Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.), Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in müjdələdiyi 1400 ildən çoxdur İslam tarixində coşğuyla gözlənilən qiymətli şəxslərdir. Ancaq 1400 ildən bəri ilk dəfə olaraq yaşadığımız dövrdə bəzi qüvvələr bu müjdəni öz aləmlərində örtbasdır etməyə çalışmaqda və "Hz. İsa (ə.s.) gəlməyəcək, Hz. Mehdi (ə.s.) çıxmayacaq" şəklində kütləvi təlqin etməkdədirlər. Radio, televiziya, internet, qəzet, jurnal kimi kütləvi informasiya vasitələrindən aktiv istifadə edən bu qüvvə, həm bir qisim Müsəlmanları həm də dünya əhalisinin böyük bir hissəsini təsiri altına almağa çalışır. Bu səbəbdən Müsəlmanlar Allahı çox xatırlayaraq, axır zamanda olduğumuz gerçəyini davamlı xatırladaraq, Hz. İsa (ə.s.)-ın və Hz. Mehdi (ə.s.)-ın vəzifədə olduğunu izah edərək, İslam aləminin birləşməsi və İslam əxlaqının hakim olması üçün səy göstərərək bu təlqini təsirsiz hala gətirməlidirlər.
Dəccal hər cür üsulla Mehdiyyəti gizlətməyə, dolayı şərhlər verməklə öz aləmində dəyişdirməyə cəhd göstərəcək. Bunun üçün də, bəzi insanları Mehdiyyəti inkar etdirərək, bəzi insanları Mehdiyəti əsla inanılması mümkün olmayan bir şey kimi izah etdirərək, bəzi insanları da Mehdiyyətdən heç bəhs etdirməyərək, bəzi insanları Mehdiyyəti əsrlərlə sonraya saxlayaraq, bəzi insanları Mehdiyyəti " mənəvi şəxs " kimi düşündürərək, kimi insanları da "Mehdi gəlib keçmişdir" yalanına inandıraraq, bu həqiqətdən tamamilə uzaq tutmaqdadır.
Dəccal sözünün lüğət mənalarından biri, gerçəyi tərsinə göstərən, yaxşını pis, pisi yaxşı göstərəndir. İnsanların maddi və mənəvi təxribata uğramasını istəyən, fitnə və fəsadın yayılmasını istəyən dəccal, yaxşı və gözəl olan hər şeyin üzərini örtəcək, gerçəkləri örtbasdır edəcək və bu şəkildə insanların həqiqəti tapmalarına maneə törətməyə çalışacaq. Axır zamanın ən böyük və ən mühüm gözəlliyi, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) çağında yaşamağımızdır. Dəccal da ən çox bu mövzuda fəaliyyət göstərəcək. Dəccal və onun tərəfdarları Hz. İsa (ə.s.)-ın gəlişini və Mehdiyyəti gizlətməyə, dolayı izahlar verməyə və öz aləmlərində dəyişdirməyə cəhd göstərəcəklər. Uca Allah Quranda, qəlblərində xəstəlik olan bəzi kəslərin : "Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir" deyəcəklərini bildirmişdir:
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: "Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir"- deyirdilər. (Əhzab surəsi,12 )
Bu ayə işari mənada, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın gəlişindən ümidini kəsən kəslərin vəziyyətinə də işarət edir. Çünki bu kəslər Dəccalın təsirinə girərək, Peyğəmbərimiz (s.ə.v.)-in hədisləriylə xəbərlər verdiyi "Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın gəlişini inkar edir" və Peyğəmbərimiz (s.ə.v.)-in də bu mövzudakı sözlərinin guya "əsassız olduğunu" qarşıya qoyurlar.
Hal-hazırda bir çox yerdə Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın gəlməyəcəyi ilə əlaqədar yazılar dərc edilir, ən əsası da məhz "İslam alimi" olaraq tanınan bəzi kəslər belə fikirlər bildirir. Halbuki bu insanların bu şəkildə "Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın gəlişinin gerçək olmadığına" və guya "boş bir vədə" olduğuna inanmaları da Peyğəmbərimiz (s.ə.v.) -in reallaşacağını vəd etdiyi hadisələrdən biridir. Çünki Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın gəlişlərinin yaxınlaşdığını göstərən axır zaman əlamətlərindən birinin, "Hz. Mehdi (ə.s.) gəlməyəcəkmiş, Hz. Mehdi (ə.s.) yox imiş" sözlərinin yayılması olduğu bildirilmişdir. Bu mövzudakı hədislərdən bəziləri belədir:
"İnsanların ümidsiz olduğu və HEÇ MEHDİ FİLAN YOXMUŞ" DEDİYİ BİR VAXTDA HZ. MEHDİ (Ə.S.)-ı göndərər. .."[Ali Min Hüsaməddin əl-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Axır Zaman, s. 55]
... ONUN (HZ. MEHDİ (Ə.S.)-ın ZÜHURU ÜMİDSİZLİK VƏ ÜMİDSİZLİK ƏSNASINDADIR. [Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 274]
XALQ ZÜHURDAN ÜMİDİNİ KƏSDİYİ ANDA O, (HZ. MEHDİ (Ə.S.)) ZÜHUR EDƏCƏK! Onun zamanında yaşayıb ona kömək edənlər nə xoşbəxtdir! Ona düşmənlik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara və onun düşmənlərindən olanlara eyvahlar olsun!
[Şeyx Məhəmməd b. İbrahimi Numani, Gaybet-i Numanı, s. 301]
Davud bin Kəsri Rıkki deyir ki: İmam Əbu Abdullah əleyhissalama belə ifadə etdim: ...Bu əmr (yəni qiyam) (Hz. Mehdi (ə.s.)) çox uzandı, belə ki, ürəklərimiz daraldı və dərin hüzündən ölürük. Buyurdu ki: "BU ZÜHUR, DAHA ÜMİDSİZ VƏ HÜZNÜN DAHA ÇOX OLDUĞU BİR ZAMANDA BAŞ VERƏCƏK."
[Şeyx Məhəmməd b.İbrahimi Numani, Gaybet-i Numanı, s. 208]
Bədiüzzaman Səid Nursi Həzrətləri də Hz. Mehdi (ə.s.)-ın imanın nuru ilə aydın olacağını və onu fərq edərək yanında olacaq kəslərin çox az sayda olacağını belə bildirməkdədir:
"Bu vəzifənin istinad etdiyi (söykən/dözdüyü) qüvvət və mənəvi ordusu tək ixlas, sədaqət və birlik sifətlərinə tam sahib olan bir qisim tələbələrdir. Nə qədər də az olsalar, mənən bir ordu qədər qüvvətli və qiymətli sayılarlar. O zaman, o müqtədir ordu, Al-i Məhəmməd Əleyhissalatu Vəssalamdır və Hz. Mehdi (ə.s.)-ın ən xas ordusudur." (Əmirdağ Lahikası, s. 259)
İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurmuşdur:
"BİZİM QAİMİMİZ (HZ. MEHDİ (Ə.S.) İLƏ ALLAHIN RƏSULLARI ARASINDA BİR SIRA BƏNZƏRLİKLƏR VARDIR. NUH, İBRAHİM, MUSA, İSA, EYYUB VƏ MƏHƏMMƏD SALLALLAHU ƏLEYHİ VƏ ALİH PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR BƏNZƏRLİYİ VARDIR... Hz. İsa (ə.s.) ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, ‘Hz. Mehdi (ə.s.) gələcək', bir qisiminin də ‘gəlməyəcək' deməsində)... bənzərliyi vardır." [Kemaluddin s. 322, 31. babın 3. Hədis]
Hz. İsa (ə.s.)-ın nüzulunun və Hz. Mehdi (ə.s.)-ın gəlişinin gizlənməsi üçün icra edilən bütün səylər boşdur. Bu iki müqəddəs hadisə, Allahın vədidir və reallaşacaq. Necə ki, axır zaman əlamətlərinin bir-biri ardınca reallaşdığı içərisində olduğumuz bu dövr, Hz. İsa (ə.s.)-ın ikinci dəfə yer üzünə gəlişinin çox yaxınlaşdığını və Hz. Mehdi (ə.s.)-ın ortaya çıxdığını göstərməkdədir. Allahın icazəsiylə bu iki mübarək şəxs, tam olaraq Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində ifadə edildiyi şəkildə zühur edəcək və bütün yer üzündə İslam əxlaqını hakim edəcəklər.
Hz. Mehdi (ə.s.)-ın gəlişi və varlığı mövzusunda müxtəlif yanılmalara düşən çox sayda insan vardır. Bu yanılmalardan bəziləri belədir:
Bütün Əlamətləri Çıxmış Olmasına Baxmayaraq Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın Şəxs Olaraq Gələcəkləri Niyə Bəzi İnsanlar Tərəfindən Qəbul edilməməkdədir?
Hz. Mehdi (ə.s.)-ın zühuruna aid bütün əlamətlərin ortaya çıxmış olmasına və bu işarələrin son dərəcə açıq olmasına baxmayaraq Hz. Mehdi (ə.s.)-ın bilinməməsi çox böyük bir möcüzədir. Ancaq insanların böyük hissəsinin gözünə pərdə çəkilmişdir və bəzi insanlar bu açıq gerçəklərə baxmayaraq Hz. Mehdi (ə.s)-ı fərq edə bilməməkdədirlər. Bu vəziyyət axır zamanın şiddətinin əzəmətini, vahamətini, bəsirətin və fərasətin nə qədər ortadan qalxmış olduğunu, bəzi insanların necə bir düşüncə quruluşuna sahib olduqlarını göstərməkdədir. Ancaq Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s.)-ın həqiqətən bir şəxs olduqlarını və bu əsrdə fikri mübarizə edəcəklərini Allahın icazəsiylə bütün dünya irəlidə anlayacaq.
Hz. Mehdi (ə.s.)-ın gəlişi hansı üsullarla gizlənir?
Hz. Mehdi (ə.s.)-ın gəlişini gizlətməyə çalışanların iddiaları:
1. Hz. Mehdi (ə.s.) gəlib keçmişdir, qədimdən çıxmışdır.
2. Hz. Mehdi (ə.s.) mənəvi şəxsdir, yəni görünməz bir ruh kimidir. Bu səbəbdən şəxs olaraq gözləmənin bir mənası yoxdur.
3. Hz. Mehdi (ə.s.) gələcəkdir amma əsrlər sonra gələcəkdir.
4. Hz. Mehdi (ə.s.) hər hansı bir insan olacaq. Hz. Mehdi (ə.s.), Bədiüzzamanın əsərlərində; "Hz. Mehdi (ə.s.)-ın üç vəzifəsi vardır" deyə bildirdiyi vəzifələrdən 2. və 3. vəzifələri edəcək, materialist, Darvinist və ateist fəlsəfələrlə fikri mübarizə etməyəcək, iman həqiqətlərini izah etməyəcək yalnız Risalələri oxuyacaq hər hansı bir siyasi liderdir. Bu səbəbdən çox diqqət çəkici biri deyil.
5. Hz. Mehdi (ə.s.) deyə bir adam heç yoxdur və heç bir zaman da gəlməyəcək.
6. Hz. Mehdi (ə.s.) gələ bilər amma bu mövzuları araşdırmaq doğru deyil. Hz. Mehdi (ə.s.) gəldiyində bizi vəzifə başında tapması lazımdır. Bu səbəbdən araşdırmağa ehtiyac yoxdur. Gəlirsə gələr, gəlməzsə gəlməz.
7. Başının üstündəki bir mələyin bütün insanların görəcəyi şəkildə "Bu Mehdidir, ona tabe olun" deməsi, Hz. Mehdi (ə.s.)-a tank, top, silahın təsir etməməsi lazımdır. Belə xüsusiyyətləri olmayan adam da onsuz da Hz. Mehdi (ə.s.) deyil.
8. Axır zamanda çox sayda Mehdi gələcəkdir. Üç, beş, on dənə Mehdi gələ bilər. Hamısı da səssizcə Mehdilik vəzifələrini edib vəfat edərlər. Bu səbəbdən bu gerçəyi çox az adam bilər.
Hz. Mehdi (ə.s.)-ın gəlişi ilə əlaqədar Rəsulullah (s.ə.v.)-in bu qədər çox sayda açıq və səhih hədisi şərifi, Bədiüzzaman Səid Nursi Həzrətlərinin bu qədər dəqiq və aydın olan sözü varkən bu mövzunu bu dərəcə kompleks və aydın olmayan bir hala gətirmək və bağlayıb ört bas etməyə çalışmaq, axır zamanın xüsusiyyətlərindən biridir.
Hz. Mehdi (ə.s.)-ın gəlişi və varlığı ilə əlaqədar yuxarıda izah etdiyimiz yanılmalara düşən yüz milyonlarla insan vardır. Hz. Mehdi (ə.s.)-ın bu əsrdə gələcəyini düşünən isə başlanğıcda çox az sayda adam olacaq. Bunun səbəbi isə yuxarıda sayılan yanılmalardır. İnsanların bir qisimi Hz. Mehdi (ə.s.)-ın varlığını həqiqətən anlamayacaq, bir qisimi də şeytani bir məqsədlə anlamazlıqdan gələcək və Hz. Mehdi (ə.s.)-ın zühuruna qədər bu vəziyyət belə davam edəcək.
Hz. Mehdi (ə.s.)-ın zühuruna aid bütün əlamətlər ortaya çıxmış olmasına və bu işarələrin son dərəcə açıq və aydın olmasına baxmayaraq Hz. Mehdi (ə.s.)-ın bilinməməsi çox böyük bir möcüzədir. Ancaq insanların böyük hissəsinin gözünə pərdə çəkilmişdir və bəzi insanlar bu açıq gerçəklərə baxmayaraq Hz. Mehdi (ə.s.)-ı fərq edə bilməməkdədirlər. Bu vəziyyət axır zamanın şiddətinin əzəmətini, vahimətini, bəsirətin və fərasətin nə qədər ortadan qalxmış olduğunu, bəzi insanların necə bir düşüncə quruluşuna sahib olduqlarını göstərməkdədir.
Hz. Mehdi (ə.s.) çıxmayacaq deyənlər, çıxsınlar qarşımıza bu hədislərin heç bir təsdiqlənmədi desinlər, bu əlamətlər reallaşmadı desinlər, deyə bilməzlər, çünki hamısı tək-tək reallaşdı.
Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-ın Gəlişinə və İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə edən Quran ayələrindən bəziləri:
(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver! (Saff surəsi, 13)
Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya Surəsi, 105)
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadələ Surəsi, 21)
Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər! (Fəth Surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə Surəsi, 33)
Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız. (Yunus Surəsi, 14)
Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq. (Əraf Surəsi, 137)
Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. (Saff Surəsi, 8)
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab Surəsi, 27)
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Həcc Surəsi, 41)
Dünyada İslamın yayılmamasının səbəbini Quran və hədislərin izah edilməməsi zənn edirlər. Halbuki hidayət üçün iman həqiqəti lazımdır, bütlərin yox edilməsi lazımdır.
Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) Bu Əsrdə Gələcəkdir
Ancaq Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s.)-ın həqiqətən tək bir şəxs olduqlarını və bu əsrdə fikri mübarizə edəcəklərini Allahın icazəsiylə bütün dünya irəlidə anlayacaq.
Hər yüz ildən bir, din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi, Süneni Əbu Davud, Məktubatı Rəbbani kimi böyük və mötəbər əhli sünnə alimlərinin əsərlərində açıq bir şəkildə ifadə edilmişdir:
Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (s.ə.v.) belə buyurmuş: Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin başında bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil düşüncələrdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Süneni Əbu Davud, 5/100)
Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən hədislərdə axır zamanda zühur edəcəyi müjdələnilən Hz. Mehdi (ə.s.)-ın çıxış zamanı olaraq isə Hicri 1400-cü il verilmişdir:
"İnsanlar 1400 ilində Hz. Mehdi (ə.s.)-ın yanında toplanacaqlar." (Risaletül Huruc-ül Mehdi, s. 108)
Bu 100 illik müddətdə İslam əxlaqı müəyyən bir müddət içində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə verən dəccal sistemi isə tamamilə ortadan qalxacaq. Ancaq təxminən 100 il davam edəcək olan bu yüksəlmə dövrünün ardından yəni Hicri 1500-lərlə birlikdə dünya yenidən bir pozulma müddətinə girəcək. Əhli Sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbni Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbər Əfəndimiz (s.ə.v.) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək insanlıq tarixi içərisində yer alan bir təqvim başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:
Əhməd İbni Hənbəl İlelində nəql etdi. İsmayıl b. Abdülkerim, Abdüssameddən O da Vehbdən rəvayət etdi: DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR.
(Əli B. Hüsameddin əl-Muttaki, Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır zaman, sf. 89)
Digər tərəfdən başqa bir çox hədisdə isə dünyanın ömürünün 7000 il olduğuna dair açıq izahlar var:
Ənəs Malikdən tahric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allahı Təala buyurdu ki: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMÜRÜ MÜDDƏTİNCƏ SAVAB YAZAR. (Əli B. Hüsameddin əl-Muttaki, Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, sf. 88)
Dakkak b. Zeydi Cüheni_den rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v.)-a izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMÜRÜ OLAN YEDDİ MİN İLDİR.
(Əli B. Hüsameddin əl-Muttaki, Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 89)
Hicri 1300-ün və son min ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi Həzrətləri isə İslam əxlaqının hakimiyyət müddəti üçün Hicri 1400-ləri vermişdir. Bədiüzzaman bu tarixlərə qədərki dövrün Müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünya üzərindəki yüksəliş dövrünün sona çatacağı və kafirlər üçün bir qiyamət qopmasının Hicri 1545 etibarilə olacağını söyləmişdir. (Doğrusunu Allah bilər.)
"Ümmətimdən bir tayfa Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq."
"Ümmətimdən bir tayfa.." lətifəsinin (cifir hesabına görə olan nəticə, ədəd dəyəri) 1542 (2117) edərək nəhayəti davamına (varlığının sonuna) işarə edir. "Haqq üzərində olacaq." (şedde sayılar) lətifəsi də; cifri 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra da 1542 (2117) ye qədər, gizli və məğlubiyyət içində vəzifəsini tenviriyesine (işıqlandırma vəzifəsinə) davam edəcəyinə remze (işarəyə) yaxın işarə edər edər. "Allahın əmri gələnə qədər" (şedde sayılar) lətifəsi də; cifri 1545 (2120), kafirin başında QİYAMƏT QOPMASINA işarət edər edir. (Kastamonu Lahikası, s. 33)
Böyük Əhli Sünnə alimi Berzenci Həzrətləri də dünyanın ömürünün Hicri 1600-ə çatmayacağını yəni Hicri 1500-cü illər içində qiyamətin qopmasının Allahın icazəsiylə gözlənildiyini ifadə etməkdədir. (Doğrusunu Allah bilər.)
BU ÜMMƏTİN ÖMÜRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ AŞMAYACAQ...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd b. Rəsul əl-Hüseyni əl-Berzenci, Pambıq Nəşriyyat, İstanbul, 2002, s. 299)
Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən hədisə dayanaraq Suyuti Həzrətləri isə etdiyi şərhdə belə ifadə etməkdədir:
"MƏNİM ÜMMƏTİMİN ÖMÜRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK."
(Sunu idi, əl-Kəşfi an Mücavezeti Hazihil Ümməti əl-Elfu, əl-havi lil Fetavi, Sunu idi. 2/248, təfsiri Ruhul Bəyan. Bursevi. (Ərəbcə) 4/262, Əhməd min Hənbəl, Kitabu'l-İlel, sh. 89)
Peyğəmbərimiz (s.ə.v.)-in hədislərindən və böyük İslam alimlərinin şərhlərindən də açıqca aydın olduğu üzrə, içində olduğumuz Hicri 1400-lər Hz. Mehdi (ə.s.)-ın zühur vaxtıdır. Bu əsrdə Hz. İsa (ə.s.) yenidən yer üzünə gələcək, Hz. Mehdi (ə.s.) zühur edəcək və İslam əxlaqı Allahın icazəsiylə yer üzünə hakim olacaq.
Cənab Adnan Oktarın Mövzu Haqqındakı Dedikləri
"Dəccalın hipnozu eyni zamanda Mehdiyət üçün bir örtü olar, bu hipnoz vəsiləsiylə Hz. Mehdi (ə.s.) irəliləyir. Bu hipnozu qıranlar gerçəyi dərhal anlayır"
"Mehdiyyətin nuruyla bu an o dəccalın cadusu qismən qırılır. Tam mənasıyla deyil. Hz. Mehdi (ə.s.) də onu, o cadu və hipnozu qıraraq irəliləyir. Hz. Mehdi (ə.s.)-dakı o nuraniyət də onu yandırır. Yəni anti dəccaldır Hz. Mehdi (ə.s.), anti şeytandır. Şeytan yanar Hz. Mehdi (ə.s.)-ın qarşısında dayana bilməz. Dəccal da yanar. Peyğəmbərimiz (s.ə.v.) "Mənim zamanımda olsa dərhal bitirərəm işini" deyir. "Amma irəlidə gələcək" deyir Peyğəmbərimiz (s.ə.v.) inşaAllah. Yəni ruhaniyətiylə yandırar, nuruyla yandırar. Təsiri olmur. Amma Cənabı Allah Hz. Mehdi (ə.s.)-a zəmin olsun deyə bu sistemi, bu hipnozu tam qaldırmır. Çünki Mehdiyət bunun içərisində irəliləyir. Eyni zamanda bu Mehdiyət üçün də bir örtü olmuş olur. Yəni bu meydana gələn hipnozun içərisində Hz. Mehdi (ə.s.) sezilməmiş olur. "İmanın nuruyla fərq edilər" deyir Bədiüzzaman,ona gore hipnozdan ötəri Müsəlmanlar fərq edə bilmirlər. Yəni dəccalın meydana gətirdiyi hipnozdan ötəri. O hipnozu deşənlər Hz. Mehdi (ə.s.)-ı çox aydın görürlər. Dərhal anlayır. "Çox açıq" deyir, "Allahualem o" deyir. Yəni hiss edirlər. "İmanın nuruyla" dediyi Bədiüzzamanın işdə bu. İmanın nuru yandırıcı təsir edir. Yəni cadunu və hipnozu qırar, yəni şeytanı yandırar,çökərdər, şeytanın təsirini əzən bir şey. Məsələn mömin fərasət gözüylə baxdığında gözüylə çökərdər. Məsələn Hz. Mehdi (ə.s.)-ın gözü yandırar şeytanı. Baxışı yandırar. Yəni hara baxsa yandırar. Elə xüsusiyyəti var. Onun üçün yanına, ətrafına yanaşa bilmir şeytan. Elədir yanaşsa da yanar. inşaAllah. "İmanın nuruyla" deyir bax, Hz. İsa (ə.s.)-da da Bədiüzzaman "Yaxın tələbələri və havas" deyir. Yəni "Seçmə, imanlı tələbələri, imanın nuruyla onu tanıyarlar" deyir. Cadu onlardan qalxmış olur, hipnoz üzərlərindən qalxmış olur. (Cənab Adnan Oktarın 3 Oktyabr 2010 tarixli Kanal Avropa və Çay TV reportajından)
"Dəccalın hipnozunun qırılması üçün dua edək, bu hipnoza qarşı ən gözəl şey duadır. Mehdiyətin nuruyla dəccalın cadusu qismən qırılır"
Bu hipnoza qarşı dua edək, biz Müsəlmanlar, bu hipnozun qırılması üçün. Dəccalın hipnozuna qarşı ən gözəl şey duadır. Çünki o da şeytana yalvararaq bunu əldə edir. Şeytanla əlaqə edərək bunu əldə edir. Yəni bir əmr zənciri içərisində bu an sistem, deccaliyət. Və məzlum Müsəlmanları hipnoz altına soxdu. İnsanlar hiss edirlər beyinlərində bir ağırlıq şəklində bir qəribə büt şəklində bu hiss edilir. Yəni az qala hər kəs hiss edər. Yəni bir də birdən oyanar kimi bir aydınlıq meydana gəlir. İşdə bu, Hz. İsa Məsih (ə.s.) zamanında olacaq. İnsanlar birdən oyanırlar. Hipnozdan çıxınca "Çox açıq Bədiüzzamanın şərhi burada" deyir. "Hz. Mehdi (ə.s.) gələcək" deyir, "Tək şəxs olaraq ifadə edir" deyir. O zaman anlayır. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədislərini o zaman çox daha dəqiq anlayacaqlar. (Cənab Adnan Oktarın 3 Oktyabr 2010 tarixli Kanal Avropa və Çay TV reportajından)