zidd düşmədiyinin konkret nümunəsidir.
* İslam dünyası ilə Qərbi birləşdirə biləcək tək ölkədir.
* İslam dünyasının Qərb ilə ən yaxın əlaqəsi olan tək ölkədir ki, Qərb ilə islam dünyası arasındakı problemlərin həllinə Allahın icazəsi ilə həll gətirəcək.
Bununla birlikdə sahib olduğu tarixi miras Türkiyəni təbii olaraq liderlik mövqeyinə yerləşdirməkdədir.
Bütün bu xüsusiyyətlər dünyanın girdiyi bu yeni dövrdə Türkiyəyə müvəffəqiyyətlər qazandıracaqdır. Bu üstünlüklər bir müddət sonra Qərb dünyasındakı araşdırmaçılar, stratejistlər, dövlət adamları və jurnalistlər tərəfindən də dilə gətiriləcəkdir. Məsələn, ABŞ-ın keçmiş başçısı Bill Clinton 1999-cu ildə Türkiyəyə ziyarətində Türkiyənin 21-ci əsrin lideri olacağını bu şəkildə bildirmişdir:
“Türkiyə, Avropa, Asiya və Afrikanı içinə olan milyonlarla km2-lik sahədə, dünya siyasətinin mərkəzi olan bölgədə söz sahibi bir ölkə olduğu üçün 21-ci əsrin formalaşmasında kilid rol oynayacaq.”(2)
Türkiyənin gələcək dövrdə kilid mövqeyə sahib olacağına diqqət çəkənlərdən biri də məşhur jurnalist Stephen Kinzerdir. 1996-2000-ci illər arasında The New York Times qəzetinin Türkiyə nümayəndəsi olan Kinzer, 11 Sentyabr hücumlarından dərhal sonra, CNN televiziyasında etdiyi strateji qiymətləndirmələrdə Türkiyənin mövqeyinə yenidən diqqət çəkmişdir:
“Türkiyənin tuta biləcəyi mövqeyə diqqət çəkmək istəyirəm. Əgər Türkiyə daxili problemlərini həll edə bilsə, müsəlman demokratiyasının bariz nümunəsi olaraq qarşımıza çıxacaqdır. Müsəlman dünyası üzərində böyük təsiri ola bilər və beləliklə bütün dünyanı dəyişdirə bilər.”
. Təxminən altı əsr dünyaya yön verən Osmanlı imperatorluğunun mirasına sahib olan Türkiyə üçün bu missiyanı həyata keçirmək Allahın iznilə heç də çətin olmayacaq. Dünyanın etnik və dini müxtəliflik baxımından ən rəngli və idarəsi ən çətin olan bölgələrini əsrlər boyu hakimiyyəti altında tutan Osmanlı dövlətinin gücü Quran əxlaqından aldığı mənəvi dəyərlər olmuşdur. Milli və mənəvi dəyərlərinə sahib çıxan, sahib olduğu mədəniyyəti lazımınca qiymətləndirən və hər zaman Qərbə meylli olan türkiyə, eynilə keçmişdə olduğu kimi gələcəkdə də tarixə yön verənlər arasında olacaqdır.
Avropadakı islam mərkəzlərindən birinin rəhbəri, təxminən bundan 10 il əvvəl, Avropalı Xristianlarla bağlı mühüm açıqlama vermişdir: bugün “dinsizliyin nəzərə çarpacaq qədər ortadan qalxaraq, Avropalıların islamiyyətə yönəlməsinin” əslində sürpriz olmadığına diqqət çəkmişdir:
“50 il ərzində Avropa ya islamlaşacaq və ya açıq-aşkar islamın təsiri altına düşəcək. Üstəlik bu inkişaf üçüncü dünya ölkələrindən gələn immiqrantlarla deyil, kommunizmin iflası və kapitalizmin daxildən çöküşü nəticəsində islamın tək alternativ olduğunun başa düşülməsi sayəsində reallaşacaq.” (Aktual, Sayı 402, 1-7 Aprel 1999)
21-ci əsrin müjdəsi: İslam əxlaqı Hz. Mehdi və Hz. İsanın gəlişi ilə dünyanı işıqlandıracaq
Vatikanın verdiyi məlumatlar başda olmaqla bütün məlumatlar nəzərdən keçirildikdə, dünyada sürətlə islama yönəlişin olduğu, İslamın dünya gündəminin gedərək ən əhəmiyyətli mövzusu olduğu ortaya çıxır. Bu yeni dövrdə Allahın iznilə Quran əxlaqı insanlar arasında yayılmağa davam edəcək. Bilmək lazımdır ki, islam dininə yönəliş 14 əsr bundan əvvəl Quranda müjdələnilmişdir. Uca Allah ayələrdə belə buyurmuşdur:
“İnsanların Allahın dininə dəstə-dəstə girdiklərini gördüyündə, dərhal Rəbbini həmd ilə təsbeh et və Ondan bağışlama dilə.” (Nəsr Surəsi, 2-3)
Bu ayələrlə birlikdə Peyğəmbər əfəndimiz (s.ə.v)in bir çox hədisində də Quran əxlaqının dünyaya hakim olacağı bildirmişdir. Buna görə axır zaman olaraq adlandırılan qiyamətdən əvvəlki dövrdə, insanlar əvvəl haqsızlığın, ədalətsizliyin, yalanın, saxtakarlığın, döyüşlərin, qarşıdurmaların, əxlaqi pozğunluğun yayıldığı bir dövrü yaşayacaqlar. Bu dövrün ardından isə, Quran əxlaqının insanlar arasında yayılmağa başladığı və ən sonda bütün dünyaya hakim olduğu “Qızıl dövr” gələcəkdir. Peyğəmbərimiz (s.ə.v)in Qızıl dövrü müjdələdiyi hədislərdən biri bu şəkildədir:
“.. Qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq, 700 ovuc məhsul götürəcək. Riya, riba, zina, içki qalmayacaq, ömürlər uzanacaq və əmanət itməyəcək. Pislər həlak olacaq, Peyğəmbər Əfəndimizə nifrət edəcək kimsə qalmayacaq.”(Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)
Hədislərdə də görüldüyü kimi Qızıl dövr ədalətin, bolluğun, bərəkətin, əmin-amanlığın, təhlükəsizliyin, sülhün, qardaşlığın hakim olacağı insanlar arasında sevgi, fədakarlıq, xoşniyyət, şəfqət, mərhəmət, sədaqət kimi duyğuların çox yaşanacağı dövr olacaq. Peyğəmbərimiz (s.ə.v) hədislərində bu müqəddəs dövrün Hz. Mehdinin vəsiləsi ilə yaşanacağını bildirmişdir. Hz. Mehdi (ə.s.) axır zamanda gələcək və bütün dünyanı olduğu xaosdan, ədalətsizlikdən və əxlaq pozuğunluğundan qurtaracaq. O, inkarçı ideologiyaları ortadan qaldıracaq, dünyanın dörd bir yanında davam edən ədalətsizlikləri, zülmləri, terroru sona çatdıracaq, din Peyğəmbərimiz (s.ə.v)in dövründəki kimi olacaq, Quran əxlaqını insanlar arasında hakim edəcək, bütün dünyada əmin-amanlığ və sülhü təmin edəcəkdir. Mehdi ilə eyni dövrdə yer üzünə ikinci dəfə gələcək olan Hz. İsa isə xüsusilə Xristian və Yəhudi dünyasına xitab edəcək, onları olduqları xurafatlardan sıyırıb, Quran əxlaqını yaşamağa çağıracaq. Ən əhəmiyyətlisi də Xristianların Hz. İsaya uyaraq islam əxlaqına yönəlmələr ilə birlikdə islam və Xristian aləmi tək inancda birləşəcək və dünya "Qızıl dövr"də böyük sülh, təhlükəsizlik, xoşbəxtlik və rifah dövrü yaşayacaq.
Hörmətli Adnan Oktarın İngilis "The Guardian" Qəzeti ilə 3 aprel 2008 tarixində verdiyi reportajdan
Müxbir: Daha əvvəlki bir neçə söhbətiniz əsnasında dini meyllərin güclənməsinin yalnız Türkiyə ilə məhdud olmadığını, bütün dünyada da bunun belə olduğunu ifadə etdiniz və Tony Blair, Sarkozy nümunələrini (Tony Blairin Katolik olduğunu və Fransa Respublika başçısı Nicolas Sarkozyun dindar olduğuu şərhi) verdiniz. Biz dünyanın bir çox yerində islama artan meyli onsuzda görürük.Biz dinə olan bu meyllənməni hətta “dinin Rönesans əsri” yəni İntibah əsri də adlandıra bilərik. Sizcə niyə məhz indiki dövrdə reallaşır bu?
Adnan Oktar: Bəli vacib sualdır. Bu dövr, bu əsr, önümüzdəki illər Xristianların da Müsəlmanların da gözlədiyi Hz. İsa Məsihin yer üzünə zühur etməsidir. Bu əsr, Hz. İsanın gəliş əsridir. Bu səbəbdən həm islam aləmində, həm də Xristian aləmində onun sevinci və həyəcanı var. Mənim inancıma görə, ətrafımdakıların və müsəlmanların inancına, ən gec 20 - 25 il ərzində, Hz İsanın enəcəyinə, dünyada Qızıl dövrün yaşanacağına inanıram.
Müxbir: 21-ci əsrdə dinin özünü müasir çağa adaptasiya etdiyini söyləyə bilərikmi?
Adnan Oktar: Müasir əsr özünü dinə adaptasiya etmiş ola bilər.
Allah islam əxlaqının bütün yer üzündə məskun olmasını diləmişdir; Allahın iznilə bu böyük vəd reallaşacaqdır. İstəyimiz Allahın bizləri də bu müqəddəs dövrə şahid etməsidir. Quranda Allahın diləməsi ilə möminlərin üstün gələcəyi belə müjdələnilmişdir:
“Müşriklər istəsə də, O, dini (islamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur.” (Tövbə Surəsi, 33)
1) http://uk.reuters.com/article/lifestyleMolt/idUKL3163432620080331
2) http://www.usemb.ee/gtown.php3