Son dövrlərdə bəzi yerlərdə İslam əxlaqı haqqında səhv bir fikrin hakim olduğu görülür. Şübhəsiz ki bu vəziyyət, din əxlaqındakı məlumat əksikliyindən ya da səhv məlumatlandırılmalardan qaynaqlanır. Bu fikrə sahib olanlar, özlərinə “din əxlaqına görə yaşayan bir cəmiyyətin təzyiq altında yaşayacağı” yanılması təlqin edildiyi üçün bu üstün əxlaqın bir cəmiyyətə gətirəcəyi gözəlliklərin lazımı qədər önəm vermirlər. Halbuki bu səhv düşüncənin əksinə, Uca Rəbbimiz Quranda bildirdiyi əxlaq təzyiqdən və məcbur etmədən uzaq, sevgiyə, hörmətə, ədalətə dayanan üstün bir əxlaqdır. Bunun nəticəsi olaraq da islam tarixi, dəyərli Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.v.)-in və digər İslam böyüklərimizin hər fikirdən və inancdan insana qarşı tolerant nümunələri ilə doludur.
İslamın təməli olan və bütün müsəlmanlara bir öyüd və rəhbər olaraq endirilmiş olan Quranda bildirilən əxlaq; sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq və barış anlayışına dayanır. Bu səbəbdən də İslam hər cür təzyiqin, məcbur etmənin qarşısını alan tək həll yoludur. Ancaq son zamanlarda bəzi ətraflardakı İslam əxlaqını bilməməkdən qaynaqlanan səhv düşüncələr səbəbi ilə həqiqət göz ardı edilməkdə və islam əxlaqı cəmiyyətin rifahı üçün guya hədələmə kimi təqdim edilməyə çalışılır. Halbuki, islam əxlaqına görə yaşayan bir cəmiyyətdə; təzyiq deyil tam əksinə dinclik, qarşılıqlı sevgi və hörmət hakim olar.
* Son dərəcə incə, nəzakətli, düşüncəli, təvazökar, ədalətli, etibarlı, ətrafına dinclik və sevinc verən fərdlər yetişər.
* Fərqli inanca ya da düşüncəyə malik olan kəslər dövlətin bütünlüyünə və cəmiyyətin dincliyinə bir hədələmə gətirmədiyi müddətcə sahiblənər. Bu kəslərə qarşı gərginlik yaradılmaz. Fərqli düşüncəyə ya da həyat tərzinə malik olan kəsləri özündən ayrı görmə, xaric edilmə kimi cəhalətdən qaynaqlanan gərgin davranışlardan uzaqlaşılar.
Yaxşı İslam əxlaqının-bütün dünyadakı ön fikirlərinin, qarışıqlığının və ayrı-seçkiliyinin həlli olan-bu təsir necə meydana gələ bilər?
Keçmiş dövrlərdə İslam əxlaqının bu müsbət təsiri cəmiyyətləri necə işıqlandırmışdır?
Barış və təhlükəsizliyin qaynağı: İslam əxlaqı
Quran Allahın insanlara yol göstərici olaraq endirdiyi kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr etmişdir. Bu əxlaqın təməlində isə sevgi, şəfqət, ədalət və mərhəmət anlayışları iştirak edir. “İslam” sözü ərəbcə “barış” sözü ilə eyni mənanı verir. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi dinclik və barış dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir. Quran ayələrində insanlar, yer üzündə mərhəmətin, şəfqətin və barış içində yaşaya biləcəyi tək həyat şəkli olan İslam əxlaqına çağırılmışdır. Bəqərə surəsinin belə buyurulmuşdur:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)
Ayədə Rəbbimiz insanların “təhlükəsizliyi”nin və aralarındakı “barışın” Quran əxlaqını yaşaması ilə təmin edilə biləcəyini bildirmişdir. Quran əxlaqına görə iman sahibi olan biri, Müsəlman olsun və ya olmasın bütün digər insanlara qarşı yaxşı və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla və “yer üzündə fitnə-fəsadın qarşısını almaqla” hökmlüdür. Fitnə-fəsadlılıq yer üzündəki insanların təhlükəsizliyini, barış və dincliyini aradan qaldıran bir vəziyyətdir. Azad bir iradəyə, düşüncəyə və inanc azadlığına malik olan birinə hər hansı bir səbəbdən ötrü təzyiq etmək də İslam əxlaqına uyğun olmayan və cəmiyyət içində fitnə-fəsad törədən bir davranışdır. Bu səbəbdən də “Allah fitnə-fəsadı sevməz.... (Bəqərə surəsi, 205) hökmünü Müsəlmanlar bu səhv davranışdan çəkinməlidir deyə bildirmişdir. Əksinə Müsəlmanlar cəmiyyətin dincliyini pozan insanları fikirləri və mübarizələri ilə qarşısını alıb, yaxşılığı əmr edib pislikdən çəkindirməklə, yer üzündəki fitnə-fəsadı aradan qaldırmaqla və bütün insanlara dinclik və barış dolu mühit təmin etməklə məsuldurlar. Allahdan qorxan bir insan dövlətinə, millətinə, insanlığa ən kiçik zərər toxunduracaq bir hərəkətdə olmamalıdır.
Haqqı batil, batili haqq olaraq göstərmək Dəccalın oyunudur
Axirət günündə Dəccal insanları inkara sürüyən, insanlar arasında fitnə fəsad törədən, qarışıqlıq çıxaran, yer üzündə pisliyi təşkil edəcək bir adam olaraq bildirilmişdir. Dəccal sözünün lüğəti mənası “haqq ilə batili qarışdıran, sözü bəzəyib batili haqq olaraq göstərən”dir. Dəccalın doğrunu səhv, səhvi doğru, yaxşını pis, pisi yaxşı göstərdiyinə işarə edən hədislərdən bəziləri bu cürdür:
1. Sonra Dəccal çıxacaq bərabərində bir çay və bir alov olacaq. (onu inkar edib) Alovuna düşənin savabı vacib olacaq, (ona iman edib) çayına düşənin isə günahı vacib olacaq.
2. Şübhəsiz bərabərində bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) tapılması da onun fitnəsidir. Əslində cəhənnəmi bir cənnət olub, cənnəti də bir cəhənnəmdir...
Hadisələr bunu ifadə edir ki, Dəccalın insanlara yaxşı olaraq tanıtdığı əslində onları pis əməllərinə və fəlakətlərinə səbəb olacaq şeylərdir. Onlara pis göstərdiyi dəyərlər isə əslində onların yaxşılıqlarına və mənfəətlərinədir. İnsanların bəziləri, hadisələri Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v.) sünnəsinə görə qiymətləndirmədikləri üçün, Dəccalın onları yaxşılığa çağırdığını zənn edərək ona tabe olacaq və əsl tabe olmaları lazım olanlardan üz çevirəcəklər. Bunun nə qədər yanlış olduğunu isə, Dəccalın meydana gətirdiyi zülm mühiti sayəsində anlayacaqlar. Bu səbəblə də Peyğəmbərimiz (s.ə.v.) insanları xəbərdar etmiş və Dəccalın pis olaraq göstərdiyi şeyin yaxşı olduğunu bilərək hərəkət edilməsi lazım olduğunu bildirmişdir.
3. “Dəccal çıxar. Onunla birlikdə su və alov vardır. İnsanların su gördükləri yandırıcı bir alovdur. İnsanların alov olaraq gördükləri də soyuq və şirin bir sudur. Sizdən hər kim bunu idrak etsə alovu seçsin; özünü alova atsın. Əslində o şirin və gözəl bir sudur."
Dəccalın bu hiyləsində ən çox istifadə etdiyi mövzulardan biri, özlüyündə din əxlaqını pis, pis əməlin qaynağı olan Dəccaliyyət sistemini yaxşı göstərmək olacaq. Quran əxlaqını kifayət qədər bilməyən ya da tam mənası ilə yaşamayan insanlar, fərqində olmadan Dəccalın din əleyhinə icra edəcəyi bu təbliğatların təsiri altında qala bilər, İslam əxlaqı haqqında əsassız və səhv düşüncələrə qapıla bilərlər.
Dəccalın diqqət çəkən xüsusiyyətlərindən biri də belə bir çirkin tutum içərisində olsa da “yaxşılıq etmək məqsədində olduğu yalanını” deyə bilməsidir. Hədislərdə işarə edildiyinə görə Dəccal yer üzündə pis əməlləri hədəf etməsinə baxmayaraq insanların yaxşılığını istədiyini önə çıxaracaq. Şübhəsiz bu böyük bir yalandır. Səmimi olaraq iman edənlərin, Dəccalın din əxlaqından uzaq bir həyata, əxlaqsızlığa və pis əmələ olan bu çirkin dəvətinə qarşı veriləcək cavabı isə açıqdır. Bir ayədə belə bildirilmişdir:
De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş. (Ənam Surəsi, 71)
İslam əxlaqında inanc azadlığı əsasdır
İnsanları bir dinə inanmağa və ya o dinin ibadətlərin tətbiq edilməsinə məcbur edilməsi, İslamın özünə ziddir. Çünki islamda səmimi iman, “azad iradə” və “vicdani qəbul” ilə mümkündür. Quranda bildirilən əxlaq xüsusiyyətlərin tətbiq olunması üçün müsəlmanlar bir-birlərini təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə izah edilməsi və ya xatırladılması bütün iman edənlərin üzərinə yüklənən bir məsuliyyətdir. Ancaq iman edənlər İnsanları hikmətlə gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et... (Nəhl Surəsi, 125) ayəsində din əxlaqının gözəlliklərini izah edər. Ancaq İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər. (Bəqərə Surəsi, 272) ayəsinin şüurunda davranarlar. Əsla məcbur etməzlər, insanlar üzərində maddi və ya mənəvi təzyiq tətbiq etməzlər. Qarşılığında dünyəvi çıxarlar təklif edərək, adamı din əxlaqını yaşamağa istiqamətləndirməzlər. Çünki Uca Allahın bildirdiyi ibadətləri yerinə yetirməmək, iman edib etməmək insanın özünə aiddir. Allah Quranda iman edənlərə belə buyurmuşdur:
Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf Surəsi, 45)
Ayrıca insanları ibadət etməyə zorladıqları bir cəmiyyət modeli, Allah qatında məqbul olmaya bilər. Çünki inanc və ibadət, yalnız Allaha istiqamətli və adamın öz seçkisi ilə olduğunda bir dəyər daşıyar. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün görünüşdə dindar ola bilərlər. Din əxlaqı baxımından məqbul olan isə, vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. (Bəqərə Surəsi, 256)
İslamda məcburiyyət və zorakılıq yoxdur
İslam insanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir dindir. Uca Allah insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birinin haqqında mənfi danışmağa və hətta mənfi düşüncəni (sui-zənn) daxil olmaqla maneə törədən və qadağan edən hökmlər endirmişdir.Ən əhəmiyyətlisi də hər cür əksiklikdən münəzzəh olan Rəbbimiz şiddət hərəkətlərini qəti olaraq qadağan etdiyi kimi, insanların üzərində fikri olaraq ən kiçik bir təzyiq qurulmasını daqadağan etmişdir:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. (Bəqərə Surəsi, 256)
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!(Ğaşiyə Surəsi, 21)
Peyğəmbər əfəndimiz Hz. Məhəmməd (s.ə.v.)-in həyatından xoş nümunələr
Möminlər ancaq xoş rəftarlı və ədalətli davrandıqları zaman Allah qatında bir məmnuniyyət qazanacaqlarını bilərlər. Sevimli Peyğəmbərimiz (s.ə.v.) də yaşadığı dövr boyunca İslam əxlaqının yayılması üçün səy göstərərkən heç bir ayrı-seçkilik etmədən hər insana bərabər, xoş rəftarlı münasibət sərgiləmişdir.
Məhəmməd (s.ə.v.)ə peyğəmbərlik vəzifəsinin ilk verildiyi dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai nizamında, bir çox problemlər vardı. “Cahiliyyə dövrü” olaraq adlandırılan İslamdanəvvəlki bu zamanda, irqlər, dinlər və fərqli düşüncədən insanlar arasında çox şiddətli bir ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narahatlıqlar, fərqli dinlərə mənsub qövmlər arasında xoş rəftar olmayan bir mühit, tayfa döyüşləri, ədalətsiz iqtisadi nizam, yağmalamalar, zəngin və kasıblar arasında çox böyük uçurumlar və daha bir çox ədalətsiz tətbiqlər mövcud idi. Ədalət təmin edilə bilmir, zəif olanlar gücü və pulu olanlar tərəfindən mümkün qədərəzilir, insanlara irqləri, dinləri, dilləri və həyat tərzləri üzündən zülm edilirdi. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) bu cürcahil bir qövmə doğruları izah etmək və onları gözəl əxlaqa dəvət etmək üçün göndərilmişdir. Hz. Məhəmməd (s.ə.v.)in təbliği və gözəl əxlaqı bütün Ərəb Yarımadasında çox böyük bir təsir oyandırmış və onun dövründə insanlar axın-axın İslamı qəbul etmişdilər. Quranda bildirilən ədalətli hökmlər, gözəl əxlaq, toleranlıq və barış, ictimai həyata bir nizam və dinclik gətirmişdir. Bunun ən əhəmiyyətli səbəblərindən biri də Hz. Məhəmməd (s.ə.v.)in, Uca Allahın“...insanlar arasında hökm etdiyinizdə ədalətlə hökm etmənizi əmr edir...” (Nisa Surəsi, 58) ayəsində insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədaləti qorumasıdır.
Peyğəmbər əfəndimiz (s.ə.v.) Məkkədən Mədinəyə hicrət etdikdən sonra çox fərqli insan birlikləri ilə qarşılaşmışdır. Belə bir mühitdə Hz. Məhəmməd (s.ə.v.), ictimai birliyi və barışı təmin etmək məqsədi ilə Mədinədəki müxtəlif dinlərin və düşüncələrin mənsublarını ictimai müqavilələrlə qaynaşdırmış, yüzdən çox birlik ilə bəzən məktubla bəzən də şəxsən özü danışaraq onlarla razılaşmağa çalışmışdır. T. W Arnold, Peyğəmbər əfəndimiz (s.ə.v.)in qurduğu bu ictimai birliyin əhəmiyyətini bu şəkildə ifadə etmişdir:
“Əvvəllər tək bir əmrə qəti olaraq itaət etməmiş olan Ərəbistan, birdən-birə siyasi bir birlik halına gəldi və o mütləq özünü təslim etdi. Kiçik bir ictimai qrupdan meydana gəlmiş olan və həmişə bir-biri ilə qarşılıqlı düşmən olan kiçik-böyük nə qədər qəbilələrdən Hz. Məhəmməd (s.ə.v.) bir birlik meydana gətirdi”.
Peyğəmbərimiz (s.ə.v.)in Allahın əmrlərini dəqiq yerinə yetirməsi nəticəsində ortaya çıxan bu gözəl əxlaq nümunələri, elçilərin ictimai həyata gətirdikləri xoş rəftarlılıq, sülhsevər, dinc həyatı təsvir edir. Quran əxlaqının tam yaşandığı mühitdə eynilə yuxarıdakı nümunədə gördüyümüz kimi qardaş kimi və dinclik içərisində bir həyat təmin ediləcəyi açıqdır.
Osmanlı imperatorluğunda fərqli fikir və mədəniyyətlərə göstərilən hörmət
Bir cəmiyyət içində barışın və dincliyin təmin edilməsi üçün atılacaq ən əhəmiyyətli addım, fərqli inanc, düşüncə və mədəniyyətlərə sahib kəslərin şəxsiyyətlərini dəyişdirməməyə, onlara və inanclarına hörmət göstərməkdir. Tarixdə mükəmməl bir “birlikdə həyat sistemi“ qurmuş olan Osmanlı İmperatorluğu bunun ən gözəl nümunəsidir. Osmanlı dövrü; rəhbərliyi altında yaşamış hər inancdan, hər fikirdən insan üçün bir xoşbəxtlik dövrüdür. Altı əsri keçən bir müddət Osmanlı Dövlətinin sərhədləri içində yaşamış olan hər mədəniyyətdən, dindən və irqdən insan barış və dinclik içində yaşamış, heç kim inancından ya da şəxsiyyətindən ötəri haqsızlığa düşməmişdir. Çünki Osmanlı üçün yalnız Müsəlman və Türk olan xalqın rahatı və xoşbəxtliyi deyil, özünə tabe olan hər dildən və hər dindən insanın rahatı və xoşbəxtliyi eyni şəkildə əhəmiyyətli olmuşdur. İslam əxlaqının bir ehtiyacı olaraq Osmanlı padşahları, özlərindən kömək etmiş və bunun Allaha qarşı olan məsuliyyətlərindən biri olduğunun şüurunda davranmışdılar. Beləcə Osmanlı Dövlətinin qurucusu Osman Bəydən başlamaq üzrə Fateh Sultan Mehmet və digər padşahlar ədalətli rəhbərlikləri ilə bütün insanlığa nümunə olmuşlar. Onların zamanlarında hər dindən, hər düşüncədən insan bir yerdə dinclik içərisində yaşamışdır. Cəmiyyət içərisində irq, dil və etnik şəxsiyyətlər səbəbi ilə bir ayrı-seçkilik olmamış, insanlar bir-birləri ilə qaynaşmış və cəmiyyətin müxtəlif seqmentləri arasında ictimai ədalət təmin edilmişdir. Hətta Fateh Sultan Mehmet dövründə hər hansı bir mübarizəyə də girmədən öz istəkləri ilə Osmanlıya sığınan cəmiyyətlər olmuşdur. Bu da insanların onun İslam əxlaqından qaynaqlanan ədalətli rəhbərliyindən nə dərəcə məmnun olduqlarını göstərmişdir. Avropalı tarixçi Riçhard Peters İslam əxlaqını böyük bir ixlasla yaşayan Türklərin əsrlər boyunca ələ keçirdikləri bütün ölkələrdə necə bir ədalət nümunəsi təmsil etdiklərini də bu sözləri ilə dilə gətirmişdir:
“Türklər əsrlər boyunca bir çox millətə hakim oldular, lakin onları assimilyasiya etməyə cəhd göstərmədilər. Onlara azadlıq verdilər din və mədəniyyətlərinin yaşanmasına icazə verdilər.”
Bütün bu nümunələr açıqca onu göstərir ki, Osmanlı sərhədləri içində, eyni torpaqlar üzərində hər millətdən, dindən və mədəniyyətdən insan, döyüş və təxribatçılıq olmadan dinclik içində yaşamışdır. Osmanlı idarəçiləri əgər cəmiyyəti meydana gətirən bu fərqli qruplara qarşı ədalətli bir rəhbərliyə sahib olmasaydılar, əlbəttə belə köklü imperatorluqlar qura bilməz və bu insanları əsrlər boyu bir yerdə tuta bilməzdilər. Ancaq onu görürük ki, bu imperatorluq İslamın özlərinə qazandırdığı yüksək ideallar və xüsusiyyətlər nəticəsində, son dərəcə irəli bir mədəniyyət səviyyəsinə çatmışdır.
Müsəlmanların uzlaşdırıcı və xoş rəftarlı əxlaqı cəmiyyəti bütünləşdirər
Bu yazıda nümunələr onu göstərir ki, müsəlmanlar birlikdə yaşadıqları, fərqli din və mədəniyyətlərə sahib birliklərə ədalətli, xoş rəftarlı və sülh istəyi ilə davranmaqla vəzifəlidirlər. Bu səbəbdən bir müddətdir gündəmə gələn səhv təəssüratın əksinə Quranda əmr edilən gözəl əxlaqla inkişaf edən bir müsəlman, hər kəsə İslamın nəzərdə tutduğu sevgi ilə yaxınlaşar, gözəlliyə və sənətə dəyər verər, hadisələr qarşısında hər vaxt uzlaşdırıcı, gərginliyi azaldan davranışlar sərgiləyirlər. Belə üstün əxlaqlı insanların meydana gətirdikləri cəmiyyətlərdə Allahın icazəsi ilə son dərəcə inkişaf etmiş bir mədəniyyətin, yüksək bir ictimai əxlaq, sevinc, dinclik, ədalət, təhlükəsizlik, bolluq və bərəkətin hakim olacağı açıq bir həqiqətdir.
Bəziləri bu həqiqətləri bilmədikləri ya da səhv məlumatlandırıldıqları üçün İslam əxlaqı haqqında bu günə qədər səhv zənlərdə olurlar. Lakin islam əxlaqının müasirləşməyi, inanc azadlığı, dövlətə və millətə zərər vermədiyi müddətcə hər cür fikirdən insana sevgi və hörmət ilə yaxınlaşmağa vəsilə olduğunu öyrəndikləri və təcrübə etdikləri zaman Allahın icazəsi ilə bu düşüncələri tamamilə ortadan qalxacaq. Sonsuz mərhəmət və qüdrət sahibi olan Rəbbimiz bir ayəsində belə bildirir:
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” (İsra Surəsi, 81)