Zəburda hz. Mehdinin (ə.s) bəzi xüsusiyyətlərindən bəhs edilir:
... (Mehdinin) Ona zəfər çaldıraraq şərəf və ləyaqətini ucaltdın. (Məzmurlar, 21:5)
... Şahlıq əsası ədalət əsasıdır. Salehliyi sevib pisliyə nifrət edirsən... (Məzmurlar, 45:6-7)
…İmdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır. Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır. Onun gözündə bunların qanı qiymətlidir. (Məzmurlar, 72:12-14)
Fəqirlərin haqqını versin, yoxsulların körpələrini xilas etsin... (Məzmurlar, 72:4)
Ey cəngavər... əzəmətini, ehtişamını göstər. (Məzmurlar, 45:3)
(Mehdi) yeni biçilən tarlaya yağış kimi, torpağı suvaran gur yağış kimi tökülsün. Bu padşahın (Mehdinin) ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. (Məzmurlar, 72:6-7)
“Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm... Düşmənlərini xəcalətə salacağam, lakin onun tacı nur saçacaq” (Məzmurlar, 132:17-18)
Ya Rəbb, padşah (Mehdi) qüdrətinlə sevinir, verdiyin zəfərlə fərəhlənir. Onu ürəyinin arzusuna çatdırmısan, dilindən çıxan diləyini ondan əsirgəməmisən. (Məzmurlar, 21:1-2)
Əbədi olaraq başına nemətlər tökmüsən... (Məzmurlar, 21:6)